3-cü Dünya Müharbəsinin astanasında - Rəqiblər hərbi təlimlərlə əzələ nümayiş etdirir...
Hərb
Oxunub: 3899
23 Apr 2021 | 13:55
3-cü Dünya Müharbəsinin astanasında - Rəqiblər hərbi təlimlərlə əzələ nümayiş etdirir...
DEFENDER Europe-21
 
ABŞ Ordusunun Avropa və Afrikadakı komandanlığı, ABŞ, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Böyük Britaniya Kanada, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Latviya, Litva, Moldova, Çernoqoriya, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, Türkiyə və Ukrayna daxil olmaqla 26 ölkədən 30 minə qədər hərbçinin iştirakı ilə genişmiqyaslı “DEFENDER Europe 21” təlimlərinin başladığını elan etdi. Əvvəl Ermənistanın da bu təlimlərdə iştirakı barədə şayiələr dolaşsada, sonradan işğalçı ölkə bunu rəsmən təkzib etdi. 
 
NATO-Rusiya münasibətlərində son vəziyyət
2016-cı ilin iyul ayında keçirilən NATO sammitində Rusiya NATO təhlükəsizliyi üçün əsas təhdid olaraq tanındı və onun məhdudlaşdırılması rəsmi olaraq NATO missiyası elan edildi. Bundan sonra ABŞ Rusiyanın "İskəndər-M" raketinin istehsalını davam etdirməsini və bununlada Kremlin "Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Saziş"in tələblərini pozduğunu səbəb göstərərək, 2019-cu ildə bu Sazişi tərk etdi. Ardınca isə ABŞ Rusiyanın maraqlarını alt üst edən fəaliyyətlərə başladı. Hazırda NATO raketləri Avropanın əksər ölkələrindən Rusiyaya qarşı yönəlib. Bəzi yerlərdə bu məsafə 400 km-ə qədər azalıb. Rusiyanın NATO, Aİ, Gürcüstan və Ukrayna ilə münasibətlərində gərginlik isə davamlı olaraq artmaqdadır. Artıq tərəflər arasında “diplomatik müharibənin” başladığını deyə bilərik. 
 
Ukrayna-Rusiya cəbhəsində aktivlik
 
Azərbaycanın Qarabağda əldə etdiyi Qələbədən ruhlanan Ukrayna ərazi bütövlüyünün bərpa edilməsində və seperatizmin aradan qaldırılmasında real addımlar atmağa çox həvəsli görünür, bəzi fəaliyyətlərə isə artıq başlanıb. Rusiya da həm Ukraynanın Krım vilayətində, həm də Donbassda yerləşən və seperatçıların nəzarətində olan ərazilərə qoşun toplamağa başlayıb. Baş verən hadisələr fonunda yaxın aylrda Qara dənizdə gərginliyin daha da dırmanmasının müşahidə ediləcəyi şübhəsizdir. Ukraynada isə artıq ehtiyatda olanların səfərbərlik elan olunmadan Ukrayna Silahlı Qüvvələrinə çağırılmasına icazə verən qanun qüvvəyə minib. Bu qanun Ukrayna Silahlı Qüvvələrinə çağırış sistemini qismən dəyişdirib. Artıq səfərbərlik elan etmədən və hərbi vəziyyət tətbiq etmədən ehtiyatda olanların Ukrayna Silahlı Qüvvələrinə çağırılmasına icazə verilib. 
Başqa sözlə desək, Ukrayna bütün müdafiə qüvvələrinin hərbi hissələrini ehtiyatda olanlarla sürətli bir şəkildə təchiz etməyə və bununla da hərbi əməliyyatlar zamanı Silahlı Qüvvələrinin döyüş effektivliyini əhəmiyyətli dərəcədə yüksəltməyə, müdafiə qüvvələrinin döyüş potensialını sürətlə artırmağa və milli təhlükəsizliyə yaranan qəfil təhdidlərə dərhal reaksiya verməyə hazır olduğunu nümayiş etdirir. 
 
