İngiltərədə evdə şübhəli partlayışda iki nəfər həyatını itirib
Dünya
149
17:50, Bu gün

İngiltərədə evdə şübhəli partlayışda iki nəfər həyatını itirib

İngiltərənin cənub-qərbində yerləşən Bristol şəhərində evdə baş vermiş partlayış nəticəsində iki nəfər həlak olub.

Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, polis hadisəni ciddi və şübhəli, lakin terrorla əlaqəsi olmayan insident kimi qiymətləndirib.

"Hadisə şübhəli kimi dəyərləndirilir və ona böyük fövqəladə hadisə statusu verilib. İki yetkin şəxs həlak olub, onların ailələrinə məlumat verilib", - deyə Eyvon və Somerset qraflıqlarının hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir.

Polis əlavə edib: "Böyük Britaniyada son vaxtlar terror təhlükəsi səviyyəsində dəyişikliklər nəzərə alınaraq, ictimaiyyəti əmin etmək istəyirik ki, bu hadisə terror aktı kimi qiymətləndirilmir. Təhqiqatımız ilkin mərhələdədir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər