Şəkidə bir ay öncə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Kriminal
3065
08 Apr 2023 | 09:32

Şəkidə bir ay öncə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Şəkidə bir ay öncə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

1992-ci il təvəllüdlü Tural Əkrəmli martın 3-də idarə etdiyi “Kia Sportage Minik” markalı avtomobillə Şəki şəhəri, Qoxmuq dairəsi istiqamətində hərəkətdə olarkən piyada, 1958-ci il təvəllüdlü Ramazan Qafarlını vurub.

Həmin gün Şəkidəki xəstəxanaya, səhəri gün isə Abşerondakı tibb müəssisəsinə yerləşdirilmiş piyada aldığı xəsarətlərdən aprelin 7-də orada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər