ABŞ milli hərbi ədəbiyyatın təftişini həyata keçirir.
xa0
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Veytanam müharibəsindən tutmuş son günlərə qədər yazılan hərbi ədəbiyyat və bədii kitabların təftişini gerçəkləşdirən ABŞ, bununla da gənc nəsildə ordu ilə bağlı mənfi fikir və təəssürat yaradan ədəbiyyatları müəyyənləşdirməyə çalışdığını bildrib.
xa0
ABŞ hərbi rəhbərliyi hesab edir ki, bəzi kitablar, xüsusilə də Vyetnam müharibəsindən bəhs edən bəzi ədəbiyyatlarda ordunun xüsusi qəddarlıqlar törətməsi, amerikan əsgərlərinin bir qisminin döyüşmək istəməməsi, əmr zəngirinə bağlılığın bir çox hallarda qırılması və s. ilə bağlı fikrilər yer alır ki, bu da ordunun nüfuzu baxımından təhlükəlidir.
xa0
Ordunun nüfuzu və “tarixi həqiqətlərlə” bir araya sığmayan kitabların yasaqlanmayacağı, sadəcə olaraq onların oxunmasınının gənclər üçün tövsiyyə edilməyəcəyi bildirilir.
xa0
Məlumat üçün qeyd edək ki, ABŞ-ın sadəcə Vyetnamda deyil, Əfqanıstan və İraqdakı müharibələrdə də mülki insanların ölümünə səbəb olan çoxsaylı əməliyyatlar həyata keçirdiyi iddia olunur.
xa0
Seymur ƏLİYEV