NATO-nun 4 x 30 konsepsiyası
NATO-nun həm Polşa və Baltikyanı ölkələrdə qoşun qruplaşması  gücləndirməsi, həm də Ukrayna məsələsində aşkar Kiyevi dəstəkləməsi əvvəldən heç kim üçün sir deyildi. ABŞ-ın təklifi ilə NATO-nun yeni qəbul etdiyi “4 x 30” konsepsiyası bu dəstək fonunda keçirilən təlimdə artıq tətbiq olunmağa başlayıb. Bu konsepsiya NATO-da 30 motoatıcı taborunun, 30 aviasiya eskadrilyasının və 30 döyüş gəmisinin, 30 gün ərzində döyüş tətbiqinə hazır olmasını təmin edir. Bu ay başlayan manevrlər 12 Avropa ölkəsindəki 30 poliqonda keçirilməklə bəlkədə “5 x 30” yeni konsepsiyanı əhatə edəcək. Hazırda Rusiyanın sərhədləri yaxınlığında keçirilən “DEFENDER Europe-21” təlimləri də bu konsepsiyanın tətbiqinin detallarının dəqiqləşdirlməsi məqsədi daşıyır. Təlimlər iyun ayına qədər davam edəcək.
 
DEFENDER
 
Təlimin adındakı DEFENDER ingiliscədən “Müdafiəçi” kimi tərcümə olunur, lakin onun böyük hərflərlə yazılması, “Dynamic Employment of Forces to Europe for NATO Deterrence and Enhanced Readiness” - yəni “Avropadakı qoşunların dinamik istifadəsilə NATO tərəfindən çəkindirmə və gücləndirilmiş hazırlıq” ifadəsinin baş hərflərindən ibarət olduğunu göstərir.
 
Əməliyyat şəraiti 
 
Qara dənizdə keçiriləcək təlimlər, burda cəmləşən NATO gəmiləri, ABŞ-ın Ukraynaya intensiv yükdaşımaları, Rusiya ünvanına səslənən hədələr və tətbiq edilən sanksiyalar vəziyyətin getdikcə gərginləşdiyini göstərir. 
Bu fəaliyyətlər Rusiyanın Ukrayna sərhədlərində canlı qüvvə və texnika cəmləşdirməsi ilə əlaqədardır. Regionda vvəziyyətin son gərginləşməsi Qara dənizin neytral suları üzərində İngiltərə və ABŞ-a məxsus təyyarələrin üçüşu ilə müşahidə olunur. “Boeing RC135W” və “Lockheed P-3Corion” radio-elektron kəşfiyyat təyyarələri ilə bərabər P-8A “Poseidon” sualtı qayıqlar əleyhinə təyyarələr akvatoriyada daha çox müşahidə edilir. Səmada həm Ukraynanın “Bayraktar TB2”, həm də NATO-nun “RQ-4 Global Hawk” kəşfiyyat PUA-larının aktivləşməsi də müşahidə olunur. Qərb ölkələrinin digər aviasiya vasitələri də praktiki olaraq hər gün Krım ətrafında hava məkanının monitorinqini həyata keçirir. Göyərtəsində 50-dən çox qanadlı “Tomahawk” raketləri daşıyan ABŞ gəmilərindən sonra Böyük Britaniya döyüş vasitələri akvatoriyaya daxil olmağa hazırlaşır. 
“Səhrada Fırtına”, yoxsa DEFENDER  
 
NATO-nun “Boeing RC135W” və “Lockheed P-3Corion” radio-elektron kəşfiyyat təyyarələrini Ukraynaya gətirməsi, adətən döyüş əməliyyatlarına hazırlıq və ya təhdid dövrünü xarakterizə edir. Bu ssenarini “Sərhada Fırtına” əməliyyatında da müşahidə etmişdik.
 
Rusiya “FlightRadar” internet servisinin məlumatları əsasında ABŞ-a məxsus S-17 və S-130 nəqliyyat təyyarələrin Birləşmiş Ştatlardan, Almaniyadan və Baltikyanı ölkələrdən havaya qalxaraq Ukraynanın Borispol hava limanına enməsi, boşaldılması və yenidən geri qayıtması ilə əlaqədar həyəcan təbili çalır. Nədənsə Kremlin özü 2020-ci ilin iyulundan dekabra qədər Ermənistana intensiv silah daşımaları ilə, xüsusilə də “İskəndər-M” raketləri ilə bağlı Azərbaycanın bəyanatlarını bu günə qədər görməzdən gəlir. Burda “dəvədən böyük fil var” məsəli tam yerinə düşür. 
 
Təlimin hədəfləri
 
ABŞ Ordusunun Avropadakı rəhbərliyi ilə keçirilən müdafiə xarakterli genişmiqyaslı birgə təlimlər çoxmillətli qüvvələrin (Pentaqon + Müttəfiqlər və Tərəfdaşlar) hazırlığını və qarşılıqlı fəaliyyətini artırmaq məqsədi daşıyır. Bu isə ümumilikdə NATO-nun strateji və əməliyyat hazırlığını artırmaq deməkdir. 
Təlimlərdən əvvəl ABŞ Ordusunun Avropa və Afrikadakı qoşunlarının komandanı general Kristofer Kavoli, “DEFENDER Europe 21” təlimlərinin  Balkanların və Qara dənizin strateji baxımdan əhəmiyyətli bölgəsindəki hər cür böhrana kollektiv şəkildə cavab vermək qabiliyyətini artırmaq üçün əla bir fürsət verdiyini vurğulayıb. Planlara inanılacağı təqdirdə, “böhran” coğrafiyası Balkanlar və Qara dənizlə məhdudlaşmır. 
 
Daşınma
 
Qoşunlar Avropa (Baltikyanı ölkələr daxil olmaqla), Asiya və Afrikanı birləşdirən əsas quru, hava və dəniz yollarından istifadə edəcək. Manevrlər zamanı hava hücumundan və raket əleyhinə müdafiə sistemləri, ABŞ Milli Qvardiyasının (beş ştatdan 2100 hərbçi) və bu yaxınlarda yenidən bərpa olunaraq Polşada yerləşdirilən Pentaqonun 5-ci Ordu Korpusu daxil olmaqla NATO-nun ən son və yüksək texnoloji imkanlar istifadə ediləcək.
ABŞ-dan Avropanın 4 dəniz limanına hərbi personalın və 1200 ədəd hərbi texnikanın planlaşdırılan köçürülməsi artıq başlayıb. Əvvəllər Almaniya, İtaliya və Hollandiyadakı bazalarda yerləşən ABŞ Ordusunun silahları və təchizatı aprel ayında yenidən aktivləşdiriləcək və eyni zamanda Amerika əsgərlərini 12 Avropa ölkəsində yerləşən hava limanları qəbul etməyə başlayacaq.
Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin keçmiş komandanı Con Nikolson əvvəllər həmkarlarına təkcə Baltik bölgəsində mümkün hərbi qarşıdurma zamanı Şimali Atlantika İttifaqının qüvvələrini ora köçürmək üçün 90 gün lazım olduğunu xatırladıb. Lakin Krımdakı əməliyyat üçün Rusiyaya ora qoşun yerləşdirməyə üç həftəlik bir müddət yetərli oldu. Yəqin ki, “DEFENDER Europe 21” təlimləri qoşunların dəniz və hava yolu ilə sürətli yerdəyişmə məsələlərinə də ciddi diqqət göstərəcək. Təlimlərdə kiber təhlükəsizlik və radioelektron mübarizə məsələləri də əsas diqqət mərkəzində olacaq.
 
Təlimlərin ssenarisi və Rusiyanın reaksıyası
 
Qərb ölkələri qoşunlarının Rusiya sərhədləri yaxınlığında aktivliyinin artmasının rəsmi səbəbi, mayın ortalarında NATO-nun irimiqyaslı təlimlərinə hazırlıqdan ibarətdir. Təlimlərin döyüş planına uyğun olaraq NATO qoşunları Kalininqrad istiqamətində Rusiya hücumunu dəf etməli və Rusiyanın qoşunlarını mühasirəyə almaqla sülhə məcbur etməlidirlər. Ötən illərdən fərqli olaraq, 2021-ci ildə əsas diqqət həm də Cənubi Avropaya yönəldiləcək. Manevrlərin Çernoqoriya, Kosovo və Albaniyada keçirilməsi də planlaşdırılır. Bolqarıstan və Rumıniyada hava hücumundan müdafiə qüvvələrinin təlimləri və “yer-yer” tipli raketlərdən atəş açılması nəzərdə tutulur. Təlimlərin Baltikdən Qara dənizə qədər ərazidə Rusiyada müharibə ssenarisini məşq etmək məqsədi daşıdığı aşkar hiss edilir. 
Rusiya və Belarus buna cavab olaraq sentyabr ayında “Qərb-2021” təlimlərini keçirəcəklər. Hələlik isə Rusiya qərb sərhədlərinə döyüş hazırlığının yoxlanılması adı altında iki ordu və hava-desant qoşunlarının üç diviziyasını köçürüb. 
 
3-cü Dünya Müharbəsinin astanasında
 
“DEFENDER Europe 21” konsepsiyasında ABŞ və NATO-nun əsas ehtimal olunan rəqibi Rusiya Federasiyasıdır. Əslində Rusiyanın davranışları da Avropanı aşkar təhdid edir. Rusiyanın Avropa sərhədləri yaxınlığında davranışı Avropa təhlükəsizlik sisteminə mənfi təsir göstərir. Pentaqonun Əfqanıstanda, İraqda, Suriyada, Liviyada, Yuqoslaviyada maraqlarını Rusiya alt-üst etmək niyyətini də heç kim unutmayıb. Belə olan halda “DEFENDER Europe 21” təlimlərinin niyyəti bütövlükdə Üçüncü Dünya Müharibəsinə hazırlıq məqsədi daşıdığını da ehtimal etmək mümkündür. 
 
Təlimlərin qrafiki
 
Təlimlər bu ay ABŞ-dan avadanlıq və personalın Avropaya daşınması ilə başlayıb. Apreldə ilkin hazırlıqlar Almaniya, İtaliya və Hollandiyadakı poliqonlarda həyata keçiriləcək. Daşınmalarda dəmir yolu ilə bərabər avtomobil və ya dəniz yolundan istifadə ediləcək. May ayında təlimlərin əsas hissəsi 12 ölkədə yerləşən 30-dan çox poliqonda keçiriləcək. 
 
Təlim tərkibində təlimlər
 
“DEFENDER Europe 21” təlimləri zamanı “Immediate Response”, “Saber Guardian”, “Swift Response”,  “African Lion” və “Steadfast Defender” adlı alt təlimlər də keçiriləcək. Onlar vahid əməliyyat məkanında reallaşmaqla may ayına planlaşdırılır. Bolqarıstan, Rumıniya və Estoniyada 7000 əsgərin iştirakı ilə dörd hava-desant əməliyyat həyata keçiriləcək. May ayının ortalarından iyunun əvvəlinədək 19 ölkədən 13 mindən çox əsgər hava hücumundan müdafiə və raket əleyhinə müdafiə əməliyyatları zamanı döyüş atışları həyata keçirəcək. 
Təlimdə bütün Baltikyanı ölkələr də iştirak edir. Gürcüstan, Moldova və Ukrayna isə tərəfdaş ölkələr kimi fəal iştirak edirlər. “DEFENDER Europe 21” manevrləri iyun ayında sona çatacaq. 
 
Türkiyəyə ögey münasibət
 
Təlimlərə Türkiyə də qatılacaq, lakin hansı tərkibdə qatılacağı bəlli deyil. ABŞ-ordusunun Avropadakı komandanlığının veb saytında manevrlə əlaqədar olaraq yayımlanan Avropa xəritəsi böyük bir skandala imza atıldı. Bu xəritədə Belçika kimi kiçik plkə göstərildiyi halda Türkiyənin yerləşdiyi ərazi tamamilə boş saxlanılıb. Rusiya da xəritədə göstərilməyib.
Bu təlimdən az əvvəl ABŞ ilə Türkiyə arasında gərginlik də yaşandı.  ABŞ təlimlərdə iştirak edəcək yüzlərlə döyüş maşınını Türkiyə ilə sərhəddən 20 kilometr məsafədə yerləşən Yunanıstanın Dedeağaç kəndindəki bazaya yerləşdirmişdi. Sərhədlərinə  çox yaxın cəmləşmə Türkiyədə haqlı narahatlıq yaratmışdı. Bəzi türk KİV-ləri ABŞ-ın bu vasitələrin bir hissəsini Yunanıstana bağışlayacağını da iddia etdi.
 
Nəticə
 
Rusiya təbii ki, NATO və onun tərəfdaşlarının Qara dənizə qoşun çıxarmaqla əzələ nümayiş etdirməsinə qarşı hansısa əks tədbirlər həyata keçirməlidir. Lakin “DEFENDER Europe 21” miqyası qarşısında Rusiyanın atacağı addımlar miqyasına görə adekvat olacağı real görünmür. Böyük ehtimalla Rusiya Baltikyanı ölkələrlə və Polşa ilə sərhəddində uzaq mənzilli raket komplekslərinin yerləşdirməklə əvvəl verdiyi bəyanatları bir az sərt şəkildə təkrarlamaqla kifayətlənəcək. 
Hər hansı bir döyüş əməliyyat teatrında hərbi əməliyyatların nəticəsi 90% logistika və idarəetmə sistemlərindən asılıdır, yəni qələbə potensialı döyüş əməliyyatlarından daha əvvəl formalaşır. Buna görə də Pentaqon və onun avropalı müttəfiqləri (tərəfdaşları), əməliyyatlardan daha əvvəl maddi-texniki problemləri həll etməyə, quruda, dənizdə və havada real fəaliyyət göstərən vahid idarəetmə sistemini təkmilləşdirməli olacaqlar. Çoxmillətli qoşunların döyüş koordinasiyasından keçirilməsi də zaman tələb edən prosedurlardır. Bəzən bir milli ordunu tabor, alay və briqada miqyasında uzlaşdırmaq belə çətin bir prosesə çevrilir. 26 ölkədən olan NATO və onun tərəfdaşlarının 30 min hərbçisinin Avropa Əməliyyat Teatrındakı müxtəlif ölkələrdə yerləşən 30 təlim poliqonunda cəmlənməsi, hazırlanması və hər 3 məkanda döyüş əməliyyatlarda iştirakı, koordinasiya baxımından kifayət qədər çətin və mürəkkəb vəzifədir. Buraya cəmləşən qoşunların döyüş sursatları və digər maddi texniki təminatı ilə təchizat məsələlərini də əlavə etməliyik.
 
Təlimlərdə iştirak edəcək qüvvələrin göstərilən rəqəmlərdən bir neçə dəfə artıq ola bilər. İştirakçı ölkələr təlimlərdə birbaşa iştirak edən qoşunlarından başqa qüvvələri də təlimlərə dolayısı ilə cəlb edə bilər. Məsələn Baltikyanı ölkələr, Polşa və Almaniya əvvəllər bu təcrübədən istifadə edib. 
 
İstənilən halda təlimlərin Rusiya çəkindirmə silahlarının son münaişələrdə zəifləyən nüfuzu fonunda və ABŞ rəhbərliyinin Kreml barədə səsləndirdiyi sərt bəyanatlar fonunda keçirilməsi, yaxın 3 ay ərzində Rusiyanın NATO, Aİ, Gürcüstan və Ukrayna ilə münasibətlərində gərginliyin artması ilə müşaiyət ediləcək. Dolayısı ilə bu təlimlər dünyadakı hərbi-siyasi vəziyyəti gərginləşdirməklə “Soyuq Müharibə günlərinə qayıdış” kimi də qəbul edilə bilər.
 
Ədalət Verdiyev,
Hərbi ekspert, Xüsusi olaraq Moderator.az üçün
 
 
 
Oxşar xəbərlər
01 Nov 2024 | 23:15
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
01 Nov 2024 | 23:10
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
01 Nov 2024 | 23:00
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
01 Nov 2024 | 22:53
"Gürcü Arzu"sunun bizə yaxınlığı yoxdur - Medvedyev
01 Nov 2024 | 22:45
DİQQƏT! Bunu etsəniz, xəstələnməyəcəksiniz
01 Nov 2024 | 22:34
"Həm nəticədən, həm də oyundan razı qaldım" - Qurban Qurbanov
01 Nov 2024 | 22:26
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
01 Nov 2024 | 22:18
“Neftçi” “Araz-Naxçıvan”a uduzdu
01 Nov 2024 | 22:10
Obamanın qızı atasının soyadından imtina etdi
01 Nov 2024 | 22:06
Ermənistan TV-sində “Azərbaycan saatı”: Düşmənimiz deyil!
01 Nov 2024 | 22:03
Əsas üç gündür...
01 Nov 2024 | 22:00
ABŞ əczaçılıq şirkətləri Çinlə əməkdaşlığı DAYANDIRIR
01 Nov 2024 | 21:50
Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
01 Nov 2024 | 21:43
Falçılıqla məşğul olan 1500 nəfər saxlanıldı
01 Nov 2024 | 21:35
"Qarabağ"ın oyunu qolsuz başa çatdı
01 Nov 2024 | 21:30
Qəhvəyə qarşı allergiya nədir?
01 Nov 2024 | 21:10
ChatGPT istifadə edənlərə ŞAD XƏBƏR - Yeni xüsusiyyətlər əlavə edildi
01 Nov 2024 | 20:55
Postlar qurulacaq, maşınlar şəhərə fasilələrlə buraxılacaq
01 Nov 2024 | 20:48
Otellərdə yoxlamalar aparıldı, nöqsanlar aşkarlandı
01 Nov 2024 | 20:40
Fransız mətbuatı COP29-a hazırlıqdan yazdı
01 Nov 2024 | 20:30
Məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq
01 Nov 2024 | 20:23
Niyə yatmış insanların şəklini çəkmək olmaz?
01 Nov 2024 | 20:15
Noyabr 7 BÜRC üçün elə xoş sürprizlər hazırlayıb ki...
01 Nov 2024 | 20:10
Ətin qiyməti nə qədər bahalaşacaq?- İqtisadçılar həyəcan təbili çalır
01 Nov 2024 | 20:00
Noyabrın 6-da ABŞ-da nələr olacaq?
01 Nov 2024 | 19:53
İran xəbərdarlıq etdi: Nüvə doktrinası dəyişdirilə bilər!
01 Nov 2024 | 19:45
10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
01 Nov 2024 | 19:40
Azərbaycandan "X"ə ÇAĞIRIŞ
01 Nov 2024 | 19:30
AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək
01 Nov 2024 | 19:18
Xamneyi İsraillə bağlı əmr verdi
01 Nov 2024 | 19:10
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
01 Nov 2024 | 19:05
“Seçki dövrü bitib, seçim mərhələsi başlayıb”
01 Nov 2024 | 18:58
Azərbaycanla Ermənistan razılığa gəldi - Əsasnamə bu gündən qüvvəyə minir
01 Nov 2024 | 18:53
Çin hakimiyyəti sənayeni xarici investorlar üçün tam açdı
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 18:42
Azərbaycan COP29-la bağlı daha bir rekorda hazırlaşır: 45 saniyəlik sənəd yoxlanışı!
01 Nov 2024 | 18:30
Bakının bu ərazisində 6 saat işıq olmayacaq
01 Nov 2024 | 18:16
Cennifer Lopezdən Kamala Harrisə dəstək: Səsin sənin gücündür
01 Nov 2024 | 18:08
Çay və qəhvənin maraqlı xüsusiyyətləri
01 Nov 2024 | 18:00
Arda Gülər üçün 95 milyonluq təklif
01 Nov 2024 | 17:48
"Bakmil”ə hərəkət cədvəli dəyişdirilir
01 Nov 2024 | 17:44
COP29 zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək
01 Nov 2024 | 17:42
Haqlının yanında olub, haqsız “etiraza” öz etirazını bildirən 12 yaşlı “Moderator”az”...
01 Nov 2024 | 17:40
Allah Zülfüqar bəyə rəhmət eləsin ki, Azərbaycan üçün belə bir sayt  yaratdı və...
01 Nov 2024 | 17:38
Əli Məsimlidən qaz limiti ilə bağlı TƏKLİF
01 Nov 2024 | 17:34
UNEC tələbəsi Bəhreyndə keçirilən Gimnaziadada qızıl medal qazanıb - FOTOLAR
01 Nov 2024 | 17:30
“Poz-Qazan”da oktyabrda 10 böyük uduş qazanılıb
01 Nov 2024 | 17:26
“ATV Plus” 5 min manat cərimələndi
01 Nov 2024 | 17:22
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən...
01 Nov 2024 | 17:18
Xırdalanda baş verən dəhşətli yanğının sirləri...
01 Nov 2024 | 17:13
COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı - FOTO
01 Nov 2024 | 17:07
Xaçmazda 57 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
01 Nov 2024 | 17:02
"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO
01 Nov 2024 | 16:57
Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? - AÇIQLAMA
01 Nov 2024 | 16:52
Baş rejissor gələcək planlardan DANIŞDI: “Böyük hədəflərimiz var” – MÜSAHİBƏ
01 Nov 2024 | 16:47
Prezident yeni icra başçısı TƏYİN ETDİ - FOTO
01 Nov 2024 | 16:45
"Mən yenidən sevə biləcəyimə ümid etmirdim..." - Britaniyalı qadın amerikalı qatilə aşiq olub
01 Nov 2024 | 16:38
Tramp, yoxsa Harris: məşhur Hollivud ulduzu kimə və niyə səs verəcək?..
01 Nov 2024 | 16:33
"İsrail Yaxın Şərqdə strateji gerçəkliyi dəyişir" - Binyamin Netanyahu
01 Nov 2024 | 16:28
Sergey Lavrov Azərbaycanın Əməkdar mədəniyyət işçisini təltif etdi - FOTO
01 Nov 2024 | 16:23
Buzovna-Şüvəlan yolunda ağır QƏZA - VİDEO
01 Nov 2024 | 16:18
Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayraqlarını endirdi - VİDEO
01 Nov 2024 | 16:13
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
01 Nov 2024 | 16:08
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ - FOTO
01 Nov 2024 | 16:03
Ayətüllah Xamenei İsrailə yeni hücuma hazırlaşmağı əmr edib
01 Nov 2024 | 15:54
UEFA "Qarabağ"ın məşqçisini cəzalandırdı
01 Nov 2024 | 15:48
Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabı yayınlandı - FOTO
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 15:37
“Çətin günlərində heç bir sənətçidən dəstək görmədik, ən böyük arzusu yarım qaldı...” - Eldəniz Zeynalovun gəlini
01 Nov 2024 | 15:32
"Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir" - Azay Quliyev
01 Nov 2024 | 15:26
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
01 Nov 2024 | 15:20
Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirildi - FOTO
01 Nov 2024 | 15:15
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
01 Nov 2024 | 15:10
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
01 Nov 2024 | 15:05
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət  Həsənquliyev
01 Nov 2024 | 15:00
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
01 Nov 2024 | 14:55
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
01 Nov 2024 | 14:50
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
01 Nov 2024 | 14:48
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
01 Nov 2024 | 14:42
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
01 Nov 2024 | 14:37
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 14:32
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
01 Nov 2024 | 14:27
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
01 Nov 2024 | 14:21
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
01 Nov 2024 | 14:16
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
01 Nov 2024 | 14:11
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
01 Nov 2024 | 14:09
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
01 Nov 2024 | 14:06
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
01 Nov 2024 | 14:00
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
01 Nov 2024 | 13:55
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 13:45
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
01 Nov 2024 | 13:44
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
01 Nov 2024 | 13:42
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
01 Nov 2024 | 13:38
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
01 Nov 2024 | 13:33
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
01 Nov 2024 | 13:30
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
01 Nov 2024 | 13:29
Somali Prezidenti COP29-da iştirak edəcək
01 Nov 2024 | 13:26
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
01 Nov 2024 | 08:00
Moderator.az 12 yaşında - VİDEO
01 Nov 2024 | 12:41
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 11:30
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
01 Nov 2024 | 08:14
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 08:53
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
AYLIQ
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
01 Nov 2024 | 08:00
Moderator.az 12 yaşında - VİDEO
01 Nov 2024 | 12:41
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 11:30
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
01 Nov 2024 | 08:14
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 08:53
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib