Putin hədəflərini bəyan etdi - Qərblə savaş bitməyəcək
Cəmiyyət
Oxunub: 3815
09 May 2024 | 20:42
Putin hədəflərini bəyan etdi - Qərblə savaş bitməyəcək
Politoloq: “Rusiya sanksiyalara ona görə tab gətirir ki, dünya tək ABŞ və Avropadan ibarət deyil”
 
Rusiya prezidenti Vladimir Putin mayın 7-də andiçmə mərasimindəki çıxışında prioritetlərinin konturlarını da bəyan edib. O bildirib ki, Rusiya çoxqütblü dünya nizamının formalaşdırılması üçün tərəfdaşlarla işləməyə davam edəcək: “Avrasiya inteqrasiyası və digər suveren inkişaf mərkəzlərindəki tərəfdaşlarımızla birlikdə çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bərabər və bölünməz təhlükəsizlik sistemində”.
 
Bu arada Rusiya rəsmilərinin açıqlamalarından o da aydın olub ki, Ukraynaya qarşıdakı həftələrdə daha böyük hücumlar başlayacaq.
 
Faktiki olaraq Putin dünyaya mesaj verib ki, daha əvvəllər də bəyan etdiyi kimi, Rusiyasız dünya mümkün deyil. O, hətta çıxışlarından birində daha radikal danışmışdı: “Rusiya yoxdursa, dünya da yoxdur...”
 
Görünən budur ki, Putin Rusiyanın dünyada güclənməsi və onun diqtə etdiyi qütbün formalaşması üçün Qərblə savaşı davam etdirəcək. Rusiya istəklərinə nail ola biləcəkmi? Bu qədər sanksiyalardan sonra Rusiyanın ayaqda durması, daha da radikallaşması necə şərh olunur?
 
Azər Hüseynov
 
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Azərbaycanın Rusiya ilə bağlı siyasətini olduqca mükəmməl sayır: “Mən həmişə bunu qeyd etmişəm ki, Azərbaycanın xarici siyasi kursunda ən önəmli məqamlardan biri Rusiya, İran və Türkiyə münasibətləridir. Rusiya böyük qlobal oyunçudur, özünəməxsus bir dayanıqlığa malikdir. Rusiya strateji ərzaq məhsullarını, eləcə də inşaat və metallurgiya məhsullarını istehsal edir. Eyni zamanda kim nə deyir desin, silahlı qüvvələri ilə Avropanı lərzəyə salır. Dünyanın neft-qaz nəhənglərindəndir. Son dövrlər, Rusiyanın regional siyasəti bizim maraqlarımızla uyğun gəlir. Ortaq tərəfdaş və dostlarımız var. Bunun başında Türkiyə gəlir. Ortaq problemlərimiz var, Fransanın liderlik etdiyi Avropanın bir sıra şımarıq gücləri. Ortaq mənəvi nöqtələrimiz də az deyil, LGBT və digər sapıqlıqlara qarşı eyni yanaşma. Ermənistana Rusiyanın son zamanlar münasibətinin dəyişməsi bizim maraqlarımıza uyğundur. Əlbəttə ki, fərqli mövqelərimiz də çoxdur. Lakin bu gün Rusiyanın qütb olmaqdan çıxması da istər bizə, istərsə də dünyaya az problem yaşatmır. Okeanın o tayı üstümüzə gəlir. Avropa qurumlarında bizə qarşı kampaniya baş qaldırır. Ermənistan belə bizi Avropa və Qərblə təhdid edir. Rusiya Qərblə bacaracaqmı? Mən suala belə bir sualla cavab verərdim. Qərb tarixən Rusiya ilə bacarıb? Fransanın qüruru Napoleonu kim uddu? Almaniyanın iki dünya müharibəsində qənimi kim oldu? Bir Qərb dövləti varmı Rusiyanı tarixən məğlub edən? Prezident Ərdoğan baxdı tarixə və düzgün qərar verdi. Baxdı ki, Osmanlı Rusiya ilə əsasən Qərbin təhriki ilə savaşıb. Rusiya da həmçinin. Osmanlı nə vaxt Qərbin təhriki ilə Rusiya ilə savaşıb, məğlub olub. Ona görə də Rusiya ilə müttəfiqliyə yaxın tərəfdaşlıq yolu seçdi. Bu addım bizə də Ermənistan işğalını bitirməkdə lazım oldu. Məhz buna görə Azərbaycan düz etdi ki, hisslərlə hərəkət etmədi. Rusiya ilə tərəfdaşlıq qurdu. Bu bizə lazımdır. Öz maraqlarımıza görə lazımdır. Baxın, Qərb bütün müttəfiqlərini ortada qoyur. Ukrayna müharibəsi başlayan gündən deyirəm ki, Rusiyanı burada məğlub edə bilməzlər. Demişdim ki, Rusiya Qərbi parçalayacaq. Oldu. Demişdim ki, Zelenskiyə qarşı çıxanlar onun ətrafından olacaq. Oldu. Hətta demişdim ki, Ukrayna iki yerə bölünəcək. İndi görürəm məndən çox sonra bunu deməyə başlayanlar da var. İndi də deyirəm ki, Ukraynanın Qərbin yox, öz xalqının maraqları üçün danışıqlara getməsə, solsahil və sağsahil Ukrayna olacağı günlər uzaqda deyil. Avropa Rusiyaya qarşı hansı orduları ilə dura bilər? Fransızlar lap Xarici Legionu göndərsinlər. Onlar da fransız da deyil. Bumu saxlayacaq Rusiyanı? Amerikaya gəldikdə isə onun müdaxiləsi açıq hərbi olarsa, bu, dünya müharibəsi deməkdir. Ona görə də Rusiya ilə optimal və maraqlarımıza uyğun siyasət qurmaq lazımdır. Bizim mövcudluğumuzun əsas amili bizi əhatə edən üç gücü nəzərə almaqdır. Hamı kimi bizim də milli maraqlarımız var. Onun da başında mövcudolma gəlir. Belə olan təqdirdə Rusiya-Türkiyə ikiliyində yeni qütbün yaranması Azərbaycanın dövlət maraqlarına uyğun olar. Dünyanı təkqütblü faciə götürüb. Yaxın Şərq od tutub yanır, körpələr dünyasını dəyişir, bombalar mülki həyatı iflic edir. Ukrayna defolt qarşısındadır. Pul verib, get vuruş deyənlər artıq faiz tələb edir. Ona görə də bir dövlətin başlıca ilkin marağı mövcudolmadır. Onu isə güc balansını düz qiymətləndirmədən etmək olmaz”.
 
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı şimal qonşumuzun istəklərinə çatdığını düşünür: “Rusiya tək bölgə, region üçün deyil, ümumiyyətlə, dünya üçün çox önəmli bir dövlət hesab olunur. Dünyanın ən böyük ərazisinə malik, təxminən 17 milyon kvadrat kilometr ərazisi var, ən çox nüvə başlığına sahibdir, geniş potensiala malikdir. İndiki məqamda Qərbin 3 ildir sanksiyalarına baxmayaraq, Putin əzmkarlıqla mövqeyində durur. Bir addım da olsun geri çəkilmir. Avrasiya ilə, xüsusən Çinlə, İranla, Türkiyə, MDB ölkələri ilə, o cümlədən Azərbaycanla interqasiyanı, iqtisadi, ticari və digər sahələrlə əməkdaşlığını davam etdirir. Bu mənada Putin tam haqlıdır. Qərb yalnız Rusiyaya müəyyən sanksiyalar tətbiq etməklə öz işini bitmiş hesab edir. Ancaq Ukrayna hər gün demək olar ki, məhv olur. Yüz minlərlə insanını itirib. Minlərlə şəhərlər, rayonlar, qəsəbələr viran olub. 200 min kvadrat kilometr ərazisini Rusiya işğal edib. Bu qədər ərazi minalanıb. Faktiki olaraq Putin bir daha dünyaya, Amerikaya, Avropaya Rusiyanın nə qədər gücə, qüdrətə malik olduğunu göstərir. Tam məsuliyyətimlə deyirəm ki, həmin bu ABŞ sonda Ukraynanı məcbur edəcək ki, Rusiyaya güzəştə getsin. Nüvə silahını təsadüfən demədim, dünyada nüvə silahına sahib olan 8 ölkənin, ABŞ, Çin, Almaniya, Fransa, Hindistan, Pakistan və s. üst-üstə hesablayanda hamısının cəmi Rusiyanın nüvə başlığının sayı qədər edir. Putindən həm də buna görə çəkinirlər. Rusiya artıq istəklərinə çoxdan nail olub, Ukraynanı zəlil gününə qoymaqla. Sanksiyalara Putin ona görə tab gətirir ki, dünya tək ABŞ və Avropadan ibarət deyil. Həm də biz çox yaxşı bilirik ki, ABŞ son illər özünə qətiyyətli bir lider yetişdirə bilməyib, məsələn, Con Kennedi kimi. Putin də çox ağıllı adamdır və bunu da yaxşı bilir”.
Oxşar xəbərlər
13:18, Bu gün
Xanım jurnalist vəzifəyə təyin olundu - FOTO
13:14, Bu gün
Dünyada 1-ci şəxslərin həlak olduğu aviaqəzalar – dəhşətli statistika
13:10, Bu gün
Rəisi vəzifədə ölən ikinci İran prezidenti oldu
13:05, Bu gün
BDU-da Respublika elmi konfransı: “Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” - FOTO
12:59, Bu gün
Abdullahiyanı o əvəz edəcək
12:55, Bu gün
Politoloq: "İranda prezident seçkiləri ilə əlaqədar fərqli siyasi qruplar fəallaşacaqlar"
12:50, Bu gün
Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
12:47, Bu gün
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - FOTO
12:45, Bu gün
BDU bir sıra qurumlarla birgə Qarabağ və Dilboz atlarının genom analizini həyata keçirəcək
12:40, Bu gün
Rəisinin dəfn tarixi və yeri açıqlandı
12:35, Bu gün
Birinciliyə iddialı olan ikinci şəxs – Mikoyanla mübarizədə o, partiyada sonuncu adama çevrilib
12:33, Bu gün
Heyət üzvləri anındaca... - Qızıl Aypara Cəmiyyəti
12:31, Bu gün
KOBİA Tacikistan biznesinə Azərbaycanda tərəfdaşların tapılmasında köməklik göstərə bilər
12:27, Bu gün
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir - VİDEO
12:24, Bu gün
BDU-nun tərəfdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb - FOTO
12:20, Bu gün
AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşdi
12:17, Bu gün
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:14, Bu gün
Sabah İran Prezidentinin ölümündən sonra parlamentin ilk açıq iclası keçiriləcək
12:09, Bu gün
Putin İrana başsağlığı verdi
12:04, Bu gün
İran XİN-dən SON DƏQİQƏ məlumatı - TƏSİR ETMƏYƏCƏK!
12:01, Bu gün
Pakistanda İran prezidentinin ölümü ilə əlaqədar matəm elan olunub
11:58, Bu gün
Ərdoğan İran Prezidenti və nümayəndə heyətinin həlak olması ilə bağlı başsağlığı verib
11:55, Bu gün
Daha bir paraatletimiz Yaponiyada dünya çempionu oldu
11:50, Bu gün
““Azadlıq” qəzetində verilmiş “Polis rüşvət almır” başlıqlı müsahibəm başımı necə ağrıtdı?..
11:45, Bu gün
UNEC bir sıra türk universitetləri ilə Orhon Mübadilə Proqramını həyata keçirir
11:40, Bu gün
Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın NƏZƏRİNƏ
11:36, Bu gün
Helikopterin qəza yerindən şok görüntülər - VİDEO
11:31, Bu gün
Bakının məşhur bağı abadlaşdırmadan sonra belə olacaq - FOTO
11:27, Bu gün
Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu
11:25, Bu gün
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik etdi
11:23, Bu gün
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
11:22, Bu gün
İranda milli matəm elan edildi
11:21, Bu gün
Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb
11:20, Bu gün
Polis mayoru qəfil vəfat etdi
11:19, Bu gün
Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında
11:19, Bu gün
İranın Azərbaycandakı səfirliyində bayraq endirildi
11:11, Bu gün
Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
11:09, Bu gün
“Piyada vurulma hadisələrinin əsas səbəbi BUDUR”-EKSPERTDƏN ÇAĞIRIŞ 
11:05, Bu gün
Rumıniyanın ölkəmizdəki səfiri və nümayəndə heyəti BDU-da olub
11:01, Bu gün
“Qarabağ”dan 27 ilin rekordu
10:57, Bu gün
Metrologiya İnstitutuna müvəqqəti rəhbər TƏYİN OLUNDU
10:53, Bu gün
SON DƏQİQƏ- Zelenski daha Ukrayna prezidenti deyil
10:49, Bu gün
Fransada kritik çağırış: Ukrayna bizim silahlarla Rusiya ərazisini vursun
10:40, Bu gün
Ceyhun Bayramov: Həmkarımın həlak olması məni dərindən sarsıtdı
10:31, Bu gün
Azərbaycan XİN İrana başsağlığı verdi - FOTO
10:29, Bu gün
İran prezidenti və digərlərinin cənazəsi Təbrizə göndərilib, axtarışlar başa çatıb - VİDEO
10:24, Bu gün
Prezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verdi
10:19, Bu gün
Mayın son həftəsində 3 bürc üçün gözlənilməz dəyişikliklər olacaq
10:11, Bu gün
Akıncı PUA-sı Van gölünə ay və ulduz "şəkili çəkib" - FOTO
09:52, Bu gün
Çingizin toyundan özəl görüntülər - VİDEO
09:41, Bu gün
Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək
09:40, Bu gün
Cümhuriyyət qurucuları: Baş nazir Fətəli xan Xoyski - Nəsiman Yaqublunun araşdırması
09:36, Bu gün
Bu gün hava necə olacaq? - PROQNOZ
09:25, Bu gün
Helikopter qəzasında ölən Rəisinin DOSYESİ
09:19, Bu gün
“Qarabağ”ın qapıçısı utanır: “Bilmirəm nə deyim, belə olacağını gözləmirdim“
09:11, Bu gün
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
09:06, Bu gün
İran hökuməti fövqəladə iclas keçirəcək
08:49, Bu gün
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
08:36, Bu gün
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
08:33, Bu gün
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
08:28, Bu gün
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”
08:17, Bu gün
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
08:11, Bu gün
Azərbaycan İran üçün axtarış qrupu YARATDI
08:09, Bu gün
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
07:59, Bu gün
Ordu 10 ildir əsirlikdə olan insanları xilas etdi
07:47, Bu gün
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
07:42, Bu gün
“Xarici agentlər haqda qanun Gürcüstan iqtisadiyyatı üçün də ağır nəticələr gətirəcək...”
07:33, Bu gün
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
07:26, Bu gün
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"