07:01
17°C
Bakı
Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri bu il aprelin 10-da baş tutacaq.
Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat verib.
"2023-cü il aprelin 10-da Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri baş tutacaq. İki dövlət başçısının Astanada təkbətək və geniş tərkibdə görüşləri keçiriləcək”,- məlumatda deyilir.
Bildirilir ki, danışıqların gündəliyinə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının əsas məsələləri daxildir.