Dünyanın ən təhlükəsiz şəhəri bu müsəlman məkanı oldu...
Ekskluziv
4728
06 Apr 2023 | 06:50

Dünyanın ən təhlükəsiz şəhəri bu müsəlman məkanı oldu...

Səyahət sığortası sahəsində aparıcı şirkət olan  "InsureMyTrip" təhlükəsizlik, qadın-kişi bərabərliyi, turistlər üçün maraqlı yerlərin mövcudluğu və əlçatanlığı səviyyəsinə görə ölkələrin və şəhərlərin reytinqini tərtib edib, 
 
Moderator.az xəbər verir k, bu haqda "Əl-Ərəbiyyə" nəşri məlumat yayıb.
 
Bunun üçün şirkətin mütəxəssisləri planetin 65 şəhərində istirahət, təhlükəsizlik, cinslər arasında bərabərlik, eləcə də maraqlı fəaliyyətlərin və turistlər üçün yerlərin mövcudluğunu müqayisə edib.
 
Reytinqdə iki İslam ölkəsi lider olub. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri. Mədinə qadınlara hücumların olmaması və gecələr təhlükəsiz gəzmə imkanına görə 10 baldan 9,3 bal alaraq dünyanın ən təhlükəsiz şəhəri kimi tanınıb. Peyğəmbər(s) şəhəri qadın səyahətçilərin yalnız gedə biləcəyi ideal yer hesab olunub.
 
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad reytinqdə yalnız 23-cü yeri tutub. Dubay bütün parametrlər üzrə 10 baldan 8,12 bal toplayaraq turistlər üçün ən ideal şəhər kimi tanınıb. Qadınların təhlükəsizliyinə görə Dubay 9 bal, maraqlı yerlər, turistlər üçün maraqlı fəaliyyətlər və gecə təhlükəsiz gəzmək imkanı üçün 10 baldan maksimum 10 bal alıb. Təhlükəsizlik sahəsində ən pis balı Cənubi Afrika Respublikasının İohannesburq, Malayziyanın Kuala Lumpur və Fransanın Paris şəhərləri alıb . Gender bərabərliyinə gəlincə, İndoneziya, Malayziya və Rusiya ən pis mövqelərə malikdir.
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər