“Bu sualı, əslində uzun illərdir partiyamızı qeydiyyata almayan Ədliyyə Nazirliyinə vermək lazımdır”.
Bu sözləri bir neçə gün əvvəl Ədliyyə Nazirliyində qeydə alınan iki partiyadan biri – Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Moderator.az-ın “Partiyanın birdən-birə qeydiyyat probleminin həll edilməsini gözləyirdinizmi” sualına cavab verərkən deyib.
Partiya sədri əlavə edib ki, bunun birdən-birə baş verməsi onlar üçün də gözlənilməz olub:
“Hesab edirəm ki, bu, dünyada və regionda, eyni zamanda ölkə daxilində baş verən proseslərlə bağlıdır. Görünən odur ki, ölkədə gedən daxili siyasi proseslər, siyasi partiyalara münasibətdə yeni konkurensiyanın yaranması ilə də əlaqədar ola bilər”.
Sülhəddin Əkbər onu da qeyd edib ki, partiya uzun illərdir qeydiyyata alınmamaqla bağlı Avropa Məhkəməsinə şükayət etmişdi:
“Hər halda bunun da təsiri olub. Başqa bir səbəb görmürəm”.
Xatırladaq ki, aprelin 16-da Ədliyyə Nazirliyi Yeni Zaman və Azad Demokratlar partiyalarını qeydiyyata alıb.
Onu da qeyd edək ki, xeyli müddətdir heç bir siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişdi.
Taleh