"Yaxşılıq etmək istəyən üçün iftar yeganə vasitə deyil, xeyriyyəçiliyin müxtəlif icra imkanları var"
Cəmiyyət
Oxunub: 6186
07 May 2021 | 22:23
Ramazan ayının İslam dinində ayrıca yeri vardır. Çünki ən mükəmməl din olan İslamın carçısı həzrəti Məhəmmədə peyğəmbərlik bu ayda verilməklə İslamın yayılmasına və müqəddəs kitabımız “Quran”ın bu ayda endirilməsinə başlanılıb. “Quran Kərim”də min aydan daha xeyirli olduğu bildirilən “Qədir gecəsi” bu ay içindədir. Bundan başqa, İslamın vacib ibadətlərindən olan oruc da bu ayda tutulur. Bu səbəbdən Ramazan ayı müsəlmanlar üçün ən müqəddəs aydır və ona “On bir ayın sultanı” deyilir.
 
Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oruc tutanlar Allahın sevgisini  qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır.
 
İslam dininin qayda-qanunlarına, milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşan Azərbaycan xalqı Allah-Təalanın Ramazan ayında buyurduğu əmrlərə, verdiyi tövsiyələrə əməl edir. Tarix boyu öz mənəvi dəyərlərini uca tutmuş xalqımız dünya müsəlmanlarının mübarək Ramazan ayında ehtiyacı olanlara yardım etməyi, iftar süfrələri açmağı özünün ən böyük mənəvi dəyərlərindən birinə çevirib. 
 
Ancaq xalqımız builki Ramazan ayını bütün dünyada hələ də səngiməyən koronavirus təhlükəsi şəraitində keçirir. Qafqaz Müsəlmanları İdarəsi yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edib. Qazılar Şurasının fətvasında din xadimləri  insanları iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırıb.
 
Qarşıdan müqəddəs Ramazan bayramı gəlir. Bu bayram günlərini insanların kütləvi şəkildə bir yerdə qeyd etməsi ciddi fəsadlar törədə bilər. Odur ki, din xadimləri mövcud vəziyyət nəzərə alınaraq Ramazan bayramının ailədaxilində keçirilməsini məqsədəuyğun hesab edir. Bəs insanlar bu çağırışlara necə əməl edir?  Pandemiya bu ayda vacib buyurulan əməllərin yerinə yetirilməsinə mane olmur?  Bayram namazı necə qılınacaq? Bu və bu kimi suallar hər kəsi düşündürür.
Moderator.az bu məsələlərə aydınlıq gətirmək üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib. Bizim suallarımızı İdarənin sədr müavini Qəmər xanım Cavadlı cavablandırıb.
 
- Hörmətli Qəmər xanım. Əvvəla bizi qəbul etdiyiniz və müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirik.
 
-Belə vacib bir mövzuya toxunduğunuz üçün biz də sizə təşəkkür edirik.
 
- Ramazan ayının fəzilətlərindən biri də insanlara yardım etmək, iftar süfrələri açmaqdır. Ancaq bugünkü pandemiya dövründə kütləvi iftar süfrələri yoluxma riskini artıra bilər. Odur ki, din xadimləri kütləvi dini mərasimlərin keçirilməməsini tövsiyə edib. İnsanlar bu tövsiyələrə əməl edirmi?
- Ramazanın mahiyyətində olan məqamlar həm dini, həm mənəvi-əxlaqi, həm də tibbi baxımdan böyük maraq kəsb edir. Dini baxımdan “Qurani-Şərif”in nazil olduğu müqəddəs Ramazan ayında oruc tutmaq bizdən əvvəlki qövmlərə fərz qılındığı kimi bizə də vacib buyurulub. Orucluğun mənəvi-əxlaqi dəyərləri insanın öz nəfsani istəklərinə qalib gəlməsi ilə yanaşı, cəmiyyətdə sosial yardımlaşmanı artırması, ailə münasibətlərini, qonşuluq haqlarını, imkansızlara yardımı nəzərdə tutur. Eyni zamanda, tibbi baxımdan da orucluq xəstələrə şəfqət və diqqətlə yanaşan bir mərasimdir, yəni xəstələrin oruc tutması vacib sayılmaz.
 
İftar məclisləri məsələsinə gəldikdə isə deməliyəm ki, keçən il ölkəmizdə pandemiya ilə əlaqədar dövlətimiz tərəfindən karantin rejimi tətbiq edilib, kütləvi tədbirlər qadağan olunub. Bu, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarında da öz əksini tapıb. Artıq ikinci ildir ki, Qazılar Şurası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, karantin dönəminin davam etməsi səbəbilə bütün dini tədbir və bayramların yalnız ailədaxili şəkildə keçirilməsini tövsiyə edir və çox şükür ki, ölkəmizin müsəlmanları bu vəziyyətə anlayışla yanaşırlar.
-Bəzən belə fikir formalaşır ki, pandemiya yaxşılıq etmək istəyənlərə, dinimizin yaxşı əməl kimi qiymətləndirdiyi iftar süfrələri açılmasına mane olur. İnsanlar isə illərlə etdiyi bu savab əməli davam etdirmək niyyətindədir. İnsanlara tövsiyəniz nədir? Onlar iftar süfərisi açmaq əvəzinə nə etməlidir?
 
- Yaxşılıq etmək istəyən üçün iftar yeganə vasitə deyil. Yardımlaşmanın, xeyriyyəçiliyin müxtəlif icra imkanları var. İllərlə Azərbaycanın xeyirsevər insanları uşaq və qocalar evlərinə, xəstə və imkansız ailələrə yardımlar ediblər, yüzlərlə ailənin ürəyini sevgi və qayğı ilə isindiriblər. Bu artıq ənənə şəkli almış bir aksiyadır və məncə bu məsələdə tövsiyə verməyə ehtiyac yoxdur.
 
- Qarşıdan Ramazan bayramı gəlir. Bu bayramda insanların bir-birinin bayramını təbrik etməsi də xalqımızın nəcib bir ənənəsinə çevrilib. Ancaq bu da yoluxma riskini artıra bilər. 
- Ramazanla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının builki fətvasında, həmçinin Şeyxülislam Allahşükür Paşazadənin bayrama dair təbrik müraciətində xüsusi qeyd olunur ki, insanlarımız Operativ Qərargahın qərarlarına riayət etsinlər, sosial məsafəni qorusunlar, sanitar qaydalara əməl etsinlər. Məscidlər və ziyarətgahlar hələ qapalı olduğuna görə bayram namazları evlərdə qılınacaq, kütləvi mərasimlər keçirilməyəcəkdir. Düşünürəm ki, artıq insanlarımızın pandemiyanın “cilvələrinə” dair müəyyən həyati təcrübəsi vardır, ona görə də, inşallah, bayram problemsiz keçər.
 
- Ramazan bayramında fitrə və zəkat verilməsi də dinimizin buyurduğu vacib əməllərdəndir. Fitrə və zəkat kimə və nə qədər verilməlidir?
 
- Fitrə Ramazana aid vacib əməllərdəndir, zəkat isə başqa vaxtlarda da verilə bilər. Zəkat malın sədəqəsi, fitrə isə canın sədəqəsidir. Yəni imkanlı şəxslər özlərinin və ailə üzvlərinin can sədəqəsini, şəriətə əsasən, imkansız ailələrə, kasıb tələbələrə, yolda qalmış yolçulara və digərlərinə verməlidirlər. Şərt ondan ibarətdir ki, fitrə verilən şəxslər müsəlman olmalı, pis vərdişləri, içkibazlığı və s. olmamalı, həmçinin fitrə verənin ailə üzvünə fitrə verilməməlidir. Fitrənin mahiyyəti məhz bayramı keçirmək imkanı olmayan müsəlmanlara yardım göstərməkdir. Fitrə mövzusu çox genişdir, mən yalnız onu əlavə edə bilərəm ki, bu il hər adam başına düşən fitrənin maddi ekvivalenti 5-10 manatdır.
 
- Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad edildi. Bu müharibədə minlərlə şəhid verdik. Döyüşlərdə sağlamlığını itirən yüzlərlə qazimiz var. Doğrudur, şəhid ailələri və qazilərimiz dövlətimizin qayğısı ilə əhatə olunub. Ramazan bayramı günlərində şəhid ailələrinə və qazilərimizə daha çox diqqət göstərməliyik. Dinimiz bu barədə nə deyir? Builki bayramda şəhid ailələrinə və qazilərimizə qayğı göstərmək, onlara dəstək olmaq bizə daha çox savab qazandırmazmı? Axı onlar bizim 30 illik torpaq həsrətimizə son qoyub. Vətəni sevmək, onu qorumaq dinimizin bizə vacib buyurduğu əmrlərdəndir.
- Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və yaralı döyüşçülərimizə şəfalar versin! Onların haqqı boynumuzda böyükdür, hər birimizin onların qarşısında vəfa borcumuz vardır. Çox təqdirəlayiq haldır ki, dövlətimiz şəhid və qazi ailələrini öz qayğısı ilə əhatə edib, eyni zamanda ictimaiyyətimiz də müxtəlif yardım kampaniyalarında, bir sıra dəstək fondlarının yaradılmasında yaxından iştirak edir. Yardım könüllü bir əməldir, savab işdir, hər kəs məcburiyyət olmadan istədiyi yardımı istədiyi yerə verə bilər. Burada önəmli olan niyyət və məqsəddir. Yalnız unutmaq olmaz ki, şəhidlərin məqamı bizim məqamımızdan üstün, qazilərimizin ehtiramı isə ömürləri boyunca əbədidir. Ona görə də, bir tək “bayram yardımı” şüarı ilə kifayətlənmək, məsələnin mahiyyətinin kiçildilməsi kimi görünə bilər.
 
- Müsahibə üçün təşəkkür edirəm.
 
Tural Səfərov
Oxşar xəbərlər
01 Nov 2024 | 23:15
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
01 Nov 2024 | 23:10
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
01 Nov 2024 | 23:00
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
01 Nov 2024 | 22:53
"Gürcü Arzu"sunun bizə yaxınlığı yoxdur - Medvedyev
01 Nov 2024 | 22:45
DİQQƏT! Bunu etsəniz, xəstələnməyəcəksiniz
01 Nov 2024 | 22:34
"Həm nəticədən, həm də oyundan razı qaldım" - Qurban Qurbanov
01 Nov 2024 | 22:26
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
01 Nov 2024 | 22:18
“Neftçi” “Araz-Naxçıvan”a uduzdu
01 Nov 2024 | 22:10
Obamanın qızı atasının soyadından imtina etdi
01 Nov 2024 | 22:06
Ermənistan TV-sində “Azərbaycan saatı”: Düşmənimiz deyil!
01 Nov 2024 | 22:03
Əsas üç gündür...
01 Nov 2024 | 22:00
ABŞ əczaçılıq şirkətləri Çinlə əməkdaşlığı DAYANDIRIR
01 Nov 2024 | 21:50
Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
01 Nov 2024 | 21:43
Falçılıqla məşğul olan 1500 nəfər saxlanıldı
01 Nov 2024 | 21:35
"Qarabağ"ın oyunu qolsuz başa çatdı
01 Nov 2024 | 21:30
Qəhvəyə qarşı allergiya nədir?
01 Nov 2024 | 21:10
ChatGPT istifadə edənlərə ŞAD XƏBƏR - Yeni xüsusiyyətlər əlavə edildi
01 Nov 2024 | 20:55
Postlar qurulacaq, maşınlar şəhərə fasilələrlə buraxılacaq
01 Nov 2024 | 20:48
Otellərdə yoxlamalar aparıldı, nöqsanlar aşkarlandı
01 Nov 2024 | 20:40
Fransız mətbuatı COP29-a hazırlıqdan yazdı
01 Nov 2024 | 20:30
Məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq
01 Nov 2024 | 20:23
Niyə yatmış insanların şəklini çəkmək olmaz?
01 Nov 2024 | 20:15
Noyabr 7 BÜRC üçün elə xoş sürprizlər hazırlayıb ki...
01 Nov 2024 | 20:10
Ətin qiyməti nə qədər bahalaşacaq?- İqtisadçılar həyəcan təbili çalır
01 Nov 2024 | 20:00
Noyabrın 6-da ABŞ-da nələr olacaq?
01 Nov 2024 | 19:53
İran xəbərdarlıq etdi: Nüvə doktrinası dəyişdirilə bilər!
01 Nov 2024 | 19:45
10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
01 Nov 2024 | 19:40
Azərbaycandan "X"ə ÇAĞIRIŞ
01 Nov 2024 | 19:30
AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək
01 Nov 2024 | 19:18
Xamneyi İsraillə bağlı əmr verdi
01 Nov 2024 | 19:10
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
01 Nov 2024 | 19:05
“Seçki dövrü bitib, seçim mərhələsi başlayıb”
01 Nov 2024 | 18:58
Azərbaycanla Ermənistan razılığa gəldi - Əsasnamə bu gündən qüvvəyə minir
01 Nov 2024 | 18:53
Çin hakimiyyəti sənayeni xarici investorlar üçün tam açdı
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 18:42
Azərbaycan COP29-la bağlı daha bir rekorda hazırlaşır: 45 saniyəlik sənəd yoxlanışı!
01 Nov 2024 | 18:30
Bakının bu ərazisində 6 saat işıq olmayacaq
01 Nov 2024 | 18:16
Cennifer Lopezdən Kamala Harrisə dəstək: Səsin sənin gücündür
01 Nov 2024 | 18:08
Çay və qəhvənin maraqlı xüsusiyyətləri
01 Nov 2024 | 18:00
Arda Gülər üçün 95 milyonluq təklif
01 Nov 2024 | 17:48
"Bakmil”ə hərəkət cədvəli dəyişdirilir
01 Nov 2024 | 17:44
COP29 zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək
01 Nov 2024 | 17:42
Haqlının yanında olub, haqsız “etiraza” öz etirazını bildirən 12 yaşlı “Moderator”az”...
01 Nov 2024 | 17:40
Allah Zülfüqar bəyə rəhmət eləsin ki, Azərbaycan üçün belə bir sayt  yaratdı və...
01 Nov 2024 | 17:38
Əli Məsimlidən qaz limiti ilə bağlı TƏKLİF
01 Nov 2024 | 17:34
UNEC tələbəsi Bəhreyndə keçirilən Gimnaziadada qızıl medal qazanıb - FOTOLAR
01 Nov 2024 | 17:30
“Poz-Qazan”da oktyabrda 10 böyük uduş qazanılıb
01 Nov 2024 | 17:26
“ATV Plus” 5 min manat cərimələndi
01 Nov 2024 | 17:22
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən...
01 Nov 2024 | 17:18
Xırdalanda baş verən dəhşətli yanğının sirləri...
01 Nov 2024 | 17:13
COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı - FOTO
01 Nov 2024 | 17:07
Xaçmazda 57 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
01 Nov 2024 | 17:02
"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO
01 Nov 2024 | 16:57
Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? - AÇIQLAMA
01 Nov 2024 | 16:52
Baş rejissor gələcək planlardan DANIŞDI: “Böyük hədəflərimiz var” – MÜSAHİBƏ
01 Nov 2024 | 16:47
Prezident yeni icra başçısı TƏYİN ETDİ - FOTO
01 Nov 2024 | 16:45
"Mən yenidən sevə biləcəyimə ümid etmirdim..." - Britaniyalı qadın amerikalı qatilə aşiq olub
01 Nov 2024 | 16:38
Tramp, yoxsa Harris: məşhur Hollivud ulduzu kimə və niyə səs verəcək?..
01 Nov 2024 | 16:33
"İsrail Yaxın Şərqdə strateji gerçəkliyi dəyişir" - Binyamin Netanyahu
01 Nov 2024 | 16:28
Sergey Lavrov Azərbaycanın Əməkdar mədəniyyət işçisini təltif etdi - FOTO
01 Nov 2024 | 16:23
Buzovna-Şüvəlan yolunda ağır QƏZA - VİDEO
01 Nov 2024 | 16:18
Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayraqlarını endirdi - VİDEO
01 Nov 2024 | 16:13
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
01 Nov 2024 | 16:08
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ - FOTO
01 Nov 2024 | 16:03
Ayətüllah Xamenei İsrailə yeni hücuma hazırlaşmağı əmr edib
01 Nov 2024 | 15:54
UEFA "Qarabağ"ın məşqçisini cəzalandırdı
01 Nov 2024 | 15:48
Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabı yayınlandı - FOTO
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 15:37
“Çətin günlərində heç bir sənətçidən dəstək görmədik, ən böyük arzusu yarım qaldı...” - Eldəniz Zeynalovun gəlini
01 Nov 2024 | 15:32
"Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir" - Azay Quliyev
01 Nov 2024 | 15:26
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
01 Nov 2024 | 15:20
Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirildi - FOTO
01 Nov 2024 | 15:15
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
01 Nov 2024 | 15:10
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
01 Nov 2024 | 15:05
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət  Həsənquliyev
01 Nov 2024 | 15:00
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
01 Nov 2024 | 14:55
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
01 Nov 2024 | 14:50
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
01 Nov 2024 | 14:48
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
01 Nov 2024 | 14:42
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
01 Nov 2024 | 14:37
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 14:32
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
01 Nov 2024 | 14:27
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
01 Nov 2024 | 14:21
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
01 Nov 2024 | 14:16
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
01 Nov 2024 | 14:11
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
01 Nov 2024 | 14:09
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
01 Nov 2024 | 14:06
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
01 Nov 2024 | 14:00
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
01 Nov 2024 | 13:55
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 13:45
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
01 Nov 2024 | 13:44
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
01 Nov 2024 | 13:42
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
01 Nov 2024 | 13:38
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
01 Nov 2024 | 13:33
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
01 Nov 2024 | 13:30
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
01 Nov 2024 | 13:29
Somali Prezidenti COP29-da iştirak edəcək
01 Nov 2024 | 13:26
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
01 Nov 2024 | 08:00
Moderator.az 12 yaşında - VİDEO
01 Nov 2024 | 12:41
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 11:30
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 08:14
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
01 Nov 2024 | 08:53
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
AYLIQ
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
01 Nov 2024 | 08:00
Moderator.az 12 yaşında - VİDEO
01 Nov 2024 | 12:41
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 11:30
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 08:14
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
01 Nov 2024 | 08:53
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib