İnamını silaha, sevgisini fədakarlığa çevirən İNSAN!
Oxunub: 3841
27 May 2020 | 21:00
İnamını silaha, sevgisini fədakarlığa çevirən İNSAN!

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərovun adı hər bir azərbaycanlıya yaxşı məlumdur. 1962-ci ilin 2 iyul tarixində Şuşada anadan olan və ömrünün son dəqiqəsinə kimi bütün həyatını doğma şəhərinin müdafiəsinə həsr edən Ramiz Qəmbərov, sonsuza kimi xalqımızın dərin ehtiram və minnətdarlıq hissi ilə xatırlayacağı böyük qəhrəmanlarımızdandır. Bu yazımızda sizi Ramiz Qəmbərov, onun şərəfli döyüş yolu ilə bağlı yeni faktlarla tanış edəcək, Milli Qəhrəmanımızın vətənimizin müdafiəsində göstərdiyi tarixi xidmətlərə yeni prizmadan yanaşmağa çalışacağıq.

 

“Heç nədən” yaradılan batalyon: İnamın formalaşdırdığı güc!

 

Ramiz Qəmbərovun bacarıqlı sərkərdə kimi əsas xarakterik xüsusiyyətlərdən biri onun yüksək səriştə və təşkilatçılıq qabiliyyətinə malik olması idi. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin öz himayədarlarının dəstəyi ilə müstəqilliyini yenicə elan etmiş Azərbaycan torpaqlarına bir-birinin ardınca kəskin hücumlar həyata keçirdiyi bir dönəmdə, böyük bir missiya üzərinə götürən Ramiz Qəmbərov, Şuşa özünümüdafiə batalyonu yaratmaqla mövcud reallığa adekvat münasibət ortaya qoydu.

 

Şuşa özünümüdafiə batalyonunu yaratması heç şübhəsiz Ramiz Qəmbərovun ölkə adına böyük uğuru idi. Lakin bundan daha böyük uğur onun bu batalyonu “heç nədən”, məhdud imkanlar hesabına yaratması, batalyonu onun uğurlu əməliyyatları hesabına ayaqda tutması idi.

 

Ramiz Qəmbərov Şuşanın yenilməzliyinə, Azərbaycanın bu savaşdan qalibiyyətlə çıxacağına bütün qəlbi ilə inanırdı. O, müqəddəs saydığı bu həqiqətlərə inanmaqla qalmır, bu inamını başqalarına da təlqin edir, onları da qələbəyə, zəfərə ruhlandırırdı. Ramiz Qəmbərovdakı inam və ruh yüksəkliyi onu tanıyan, onunla ünsiyyətdə olan hər kəsə sirayət edir, bütün bu insanların batalyon komandirinin ətrafında cəmlənməsinə səbəb olurdu.

 

Apardığı mübarizənin aliliyinə inam Ramiz Qəmbərov üçün sadəcə daxili güc mənbəyi deyildi. Bu inam onun üçün suyu, çörəyi, silahı – bir sözlə hər şeyi əvəz edirdi. O, bütöv bir batayonu məhz bu inam sayəsində ayaqda saxlayırdı. Ramiz Qəmbərov yaxşı başa düşürdü ki, inamın itməsi bəribaşdan yarıməğlubiyyət deməkdir və bu, doğma şəhərinə ölüm və göz yaşından başqa heç nə vəd etmir.

Eyniylə mərhum xalq şairi Cabir Novruzun dediyi kimi:

“Inam dostum, inam anam, inam atam,

İnamını itirəndə ölür adam!”

 

Düşmənin “ağır artilleriyaya çevirdiyi” səhəng...

 

Vaxtiylə Ramiz Qəmbərovla birlikdə Şuşa və ətraf kəndlərin müdafiəsində iştirak edən Mübariz Əliyev mərhum batalyon komandirinin praktiki döyüşlərdə böyük ağıl və səriştə sərgilədiyini, düşməninn bir çox hiylələrini ifşa etdiyini bildirir:

 

“1992-ci ildə ölkəmizdəki ağır vəziyyət, daxili vəziyyətin gərginliyi, mütəşəkkil nizami ordunun formalaşmasındakı çətinliklər düşmənə də məlum idi. Buna görə də düşmən mövcud durumdan maksimum yararlanmağa çalışır,  əsgərlərimiz, eləcə də mülki insanlar arasında qorxu, vahimə mühiti yaratmağa cəhd edirdi. Düşmən hərbi-texniki baxımdan bizdən əhəmiyyətli dərəcədə üstün olsa da, qəhrəman hərbçilərimiz onların hücumlarını mətinliklə dəf edir, düşmən təxribatlarına layiqli cavab verirdi. Buna görə də ermənilər əsgərlərimizi qorxutmaq, özlərini olduğundna daha güclü göstərmək üçün müxtəlif hiylələrə əl atırdı. Hansı ki, bu hiylələrdən biri məhz batalyonumuz tərəfindən aşkar edilmişdi.

Belə ki, 1992-ci ilin ilk aylarından etibarən düşmən tərəfindən ağır artilleriyaya məxsus atəş səsləri eşidilməyə başladı. Olduqca vahiməli təsir bağışlayan səs ermənilərin əlində ağır, öldürücü silahların mövcudluğundan xəbər verirdi. Lakin sadəcə batalyona qoşulan könüllülər deyil, peşəkar hərbçilər də bu səs əsnasında həmin texnikanın adını və növünü müəyyənləşdirə bilmirdi. Hərbçilərdən heç kim etiraf etməsə də, bu səsin hər kəsin psixologiyasına mənfi təsir göstərdiyi məlum idi.

 

Günlərin bir günü Şuşa kəndlərinin birindəki döyüşlər zamanı ermənilərdəki “ağır artlleriya”nın sirri bəlli oldu. Məlum oldu ki, ermənilərin ağır artilleriya kimi bizə təqdim etməyə çalışdıqları “texnika” sadəcə adi səhənglər imiş. Belə ki, hərbçilərimizi qorxutmaq, əhali arasında vahimə yaratmaq üçün səhəngin arxa hissəsini kəsən ermənilər, avtomat və pulemyotun lüləsini səhəngin içərisinə salır, bundan sonra atəş açırdı. Atəş səhəngin içərisindən açıldığı üçün onun daxilində böyük və qorxunc əks-səda verir, böyük və dağıdıcı silah təəssüratı bağışlayırdı.

 

Ramiz Qəmbərovun rəhbərliyi ilə döyüşçülərimiz düşmənin bu hiyləsini ifşa etdi. Sonradan eşitdik ki, düşmən Füzuli-Ağdərə istiqamətindəki döyüşlərdə də eyni hiylədən istifadə edərək döyüşçülərimizi çaşdırmaq istəyib”.

 

“Yaxşı nə varsa, öncə postdakı, ön xətdəki əsgərlərə göndərilməlidir” – “İzmir” siqaretlərinin izi ilə...

 

Ramiz Qəmbərovla bağlı xatirələrini dilə gətirən M.Əliyev, onun ön xətdə dayanan, düşmənlə üzbəüz mövqelərdə xidmət edən əsgərlərə münasibətdə daha duyarlı olduğunu, ilk növbədə bu qəbildən olan hərbçiləri diqqət mərkəzində saxladığını vurğuladı:

 

“1992-ci ildə ölkədəki ümimi qarışıqlıq və gərginlik ordu sıralarında da özünü göstərirdi. Şəhərdə digər hərbi birləşmələrə məxsus birliklər, silahlı dəstələr də mövcud idi ki, vahid komandanlıq olmadığı üçün bu müxtəliflik bəzi hallarda anlaşılmazlıqlara səbəb olurdu. Bəzi hallarda batalyon daxilində də müəyyən gərginbliklər yaranırdı. Bu cür halalrda Ramiz Qəmbərov dərhal prosesə müdaxilə edir, gərginliyin daha da böyüməsinə imkan vermir, hər bir mübahisə və narazılığı ədalətli şəkildə həll edirdi. Hansı ki, bunlardan biri “İzmir” siqaretləri ilə bağlı baş verən gərginlik idi. Belə ki, müharibə dönəmində Şuşada döyüşən əsgərlərə iki cür siqaret göndərilirdi ki, bunlardan da biri adi “Pirima”, digəri isə Türkiyə istehsalı olan “İzmir” siqaretləri idi. “İzmir” siqaretləri filtirli, daha perestijli və bahalı siqaret sayıldığı üçün siqaret çəkən hərbçilərin çoxu məhz bu siqaretləri əldə etməyə çalışırdı.

 

Bir gün postdakı hərbçilərdən biri Ramiz Qəmbərovla söhbətində onlara “İzmir” siqaretinin gəlmədiyini, ön xətdəki əsgərlərə yalnız ucuz “Prima” siqaretinin göndərildiyini bildirir.

 

Ramiz Qəmbərov elə həmin gün batalyona daxil olan “İzmir” siqaretlərinin ilk növbədə postdakı hərbçilərə göndərilməsi ilə bağlı göstəriş verir. Bildirir ki, bundan sonra hər şey öncə səngərdəki hərbçilərə göndəriləcək, əgər artıq nə isə qalarsa, şəhər daxilindəki döyüşçülərə paylanılacaq. “Yaxşı nə varsa, öncə postdakı, ön xətdəki əsgərlərə göndərilməlidir”. Bu, Ramiz Qəmbərovun tez-tez dediyi, təkrarladığı ifadələrədn biri idi.

 

Ramiz Qəmbərovun bu göstərişindən sonra ön xətdəki hərbçilərin siqaret problemi həll edildi. Postlarda olduqları halda bu kimi məsələlərdə tez-tez yad edilmələri əsgərləri bir az da ruhlandırdı, batalyon daxilindəki narazılğın  daha da böyüməsinə imkan vermədi”.

 

“Əsgər şərəfini oğru adına dəyişmək olmaz” – Hər cür yağmaçılığı yasaqlayan komandir!

 

Ramiz Qəmbərovu xarakterizə edən ən mühüm göstəricilərdən biri də onun dürüstlüyü, müharibə dövrü üçün xarakterik olan qəsb, yağmaçılıq kimi neqativ hallara barışmaz münasibəti idi. Ramiz Qəmbərov hesab edirdi ki, əsgərin işi vətəni qorumaq, düşmən hücumlarını dəf etmək, əks-həmlələrlə onu geri oturtmaqdır. Düşmənə məxsus olsa belə, hər hansı əmlakın talanması, yağmalanması onun nəzərlərində ən bağışlanılmaz əməllərdən biri idi.

 

Ramiz Qəmbərovla yaxından təmasda olan hərbçilərin sözlərinə görə, batalyon komandiri əsgərlərinə daxil olduqları yaşayış məntəqlərində yalnız iki şeyə toxunmağa icazə vermişdi. Bunlardan biri silah, digəri isə ərazaq məhsulları idi. Hansı ki, batalyonun mübarizəni davam etdirməsi üçün bunların hər ikisinə ehtiyacı var idi. Ramiz Qəmbərov hesab edirdi ki, əsgərin nəyisə yağmalaması hər şeydən öğncə onun missiyası, vəzifəsi ilə ziddiyyət təşkil edir, onu gözdən salır. O, hesab edirdi ki, hər bir əsgər bu məsələyə həssas yanaşmalı, əsgər şərəfini oğru adına dəyişməməlidir.

 

“Imtiyaz istəyən hər kəs öncə buna layiqliyini sübut etməlidir...”

 

Ramiz Qəmbərovun komandirlik fəaliyyəti ilə bağlı maraqlı məqamlardan biri də onun hər kəsi öz qabiliyyət və bacarığına, cəsarət və ağlına uyğun postlara təyin etməsi idi. O, hesab edirdi ki, batalyon daxilində hansısa vəzifə tutmaq, hansısa imtiyaz əldə etmək istəyən hər kəs öncə bu imtiyaza layiqliyini sübut etməlidir. Yalnız özünü hərbi əməliyyatlarda müsbət mənada təsdiqləyən, öz iddiasına layiq olduğunu əməli surətdə sübut edən şəxs, hansısa posta marağını ortaya qoya bilər.

 

Əslində batalyondakı bütün postlar da məhz bu prinsip əssında bölünmüşdü. Ramiz Qəmbərtovun Şuşada – özünümüdafiə batalyonu daxilində tətbiq etdiyi bu prinsip qədim türk ordusunda əsrlər uzunu mövcud olan ənənənin davamı idi. Və bu ənənə iddiası ilə imkanları üs-üstə düşməyən şəxslərin layiq olmadığı postda qərarlaşmasına imkan vermirdi.

 

Qəfil peydə olan “pulemyot bölüyü”, yaxud “axtarışa verilən” silah!

 

Şuşa və ətraf kəndlərdəki hərbi əməliyyatlarda iştirak edən veteranların sözlərinə görə, Ramiz Qəmbərov fərdi cəsarət və igidlik göstərən hərbçilərə xüsusi rəğbətlə yanaşır, əsgərləri düşmən məhv etməyə, onun silah və hərbi sursatını ələ keçirməyə həvəsləndirirdi. Məhz onun bu yanaşması sayəsində Şuşa özünümüdafiə batalyonunun silah anbarı öldürülən düşmən hərbçilərinin silah-sursatı hesabına daim zənginləşirdi. Azsaylı hərbçilərimizin qəfil həmlələrindən özünü itirən düşmən bəzən silahlarını ataraq qaçır, ələ keçirilən silahlar batalyona yeni qatılan şəxslərə verilirdi. Bu silahların içərisində müxtəlif ölkələrdə istehsal edilən atıcı silahlar mövcud idi ki, onlar həm forma, həm də texniki xüsusiyyətlərinə görə digər silahlardan fərqlənirdi.

 

Kərkicahanda döyüşən müharibə veteranlarından biri başlarına gələn maraqlı bir hadisəni belə nəql edir:

 

“Kərkicahanda ağır küçə döyüşlərinin getdiyi vaxt idi. Düşmən kəndin ələ keçirilməsinə ermənilərlə yanaşı, çoxlu sayda muzdlular da cəlb etmişdi. Qaradərili muzdlulara yüksək dozada narkotik maddələr verir, bununla da onlarda qorxu hissini tamamilə öldürür, həmin şəxsləri canlı robotlara çevirirdilər. Yüksək dozalı narkotik bir çox hallarda həmin şəxslərdə ağrı hissini əhəmiyyətli dərəcədə ortadan qaldırdığı üçün aldıqları güllə yarasından yerə yıxılan muzdlular qan itirməklərinə baxmayaraq irəliyə doğru sürünür, həmçinin öz dillərində qorxunc səslə mahnılar oxuyaraq bizdə vahimə yaratmağa çalışırdılar.

 

Belə günlərin birində əsgərlərimiz qəfil pulemyot atəşinə məruz qaldı. Bir anda dörd tərəfdən pulemyot səsləri gəlməyə başladı. Səslər hər tərəfdən və şiddətli şəkildə gəldiyi üçün pulemyot bölüyü tərəfindən mühasirəyə alındığımızı düşündük. Fikirləşdik ki, artıq sonumuz çatıb və yəqin ki, yaxın dəqiqələrdə hamımız pulemyot atəşindən məhv olacağıq. Lakin bu zaman snayperimiz bizə atəş açan düşmən pulemyotunun yerini müəyyən etdi və sərrast atəşlə onu məhv etdi. Bir pulemyotçunun vurulması ilə digər pulemyotlar da susdu. Biz düşmən pulemyotunu götürməyə cəhd etsək də, geri çəkilən düşmən əsgərlərindən biri onu götürərək arxaya qaçdı. Məlum oldu ki, əslində ta başından bəri ortada hər hansı pulemyot bölüyü olmayıb. Sadəcə, düşmənin bizə qarşı istifadə etdiyi silah xarici ölkələrin birindən gətirilən xüsusi növ pulemyot olub. Hansı ki, həmin pulemyotdan atəş açan zaman dörd tərəfdən atəş səsi eşidilir, bununla da həm pulemyotçunun mövqeyi gizli qalır, həm də qarşı tərəf bir deyil, bir neçə pulemyotun hədəfində olduğunu düşünür.

 

Biz bu siılah haqqında Ramiz Qəmbərova danışdıqda, o həmin silahı ələ keçirə bilmədiyimizə görə təəssüfləndi və zarafatla həmin silahın bu andan etibarən axtarışa verildiyini bildirdi. Vurğuladı ki, kim düşməndən bu silahı alıb batalyona gətirsə, ona xüsusi mükafat veriləcək. Ancaq təəssüf ki, proseslərin sonrakı inkişafı bizim üçün uğursuz oldu və biz bu silahı ələ keçirə bilmədik”.

 

Ölümqabağı son sözlər: “Batalyonu qoruyun, o, bu şəhərə lazımdır”

 

Ramiz Qəmbərovun yaralandığı və şəhdiliyə qovuşduğu döyüşün iştirakçısı, Milli Qəhrəmanı yaralı vəziyyətdə döyüş mövqeyindən çıxaran İbrahim Məmmədovun ötən il mediaya verdiyi açıqlama, həyatını Şuşanın müdafiəsinə fəda edən qəhrəmanın son anda belə özünü deyil, batalyonu düşündüyünü göstərir. İbrahim Məmmədovun sözlərinə görə, yolda vəziyyəti tədricən ağırlaşan Ramiz Qəmbərov dostuna, ona nə isə olacağı təqdirdə batalyonu dağılmağa qoymamağı tapşırıb.

 

Batalyon Ramiz Qəmbərov üçün Şuşanın özü idi. Çünki o, bu batalyonun yaradıcısı kimi yaxşı bilirdi ki, Şuşanın müdafiəsinin əsas ağırlığı batalyonun üzərindədir və batalyonun yoxluğu şəhərin müdafiəsiz qalması deməkdir.

 

Bu gün Ramiz Qəmbərov fiziki baxımdan yoxdur. Lakin onun Azərbaycan insanı, Azərbaycan hərbi üçün qoyub getdiyi zəngin bir məktəb, böyük insanlıq və komandirlik yolu var. Bu yol ilk baxışdan adidən adi insan təsiri bağışlayan böyük bir komandirin qəhrəmanlıq yoludur və  bu yol 28 ildir ki, öz yeni yolçularını gözləyir...

 

Seymur ƏLİYEV


Məqalə Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "Hərb tariximiz" mövzusunda elan etdiyi yazı müsabiqəsinə təqdim olunur. 


Oxşar xəbərlər
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17 May 2024 | 17:52
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 17:47
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 17:44
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
GÜNLÜK
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:08
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
17 May 2024 | 12:04
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
17 May 2024 | 11:58
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:08
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
17 May 2024 | 12:04
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
17 May 2024 | 11:58
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO