Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü il yanvarın 10-da saat 22:30 radələrində Xarkovda partlayışlar baş verib. Kiyev vilayətindəki mehmanxanaya iki raket zərbəsi qeydə alınıb. Zərbələr zamanı binada 30-a yaxın insan olub.
Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, son məlumatlara görə, Türkiyənin “Anadolu” nəşrinin 37 yaşlı jurnalisti də daxil olmaqla 11 nəfər yaralanıb. 9 nəfər xəstəxanaya çatdırılıb, 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Ukrayna Milli Polisinin Xarkov vilayəti üzrə Baş İdarəsinin rəisi Vladimir Timoşkonun sözlərinə görə, rusların hədəfi məhz Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı hadisələri işıqlandıran xarici jurnalistlər olub.
Zərbə nəticəsində hotel binası qismən zədələnib. Zərbə yerində yanğın başlayıb. Dayanacaqda maşınlar yanıb.
Zərbə yerində 3 metrlik çüxur yaranıb. İlkin məlumata görə, mehmanxana "S-300" raketi ilə vurulub.
Hadisə yerində əməliyyat-istintaq qrupu, kriminoloqlar və partlayıcılar üzrə ekspertlər işləyir.
Xatırladaq ki, bir müddət öncə Rusiya Federasiyası Xarkovdakı uşaq sağlamlıq mərkəzini də raketlərlə “hərbisizləşdirib”...
S.Laçın