"Əlbəttə, bu tip tibb müəssisələrini idarə edənlərin əsas qayəsi o olacaq ki..."
Oxunub: 2379
29 Jun 2020 | 21:59
Moderator.az araşdırmaçı Adıgözəl Məmmədovla müsahibəni təqdim edir:

Qeyd edək ki, A.Məmmədov 90-cı illərdən tibbi sığortanın  növləri, tətbiqi ilə bağlı araşdırmalar  aparmış və dövri mətbuatda bu sahədə geniş yazıları dərc olunmuşdur.

- Adıgözəl müəllim, son illər  tibb sahəsində aparılan islahatlar nə dərəcədə öz müsbət effektini göstərir?

- Hər sahədə olduğu kimi, tibb sahəsində də  yeni düşüncə və mədəniyyətin  formalaşmasına  ehtiyac vardır. Çünki dövlətimizin ən vacib strategiyalarına vətəndaşlarımızın sağlamlığı da daxildir.
Respublikamızın regionlarında bütün tələblərə cavab verən müalicə diaqnostika mərkəzləri və xəstəxanalar istifadəyə verilib. Bu tibb müəssisələri ən son model tibbi avadanlıqlarla təmin edilib. 1999-cu ildə Milli Məclis tərəfindən “İcbari tibbi sığorta” haqqında qanun qəbul edilib. 2007-ci ildə isə həmin qanuna əlavə və dəyişikliklər olunub. Prezident İlham Əliyevin 4 aprel 2014-cü ildə “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qərar əsasında 16 fevral 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Bu agentliyin əsas vəzifələrindən biri də icbari tibbi sığorta olunanlara müvafiq proqrama uyğun tibbi yardım göstərilməsi üçün səhiyyə müəssisələri ilə müqavilələr bağlayıb, onlara keyfiyyətli xidmətin yüksəldilməsi üçün strategiyalar həyata keçirməkdir. Eyni zamanda da tibb müəssisəsinin və ya tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin ödənilməsi məqsədilə agentliklərə məhkəməyə müraciət etmək hüququ verilir. Agentlik, həmçinin sığorta olunanlara göstərilən tibbi xidmətlərin həcminin və keyfiyyətlərinin monitorinqini həyata keçirmək hüququna da malikdir.
Bu baxımdan icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20.12.2018-ci il tarixli Fərmanı, tam əminliklə deyə bilərəm ki, səhiyyə sahəsində böyük bir dönüş etdi. Bu fərmana görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB)yaradıldı. 

- “TƏBİB” öz işlərini istənilən səviyyədə görə bilirmi?

- Formalaşmış və  bu gün ki,  səhiyyə sistemimiz çox təssüf ki,  mövcud reallıqlara cavab vermir. Biz pandemiya şəraitində  birdaha bunun şahid olduq  - yarıtmaz idarə etməsi  ilə insanların ağrı acıları  ilə “koronovirus testlərinin” biznesini quran bir qrup işbazlar  və strateji məqsədləri  olmayan  səlahiyyət  davaları aparan səhiyyə EQO - ları. Səhiyyə sahəsindəki islahatlar və əhaliyə tibbi xidmətin göstərilməsi, inkişaf etmiş ölkələrdəki kimi yüksək səviyyəyə qaldırılması dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilsə də, bu istiqamətdəki  yarıtmaz kadrların ucbatından, cəmiyyətimiz milli təhlükəsizlik baxımından böyük təhlükə ilə üz –üzə qalıb.
Bu insanlar səlahiyyətləri əllərinə alar-almaz  sovet səhiyyə sistemindən qalma tibb müəssisələrinin bazasında yenidən strukturlaşdırılma işinə başladılar, halbuki ilk öncə  müstəqil maliyyə fəaliyyətlərini formalaşdıra biləcək hüquqi şəxs statusunda yeni müəssisələrin yaradılmasına böyük ehtiyac var idi. Çünki, əsas problem fərdin tibbi sığorta bazasının hansı şəkildə formalaşa bilməsindən asılıdır. Yəni istənilən şəxsin sığorta paketinin ödənilməsi və ya maliyyə mənbəyinin tapılması müəyyən yeni strategiyaların yaranmasını zəruri edir. Payçı mülkiyyətlərə “Azərbaycan Respublikası Səhmdar Cəmiyyətləri” haqqındakı qanuna uyğun olaraq müasir tələblərə cavab verən tibb müəssisələri təsis etmək olar. Tibb müəssisələrinin təsisində və ya yenidən strukturlaşdırılmasında idarəedilmə paketi mənsub olduğu profil təşkilatlarına və ya tabeçiliyindəki tibb müəssisəsi işçilərinin əldə edə biləcək səhm paketləri hesabına özünüidarəetmə hüququ statusuna malik kollektiv təsərrüfatlara aid ola bilər.
Bundan başqa, tibb müəssisələrinin maddi-texniki bazasının təmin edilməsi üçün və həmçinin tibbi xidmətin səviyyəsinin yüksəldilməsi baxımından kənardan “intervent investisiya” cəlb oluna bilər. “İntervent investisiya” tibb müəssisəsinin səhmlərini əldə etməklə və ya müəyyən dövr həcmində gəlir fondundan pay almaqla iştirak edə bilər. Bu, qarşılıqlı razılaşmalar nəticəsində idarəetmə paketinə malik tərəflə intergent subyekti arasında həll edilir.

- Tibb müəssisələri öz maliyyə imkanlarını necə gücləndirə bilər? 

- Tibb müəssisəsi əgər müstəqil hüquqi şəxsdirsə və ya payçı səhmdar cəmiyyətdirsə, idarəetmə paketini əlində saxlayan tərəf və ya tərəflər maddi-texniki bazanın təkmilləşdirilməsi, əhaliyə tibbi xidmətin səmərəliliyinin artırılması baxımından lizinqlər şəklində banklarla əməkdaşlıq edə bilər. Bank orada payçı tərəf kimi və ya gəlir fondundan müddətli emisiyalar əldə edə bilər.
Tibb müəssisələri Azərbaycan qanunları çərçivəsində beynəlxalq strukturlardan və ya beynəlxalq maliyyə mərkəzləri tərəfindən subsidiv investisiyaların əldə olunması və bu istiqamətdə qarşılıqlı xidmət göstərməsi baxımından vacib məsələlərdən biridir. Bütün bunlar Azərbaycan səhiyyəsində həm özəl, həm də dövlət sektorunun inkişafını təmin edəcək. Bu cür sistemin tətbiqi, eyni zamanda tibbi personalın əməkhaqlarının yüksəlməsinə səbəb olacaq. Əlbəttə, bu tip tibb müəssisələrini idarə edənlərin əsas qayəsi o olacaq ki, sağlam rəqabətə tab gətirmək üçün yüksək peşəkar mütəxəssisləri cəlb etsinlər. Həmçinin marketoloji xidmət göstərib ən müasir avadanlıqlarla təmin edərək yüksək gəlir əldə etməyi düşünəcəklər. Bu komponentləri özündə birləşdirən tibb müəssisəsi səviyyəli xidmət göstərərək, daha çox gəlir əldə edərək tibb personalına yüksək əməkhaqları verəcək. Əks təqdirdə yaxşı xidmət göstərməyən tibb müəssisələrinə müraciətlərin sayı azalacaq və sığorta şirkətləri də onlardan üz döndərəcək. 

- Bəs tibbi sığorta bazarını necə inkişaf etdirmək olar?

- Tibbi sığorta bazarının güclənməsi üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var. İkinci isə tibb müəssisələrinə müstəsna rəqabət çox olduğundan, bəzən merkantin maraqlar işin içinə girir, çünki icbari tibbi sığorta şirkətləri ilə müqavilə bağlayan idarə və müəssisələr sığorta şirkətləri tərəfindən onlara təqdim olunmuş tibb müəssisələri çərçivəsində seçim edə bilir. Amma elə tibb müəssisələri var ki, sığorta şirkətlərinin siyahısında təmsil olunmuş tibb müəssisələrindən qat-qat üstün tibbi personala və maddi-texniki bazaya malik olur. 
Vəziyyətdən çıxış yolu kimi tibb müəssisələri özləri müstəqil olaraq müəssisənin marketinqini həyata keçirmək imkanına malik olmalıdır. Ola bilər ki, mövcud qanunlar çərçivəsində tibb müəssisələri xidmət paketlərini müəssisə və təşkilatlara təqdim edir. Müəssisə və təşkilatlar da öz əməkdaşlarına tibbi xidmətin göstərilməsi müqaviləsini ya birbaşa, ya da tibbi sığorta təşkilatları vasitəsilə həyata keçirmək imkanını əldə edir. İkinci bir tərəfdən isə bu yanaşma Müstəqil hüquqi statusa malik və ya payçı səhmdarlardan təsis olunmuş tibb müəssisələrinin fəaliyyət prinsiplərindən irəli gələrək tibbi sığorta şirkətlərinə müraciət etmədən alternativ maliyyə mənbəyini formalaşdıra bilər. Eyni zamanda qarşılıqlı anlaşmalardan irəli gələn xəstələrin müayinə və müalicəsi zamanı üzə çıxa biləcək problemli hüquqi vəziyyətlə əlaqəli sığorta şirkətləri ilə hissəvi paketli müqavilə imzalaya bilər. Bunun üçün də tibb müəssisəsi müəyyən sığorta ödəmələrini sığorta şirkətlərinə ödəyir. Hissəvi paketli müqavilə 3 tərəf arasında (tibb müəssisəsi, xidmət haqqını ödəyən təşkilat və sığorta şirkəti) razılaşdırılmış formada imzalanaraq həyata keçirilə bilməlidir. Həmçinin könüllü sığorta haqları və ya depozit tibbi sığorta ilə hər bir şəxs özünü və ailə üzvlərini müstəqil qaydada sığortalaya bilər. Ənənəvi tibbi sığortada şirkət hər əməkdaşına görə müəyyən məbləğ ödəyə bilsə (sığorta haqqı), onun müqabilində müəyyən çərçivədə tibbi xidmətlər almaq hüququna malik olurdu (sığorta məbləği). Depozit tibbi sığortada isə heç bir limit yoxdur, çünki bütün tibbi xərclər müraciət edənin öz hesabından ödənilir. Yalnız bundan sığorta şirkəti müəyyən faizlərini götürür. Depozit tibbi sığortanın əsas üstünlüyü isə həyata keçirilən müalicəyə nəzarət etməsidir. Sığorta şirkəti imkan vermir ki, həkim xəstəni lüzumsuz xidmətlərə yönəltsin və şəxsi mənafelərinə görə ucuz dərmanlar əvəzinə, analoji, amma qat-qat baha olan dərmanların təyinatının qarşısını alır. Hissəvi paketli müqavilədə də 3 tərəf arasında (tibb müəssisəsi, xidmət haqqını ödəyən təşkilat və sığorta şirkəti) razılaşdırılmış formada qarşılıqlı öhdəliklər şərtlərində tibbi sığorta şirkətinə həyata keçirilən müalicəyə nəzarət etməsi hüququnun verilməsi psixoloji olaraq balanslaşdırılmış bir situasiya yaradır. Tibbi sığorta təşkilatı tam marağında olur ki, xidmət paketinə malik olmaq üçün, müstəqil şəkildə işçilərinə xidmət göstərəcək müəssisə ilə müstəqil müqavilə bağlamış tibb müəssisəsinin qüsurlarını üzə çıxarmaqda maraqlı olur. 

- Sosial müdafiəyə ehtiyacı olan təbəqəyə nə kimi güzəştlər mümkündür?

- Əgər tibb müəssisəsi payçılardan biri və ya bir neçəsi hüquqi şəxsdirsə, onda o, payçı təşkilatlar qarşısında öhdəliklər götürərək həmin təşkilatın əməkdaşlarına öz gəlir fondundan ayırmalar edərək təmənnasız müayinə və müalicə edilə bilər. Bu, payçılararası razılaşmalarla həyata keçirilə bilir.
Digər intervent investisiya formalarından biri kimi, tibb müəssisələri öz səhmlərini istiqraz vərəqələrinə çevirərək maliyyə mənbəyinin formalaşmasında iştirak edəcək. Yəni bu, istiqrazları əldə edən hüquqi və fiziki şəxslərə müəyyən dövr ərzində və ya həmişəlik təmənnasız xidmət edə bilməsi imkanın yaradılmasıdır.
Tibb müəssisələri sosial cəhətdən müdafiə olunan təbəqəyə xidmət etmək müqabilində idarə və təşkilatlarda çalışan işçilərin məvacib fondundan icbari sığorta təşkilatlarına ayrılan maliyyəni əldə etmək üçün müqavilələr bağlamaq yolu ilə, əhalinin işləməyən təbəqəsinə xidməti üçün isə sosial müdafiə fondları ilə birbaşa müqavilə bağlamaqla öz xidmətlərini həyata keçirmək imkanlarına malik olmalıdır.
Oxşar xəbərlər
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
GÜNLÜK
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 14:31
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
17 May 2024 | 14:08
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 13:41
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
17 May 2024 | 14:28
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 14:31
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
17 May 2024 | 14:08
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 13:41
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
17 May 2024 | 14:28
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL