Həkimlər Berluskoninin xroniki qan xərçəngindən əziyyət çəkdiyini açıqlayıb
Dünya
3503
06 Apr 2023 | 18:30

Həkimlər Berluskoninin xroniki qan xərçəngindən əziyyət çəkdiyini açıqlayıb

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni xroniki qan xərçəngindən əziyyət çəkir.

Bu barədə həkimlər Alberto Zangrillo və Fabio Ciceri onun vəziyyəti ilə bağlı açıqlamada qeyd ediblər.

Bildirilib ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bir müddətdir xroniki qan xərçəngindən əziyyət çəkir və hazırda ağciyər infeksiyası səbəbindən reanimasiyadadır.

Həkimlər Berluskoninin keçmişdə Xroniki Miyelomonositik leykemiya diaqnozu qoyulduğunu açıqlayıblar. Xərçəngin ilk dəfə nə vaxt aşkar edildiyini açıqlamayan həkimlər yalnız onun kəskin olmadığını bildiriblər.

Link kopyalandı!
Son xəbərlər