Cəmiyyət
73
15:11, Bu gün

"Gənclər insanyönümlü şəhərlər istəyirlər" - Fərid Qayıbov

"Gənclər yaşıl, inklüziv, əlçatan, təhlükəsiz və insanyönümlü şəhərlər istəyirlər. Şəhərlər yalnız yol və binalardan ibarət deyil, həm də əlaqə, icma və həyat keyfiyyəti deməkdir".
 
Moderator.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Uşaqlar və gənclər" adlı dəyirmi masada çıxış edərkən deyib.
 
Nazir bildirib ki, sözügedən tədbirdə iştirakçılar əlçatan və çoxfunksiyalı ictimai məkanların, daha yaşıl şəhər mühitinin və hər kəs, xüsusilə qadınlar, uşaqlar, yaşlı insanlar və əlilliyi olan şəxslər üçün daha təhlükəsiz şəhərlərin əhəmiyyətini vurğulayıblar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər