İqtisadiyyat naziri: “Slovakiya Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır”
İqtisadiyyat
3303
25 Apr 2023 | 13:53

İqtisadiyyat naziri: “Slovakiya Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır”

Azərbaycan Slovakiya üçün çox perspektivli təbii qaz mənbəyidir.
 
“Report”un Sofiyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman məlumat verib.
 
“Ümid edirəm ki, biz Azərbaycanla təbii qaz bazarında da uzunmüddətli əməkdaşlıq qura biləcəyik. Slovakiya buna hazırdır”, - K. Hirman deyib.
 
Onun sözlərinə görə, Slovakiya bütün qonşuları ilə əlaqələr qurub: “Buna görə də Avropanın digər hissələrinə təbii qazın paylanılmasında Azərbaycan üçün çox perspektivli tərəfdaş ola bilərik. Bizim təbii qaz anbarlarımız var və Azərbaycan Dövlət neft Şirkəti (SOCAR) bizim üçün mühüm tərəfdaş ola bilər”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər