Lempard yenidən
İdman
3454
05 Apr 2023 | 19:11

Lempard yenidən "Çelsi"nin baş məşqçisi olmaq istəyir

"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard yenidən London təmsilçisinin sükanı arxasına keçmək istəyir.

45 yaşlı mütəxəssis müvəqqəti olaraq bu vəzifəni yerinə yetirməyə hazırdır.

"Zadəganlar"ın Lempardın namizədliyini ciddi şəkildə nəzərdən keçirdiyi bildirilib. İddiaya görə, Premyer Liqa təmsilçisi yeni baş məşqçi tapılanadək komandanı veteran futbolçuya etibar etməyi düşünür.

Klub rəhbərliyinin əsas hədəfi isə Luis Enrike və ya Yulian Nagelsmandır.

Qeyd edək ki, Frenk Lempard 2019-2021-ci illərdə "Çelsi"yə rəhbərlik edib. Onun son klubu "Everton" olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər