İsgəndər Həmidovun istefası AXC iqtidarında kimləri narahat edirmiş?
Oxunub: 4223
12 Apr 2014 | 16:58
İsgəndər Həmidovun istefası AXC iqtidarında kimləri narahat edirmiş?
Milli Qvardiyanın komandiri olmuş polkovnik Əzizağa Süleymanov 90-cı  illlərin əvvəllərində ölkənin siyasi və hərbi aləmində baş vermiş bir sıra maraqlı olayların birbaşa iştirakçısı kimi bir müddətdir ki, saytımıza ilginc materiallar göndərir. Polkovnik indi də 93-cü ilin aprelin əvvəllərində Füzuli istiqamətində baş verən döyüşlər barədə xatirələrini Moderator.az vasitəsilə oxuculara təqdim edir. Çoxlarımızın bilmədiyi şok məqamlar və rüsvayçı epizodlarla zəngin bu materialın hər kəs üçün maraqlı olacağına şübhəmiz yoxdur”¦

(əvvəlini axtarış verməklə xəbər lentlərimizdən oxuya bilərsiniz)...Məngələnata istiqamətindəki döyüş mövqeyində sakitlik idi. Həmin gün elə bir hadisə baş verməmişdi. Milli Qvardiyanın şəxsi heyətini erməni döyüşçülərinə qarşı yeni hücum əməliyyatına hazırlaşdırırdıq.
      13 aprel 1993 cü il tarixində səhər saat 9 radələrində briqada komandiri məni yanına çağırıb bildirmişdi ki, Məngələnata və Üçtəpə yüksəkliklərini 14 aprel tarixində səhər tezdən yerli tabor komandirinə təhvil ver.  Ã–zünüz də yeni hücum əməliyyatına hazırlaşın. Axşam briqadanın hərbi toplantısında yeni göstərişlər alacaqsınız, bundan sonra o məndən Aşağı Veysəlli kəndinə gedib döyüş mövqeyi ilə tanış olub-olmamağımla  maraqlanmışdı. Briqada komandirinə dünən Milli qvardiyanın qərargah rəisi ilə Aşağı Veysəlli kəndində olduğumuzu söyləmişdim.
 
 Əldə etdiyim kəşfiyyat məlumatı əsasında hücum edilərək götürlməsi nəzərdə tutulan iki erməni postunun boş olduğu haqqında məlumat verdim. Briqada komandiri dediklərimə inanmamışdı. Ona verdiyim məlumatın dəqiqliyini yoxlamaq üçün göstəriş verəcəyini bildirmişdi. Bu gün axşamkı hərbi toplantıya qərargah rəisi Nəsirovu da onun adından dəvət etməyi məndən xahiş etmişdi. 13 aprel tarixində axşam toplantısında Nəsirov mənimlə bərabər hərbi müşavirədə iştirak etmişdi. Axşam iclasında Milli Qvardiyaçılardan Məngələnata və Üçtəpə yüksəkliklərini təhvil alacaq yerli tabor döyüşçüləri müəyyənləşdirilmişdi  Tabor komandirinə Milli Qvardiya döyüşçülərindən səhər tezdən postları təhvil almaq barədə göstəriş verilmişdi. Yeni hücum əməliyyatı barədə bir söz deyilməmişdi. Briqada komandiri yerli tabor komandirlərinə rəhbərlik etdikləri tabor qərargahlarına getmələri barədə icazə verdikdən sonra onu gözləməyi bizdən xahiş etmişdi. Onlar gedəndən sonra briqada komandiri Həmidov və onun müavini qərargah rəisi Nizami Məmmədovla birlikdə bu gün mənim tərəfindən verən məlumat əsasında söhbətə başlamışdı. Həmin məlumatın bu axşam yoxlanılacağı barədə qərargah rəisinə göstəriş vermişdi. Milli Qvardiyanın qərargah rəisi Tariyel Nəsirov da müzakirəyə qatılaraq  mənim briqada komandiri Həmidova verdiyim məlumatı təsdiq etmişdi. Briqada komandiri  bizimlə apardığı söhbətdə demişdi ki, Qızıl Qaya istiqamətdə hazırlanan hücum əməliyyatı hələlik yerli tabor komandirləri ilə müzakirə olunmayıb. O bu barədə bizim fikrimizi bilmək istədi. Milli Qvardiyanın qərargah rəisi məxfi xəritəni açıb, orada qeyd etdiyimiz erməni postlarını  göstərdi və bildirdi ki, bu postları əvvəlcədən götürmədən bu istiqamətdə hücum etmək qeyri mümkündür. Briqada komandiri bizim fikrimizlə tam razılaşdı. Biz ona təklif etdik ki, Milli Qvardiyanın  xüsusi təyinatlı dəstəsinin bir neçə üzvü vasitəsi ilə sabah axşam həmin erməni postlarını götürə bilərik. O bu barədə fikrini  sabah bizə deyəcəyin bildirdi. Bir qədər söhbət etdikdən sonra biz də öz qərargahımıza getmək istədik. Briqada komandiri bizi axşam yeməyinə dəvət etdi. Biz bir yerdə şam edib öz qərargahımıza getdik. Yolda mən Nəsirova bildirdim ki, görərsən, biz göstərdiyimiz həmin o boş erməni postları bu axşam götürüləcək. Bizim üçün həmin postların kim tərəfindən götürülməsinin o qədər də əhəmiyyəti yox idi. Bizə o lazım idi ki, biz hücum edən zaman həmin postlar ermənilərin əlində olmasın. Əsas məsələ bu idi.
      14 aprel tarixində səhər-səhər Məngələnata və Üçtəpə postlarını yerli taborların birinin komandirinə təhvil verib, qvardiyaçıları postlardan çıxardıb, yerləşdiymiz qərargaha gətirmişdim. Həmin gün onlara istirahət etməyə icazə verdim. Kapitan Vəliməmmədova göstəriş verdim ki, çatışmayan silah və sursatın məsələsini bu gün həll etsin. Axşam yenidən bizi briqada komandirinin qərargahına çağırdılar. Yerli taborların komandirləri də burada idilər. Briqada komandiri cəbhə boyu vəziyyət barədə məlumat verirdi. Erməni hərbiçilərinin bu istiqamətdəki cəbhə boyu hərəkətləri barədə kəşfiyyat rəisi məruzə etdi. Onun verdiyi məlumata əsasən ermənilər cəbhə boyu yeni qüvvələr yerləşdirirlər və qızğın müdafiə səngərləri qazırlar. Əldə etdiyimiz məlumata əsasən qvardiyanın yeni hücumundan çəkinirlər. Bundan sonra briqada komandiri sabahkı tapşırıqlarını vermişdi. Aşağı Veysəlli taborunun komandiri Səfa Əliyevi, briqadanın kəşfiyyat rəisini və məni saxlayıb qalan komandirləri buraxmışdı. Səfa Əliyevə göstəriş verdi ki, Milli Qvardiya döyüşçülərinin kənddə yerləşməsi üçün şərait yaratsın. Özü də şəxsi heyəti tam şəkildə cəmləşdirsin. Verilən tapşırıqları yerinə yetirən kimi ona dərhal rabitə vasitəsi ilə məruzə etsin. Mənə isə göstəriş vermişdi ki, sabah günortaya qədər şəxsi heyəti və texnikanı bacardıqca gizli şəkildə Aşağı Veysəlli kəndində yerləşdir. Çalış ermənilər duyuq düşməsinlər. Bu istiqamətdə hücum əməliyyatının vaxtını sabah biləcəksiniz. Mənə onu da əlavə olaraq əmr etdi ki, bu gün axşam saat 22-dən gec olmayaraq briqadanın kəşfiyyat rəisinin sərəncamına Milli Qvardiyanın bacarıqlı xüsusi təyinatlı dəstə üzvlərindən olan beş  kəşfiyyatçı göndər. Briqada komandiri bizim təchizatımızla bağlı məsələni təchizat rəisi ilə bərabər həll edəndən sonra bizimlə xudahafizləşdi. Mən öz qərargahımıza gəlib, briqada komandirinin bu günki göstərişləri  barədə Tariyel Nəsirova məlumat vermişdim. O xüsusi dəstənin komandiri Ənvər Mirzəyevi yanına çağıraraq beş nəfər dəstə üzvlərindən tam döyüş hazırlıqlı olan qvardiyaçını  təcili briqada qərargahına kəşfiyyat rəisinin sərəncamına göndərməyi tapşırdı. Belə qərara gəldik ki, sabah tezdən şəxsi heyəti qruplara bölərək qvardiyaçı Qasımov Həsənin torpaq üzərində quraşdırdığı Aşağı Veysəlli kəndinin yaxınlığındakı Qızılqaya yüksəkliyinin coğrafi relyefinin maketi üzərində döyüş təlimatı verək. Tabeçiliyimdə olan Milli Qvardiya döyüşçülərini tam təlimatlandırandan sonra onları qruplara bölərək ayrı-ayrılıqda Aşağı Veysəlli kəndinə göndərək.
      15 aprel 1993 ci il tarixində komandirlər şəxsi heyəti sıraya düzüb mənə məruzə etmişdilər. Şəxsi heyətin sıra baxışını keçirdib, onların döyüşə hazır olmaları barədə Nəsirova məruzə etdim. Onun icazəsi ilə komandir heyətinə döyüş tapşırığı vermək üçün onları şəxsi heyətdən 10 metr qabağa yanıma çağırdım və onlara döyüş tapşırığı verdim. Komandirlərin  hər birindən verdiyim döyüş tapşırığının mahiyyətini başa düşüb düşmədiklərini soruşduqdan sonra sırada yerlərinə qayıtmalarına icazə verib, ümumilikdə bütün şəxsi heyəti yenidən təlimatlandırdım. Vətən uğurunda döyüşə hazır olub, olmadıqlarını onlardan soruşdum. Bir ağızdan döyüşə hazır olduqlarını bildirdilər. Nəsirovun göstərişi ilə onları qrup şəklində maketin yanına göndərdim. Nəsirov orada onları hücum edəcəyimiz yerlərlə tanış edib, erməni postlarının  yerləşdiyi yerləri onlara göstərdi. Bütün şəxsi heyət təlimatlandırılandan sonra birinci qrupun komandirinə üstü çadırlı maşınla Aşağı Veysəlli kəndi istiqamətində hərəkət etmələrinə icazə verdim. Şəxsi heyətin və texnikanın hərəkətinə cavabdehliyi kapitan Vəliməmmədova tapşırdım. Özüm Nəsirovla bərabər briqadanın qərargahına getdik. Briqada komandiri bizi gülər üzlə qarşılayıb, bildirdi ki, erməni postları haqqında sizin verdiyiniz məlumatlar düz çıxdı. Axşam kəşfiyyatçılar hər iki postu maneəsiz  götürüb, yerli taborun döyüşçülərinə təhvil veriblər. Biz bu məlumatı eşidəndə çox sevindik. Nəsirov zarafatla briqada komandirindən soruşdu ki, yəqin həmin postu görəndə bizim kəşfiyyatçılardan da istifadə olunub. Briqada komandiri bizim kəşfiyyatçıların döyüş qabiliyyətini yüksək qiymətləndirib, onların şücətlərini xüsusi vurğuladı. Bunları briqada komandirinin dilindən eşitmək bizim üçün çox önəmli idi. Odur ki Nəsirov bu şad xəbərə görə mənim boynuma səhərki döyüşdən sonra bir qonaqlıq qoydu və əlavə olaraq bildirdi ki, bir qonaqlıq da əlavə verərsən ki, səni Ənvər Mirzəyevlə barışdıraram.
     15 aprel 1993 ci il tarixində bütün Milli Qvardiyanın şəxsi heyəti və zirehli texnikası Aşağı Veysəlli kəndində yerləşdirildi. Biz Aşağı Veysəlli kəndinə gəlib çatan zaman, burada sıraya düzülüb kiminsə gəlişini gözləyən 140-150 nəfər Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarının əsgər və zabitlərini gördük. Onların içərisində zabitlərin sayı çox az idi. Sərhəd qoşunlarına məxsus dəstənin komandirləri ilə söhbət edəndə bizə məlum olmuşdu ki, bu əsgərlərin demək olar ki, hamısı ata-ananın yeganə övladlarıdır. Onların heç biri bu günə qədər döyüş bölgəsində ermənilərə qarşı döyüşdə iştirak etməyiblər. Bunu eşidən Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Tariyel Nəsirov onların komandirindən soruşmuşdu ki, ailənin tək övladlarının döyüşlərdə iştirak etməmələri barədə ölkə prezidentinin sərəncamı var. Siz necə risk edirsiniz? Bunun məsuliyyətini kim öz üzərinə götürəcək? Özü də bunları belə açıq şəkildə sıraya düzmüsünüz. Heç bilirsiniz erməni postları buradan nə qədər aralıdadır? Təcili olaraq bunları güllə tutmayan təpə arxasında yerləşdirin. Nə qədər ki, ermənilər sizi top atəşinə tutmayıb, tələsin. Komandirləri Milli Təhlükəsizlik Nazirliyinin müavinlərindən kiminsə gələcəyini bildirib dəstəni dağıtmadı. Aradan 5 dəqiqə keçməmiş ermənilər onlar duran yeri iri caplı silahlardan atəşə tutdular. Sırada duran bir əsgər ağır güllə yarası aldı. Eşitdiymə görə həmin əsgər hərbi xəstəxanaya çatdırılsa sonrakı günlərdə dünyasını dəyişmişdi. Həmin gün gözlədikləri Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyindən heç kim gəlməmişdi. Onların komandiri polkovnik bizə yaxınlaşıb söyləyirdi ki, bura təzəcə gəliblər. Ermənilərin harada yerləşdiklərindən belə xəbərləri yoxdur. Onlara bildiriblər ki, Milli ordu əsgərləri bu gün ermənilərin üstünə hücuma keçəcəklər. Bizim də vəzifəmiz bu hücum zamanı döyüşdən qaçan əsgərləri tutmaq olacaq. İndi mənə aydın olur ki, burada Milli ordunun başqa yerdən gəlmə heç bir əsgəri yoxdur. Bura gələn Milli Qvardiyadır, onlar da ki, döyüşdən qaçan deyillər. Bizi məcburən bura göndəriblər. Bu günki döyüşdə biz məcburuq iştirak edək. Sizdən xahiş edirəm bizə köməklik edin döyüş zamanı bizim əsgərlər qvardiyaçılarla bir yerdə olsun. Onlar qvardiyaçıları görüb ruhlanıblar, inanın sizinlə onlar bu dəqiqə İrəvana qədər gedərlər. Nəsirov hər ehtimala qarşı ona ehtiyatlı olmalarını məsləhət görmüşdü. Komandirlərinə tapşırmışdı ki, döyüşə girməmişdən qabaq komandirlərnizi Milli Qvardiyanın döyüşçülərinə döyüşə birbaşa rəhbərlik edən kapitan Süleymanovun icazəsi ilə təqdim edin. 
    Milli Qvardiyanın döyüşçülərinə nahar etmələrinə icazə verib, qrup komandirlərini yanıma çağırmışdım. Onlara bildirmişdim ki, düşmən üzərinə hücum 16 aprel gecə saat 3.30-da olacaq. Odur ki tabeçiliyində olan şəxsi heyətə dincəlmək üçün icazə versinlər. Özləri isə hücum edəcəyimiz mövqelərlə yaxından tanış olsunlar. Hava qaralan kimi şəxsi heyəti hərə öz hücum edəcəyi istiqamətdə düşmənə yaxın ön hücum xəttində gizlincə yerləşdirsinlər. Qərargah rəisi Nəsirovla bərabər yerli taborun döyüş hazırlığını yaxından müşayət etmək üçün onların yanına getmişdik. Yerli tabor komandiri 50-60 nəfər döyüşçünü güclə toplamışdı. Döyüşçülərin axşama kimi gəlib çıxacaqlarına ümid edirdi. Onunla söhbətdən belə qənaətə gəldik ki, bunlardan bizə bir kömək dəyməyəcək. Döyüşün ağırlığı yenə də bizim çiynimizə düşəcək. Ona görə də ehtiyatlı olmaq lazımdır. Kapitan Rüfət Vəliməmmədov kənddəki məktəb binasına qərargahı bir təhər yerləşdirmişdi. Ora gedib bir az döyüş qabağı dincəlmək qərarına gəldik. Qabaqda bizi çox ağır bir döyüş gözləyirdi. Axşam saat 22 radələrində briqada komandiri rabitə vasitəsi ilə məni briqadanın qərargahına çağırmışdı. Mən təcili olaraq qərargaha getdim. Briqada komandiri Murad Həmidov məni qəbul edib bildirdi ki, hücum əməliyyatı olmayacaq. Milli Qvardiya döyüşçülərini gecə ilə əvvəlki bazasına qaytar. Döyüşün dayandırılmasının səbəbini mənə demədilər. Mən geri qayıdıb Nəsirova bu barədə məlumat verdim. Onun razılığı ilə Milli Qvardiya döyüşçülərini ön hücum xəttindən gecə saat 2.30 da geri çəkdim və gecə ilə Aşağı Veysəlli kəndindən çıxıb əvvəlki yerləşdiyimiz Qarğabazar kəndinə gəldik. Səhər Nəsirovla bərabər briqadanın qərargahına getdik. Briqada komandiri ilə görüşdük. Müdafiə Nazirliyinin məsul işçisi polkovnik  Rüfət Əmirov da  orada idi. Rüfət Əmirov Nəsirovla uşaqlıq dostları idilər. Nəsirov ondan nəzərdə tutulan hücum əməliyyatının baş tutmamasının səbəbini soruşanda o bildirdi ki, bu döyüşə Milli qvardiyadan başqa bir necə yüz döyüşçü cəlb olunmalı idi. Lakin göndərdikləri sərhəd qoşunlarının əsgərləri ailənin tək övladıdır. Onları döyüşə cəlb eləsək bunun məsuliyyətini kim boynuna götürəcək bilmirəm. Briqada komandiri bu məsuliyyətin altına girmək istəmir. Hər bir güc strukturalarının rəhbərləri ölkə rəhbərliyinin yanında öz yerlərini şirin etmək üçün hərbi güclərinin olduğu barədə yalan məlumatlar versələr də nəticə göz qabağındadır. Sərhəd qoşunlarında bu gün olduğu kimi. Bura gələndən sonra komandirləri bildirir ki, bunların əksəriyyəti ailənin tək övladlarıdır. Bütün bunları eşidəndən sonra biz  belə qərara gəldik ki, Milli Qvardiya döyüşçülərinin döyüşsüz Füzuli bölgəsində qalmasının bir əhəmiyyəti yoxdur. Fikrimizi briqada komandirinə bildirəndən sonra ümumi razılıq əsasında briqada komandiri Murad Həmidov  bizim Bakıya qayıtmağımız barədə göstəriş verib, ezamiyyət vərəqələrin möhürlədi. Biz onlarla görüşüb ayrıldıq. Beləcə təxirəsalınma səbəbi bu günədək bəlli olmayan Qızılqaya Əməliyyatı baş tutmadı...
Daxili işlər naziri İsgəndər Həmidovun istefa verməsi ilə əlaqədar olaraq Bakıda yaranan siyasi vəziyyətin gərginliyini nəzərə alıb Milli Qvardiya komandanı rəhbərliyin göstərişi əsasında cəbhə bölgəsindən geri çağrıldı...

Ardı var...
Oxşar xəbərlər
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:43, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 15:25
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
17 May 2024 | 15:38
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 15:25
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
17 May 2024 | 15:38
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI