Regiona düzən verən Bakı-Ankara tandemi: Kənar təsirlər necə dəf edilir? – ŞƏRH + FOTO
Oxunub: 3616
09 May 2024 | 16:44
Regiona düzən verən Bakı-Ankara tandemi: Kənar təsirlər necə dəf edilir? – ŞƏRH + FOTO
Baş nazir Əli Əsədov Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının və birgə Biznes Forumunda iştirak məqsədilə mayın 7-8-də Ankarada rəsmi səfərdə oldu. Səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirən Ə.Əsədov mayın 8-də Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşdü. Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Danışıqlardan sonra bir sıra sənədlər, o cümlədən, Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bir sıra istiqamətlərini əhatə edən Fəaliyyət Planı imzalanıb.
 
 
Həmçinin iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu” imzalanıb.
 
Keçirilən birgə mətbuat konfransında tərəflər bu çərçivədə mühüm fikirlər səsləndirdilər. C.Yılmaz dedi ki, işğaldan azad olunmuş ərazilərlə bağlı Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi nəzərdə tutulur.
 
 
Vitse-prezident bildirib ki, qarşılıqlı əməkdaşlığın inkişafında hər iki dövlət başçısının xüsusi rolu var:
 
"Ölkələr arasında iqtisadi əlaqələr bundan sonra da inkişaf edəcək. Biz universitetlərarası əlaqələrin, işğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq".
 
Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələr üzrə inkişaf edir. Belə demək mümkünsə, əlaqələrin genişləndirilməsi kompleks xarakter daşıyır. Sözsüz ki, bu, həm də iqtisadi əlaqələrə aiddir.
 
Ümumiyyətlə, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağın işğaldan azad olunmasından sonra Türkiyə şirkətləri bölgənin bərpasına intensiv şəkildə investisiya ayırmağa başladı. 2020-ci ildən bəri bu istiqamətdə Türkiyə ilə Azərbaycan arasında müxtəlif səviyyələrdə müzakirələr aparılıb. Proseslərin inkişafı onu deməyə əsas verir ki, hər iki tərəf bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Xatırladaq ki, 2023-cü ilin avqustunda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında dəyirmi masa formatında görüş keçirilmişdi. Görüşdə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə Heyətinin sədri Aygün Attarın rəhbərlik etdiyi nümayəndə heyəti 23 şirkətlə təmsil olunmuşdu. Həmin görüş zamanı Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərə yatırdıqları investisiyanın artırılması imkanları müzakirə edilmişdi. Bundan sonra isə sözügedən istiqamətdə əməli addımlar atılmışdı.
 
Əslində, Türkiyənin işğaldan azad olunmuş ərazilərə investisiya ayırması və bu prosesdə fəal iştirak etməsi yalnız iqtisadi yox, həm də siyasi hadisədir. Bu, rəsmi Ankaranın Cənubi Qafqazdakı mövcudluğunun və əlbəttə, Bakının yanında olmasının növbəti təzahürüdür.
 
Baş nazirlə vitse-prezidentin mətbuat konfransında Qarabağ zəfərini tarixi qələbə adlandıran C.Yılmaz vurğulayıb ki, Türkiyə Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırdır. Təbii, bu, həm də uzunmüddətli dövr üçün regionda əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlik mövqe kimi qiymətləndirilə bilər.
 
Məsələ burasındadır ki, Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra regionda yeni mərhələnin əsası qoyulub. İndi bölgə üçün əsas çağırışlardan biri regional əməkdaşlıq mühitinin təmin edilməsidir. Bunun üçün isə iqtisadi əlaqələrin gücləndirilməsi şərtdir. O baxımdan, Türkiyənin işğaldan azad olunmuş ərazilərə investisiya ayırması sadəcə, iki ölkə üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.
 
Bakı və Ankaranın bundan sonra da birlikdə, koordinasiyalı hərəkət edəcəyini düşünmək olar. Ə.Əsədov Ankarada bu barədə açıq mesaj verdi. C.Yılmazla həm də 44 günlük müharibənin nəticələrini müzakirə etdiklərini diqqətə çatdıran Azərbaycan Baş naziri bildirdi ki, hər iki ölkə strateji tərəfdaşlığın bundan sonra da davam etdirilməsində maraqlıdır.
 
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Ə.Əsədov Prezident İlham Əliyevin COP29-a rəsmi dəvət məktubunu Türkiyə liderinə təqdim etdi. Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi bu beynəlxalq əhəmiyyətli tədbirdə Türkiyə dövlət başçısının iştirakı, əlbəttə, həm də böyük rəmzi məna daşıyır. Nəzərə almaq lazımdır ki, artıq uzun illərdir, Azərbaycanda və Türkiyədə keçirilən genişmiqyaslı tədbirlərdə liderlər əsas qonaq kimi iştirak edirlər. Bu, Bakı ilə Ankaranın bütün səviyyələrdə və bütün hallarda bir-birinin yanında olmasının göstəricisidir.
 
R.T.Ərdoğanın Ə.Əsədovla xüsusi müzakirə etdiyi mövzulardan biri də Cənubi Qafqazdakı son durum idi. Türkiyə lideri diqqətə çatdırdı ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalı və regionda sabitliyə nail olunmalıdır.
 
 
Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramovla Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.
 
O, nizamlama prosesinə birtərəfli və qərəzli kənar müdaxilələrin regionu geosiyasi qarşıdurma meydanına çevirməsinin qarşısını almaq üçün Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlığı davam etdirəcəyini, Ankaranın Bakıya bütün sahələrdə dəstəyinin davamlı olacağını vurğulayıb.
 
Bölgədə sülhün təmin olunması üçün əsas maneələr artıq aradan qalxıb: Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib, separatizmə son qoyulub, delimitasiya prosesi başlayıb. Bütün bunların fonunda rəsmi İrəvanın ritorikasında da pozitiv dəyişikliklər müşahidə olunur. Hazırda münasibətlərin normallaşmasına əngəl yaradan əsas amillərdən biri üçüncü güclərin regiona müdaxilə cəhdlərindən hələ də imtina etməmələridir. Bu baxımdan, Türkiyə liderinin fikirləri xüsusi əhəmiyyətə malikdir. R.T.Ərdoğanın açıqlaması həm də bölgəyə müdaxilə niyyətindən imtina etmək istəməyən güclərə açıq xəbərdarlıqdır. O, bir daha yada saldı ki, Bakı qətiyyən tək deyil, Ankara da regiondadır.
 
Beləliklə, deyə bilərik ki, Azərbaycan Baş nazirinin Türkiyəyə səfəri kifayət qədər uğurlu və məhsuldar oldu. Bu, regionun iki ciddi aktoru arasında əlaqələrin gələcəkdə daha da güclənməsinin zəruriliyini və mümkünlüyünü göstərdi. /Report/
 
Oxşar xəbərlər
14:39, Bu gün
Məktəbli oğlanlara lüt şəkillərini göndərən qadın: “Bədən mənim, can mənim..." – ŞOK
14:34, Bu gün
Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ və ŞOK DETALLAR
14:29, Bu gün
Rəisinin ölümü regionda nələri dəyişəcək?-RƏY 
14:26, Bu gün
Alçanı belə yemək olmaz - XƏBƏRDARLIQ
14:22, Bu gün
“TikTok”da kasıbın 3-5 hədiyyəsinə möhtacsan”
14:17, Bu gün
“İran İbrahim Rəisinin qoyduğu yolla getsə...”
14:12, Bu gün
Kredit götürdükdən sonra dünyasını dəyişən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilər? - Deputat açıqladı
14:07, Bu gün
Xocalıya qayıdacaq sakinlərə sürprizlər hazırlanır - VİDEO
14:02, Bu gün
Qəzada ölən Təbriz imamının evi... - VİDEO
13:57, Bu gün
Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi
13:52, Bu gün
Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO
13:47, Bu gün
Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib
13:42, Bu gün
ƏHD Partiyası İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verdi
13:38, Bu gün
Bakıda atmosferi çirkləndirən obyektlər cərimələndi
13:33, Bu gün
Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM
13:28, Bu gün
Sahibə Qafarova Məhəmməd Baqer Qalibafa başsağlığı verdi
13:23, Bu gün
Cəbrayılın dörd kəndinə birinci mərhələdə neçə sakin köçürüləcək?
13:18, Bu gün
Xanım jurnalist vəzifəyə təyin olundu - FOTO
13:14, Bu gün
Dünyada 1-ci şəxslərin həlak olduğu aviaqəzalar – dəhşətli statistika
13:10, Bu gün
Rəisi vəzifədə ölən ikinci İran prezidenti oldu
13:05, Bu gün
BDU-da Respublika elmi konfransı: “Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” - FOTO
12:59, Bu gün
Abdullahiyanı o əvəz edəcək
12:55, Bu gün
Politoloq: "İranda prezident seçkiləri ilə əlaqədar fərqli siyasi qruplar fəallaşacaqlar"
12:53, Bu gün
Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı verib
12:50, Bu gün
Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
12:47, Bu gün
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - FOTO
12:45, Bu gün
BDU bir sıra qurumlarla birgə Qarabağ və Dilboz atlarının genom analizini həyata keçirəcək
12:40, Bu gün
Rəisinin dəfn tarixi və yeri açıqlandı
12:35, Bu gün
Birinciliyə iddialı olan ikinci şəxs – Mikoyanla mübarizədə o, partiyada sonuncu adama çevrilib
12:33, Bu gün
Heyət üzvləri anındaca... - Qızıl Aypara Cəmiyyəti
12:31, Bu gün
KOBİA Tacikistan biznesinə Azərbaycanda tərəfdaşların tapılmasında köməklik göstərə bilər
12:27, Bu gün
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir - VİDEO
12:24, Bu gün
BDU-nun tərəfdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb - FOTO
12:20, Bu gün
AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşdi
12:17, Bu gün
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:14, Bu gün
Sabah İran Prezidentinin ölümündən sonra parlamentin ilk açıq iclası keçiriləcək
12:09, Bu gün
Putin İrana başsağlığı verdi
12:04, Bu gün
İran XİN-dən SON DƏQİQƏ məlumatı - TƏSİR ETMƏYƏCƏK!
12:01, Bu gün
Pakistanda İran prezidentinin ölümü ilə əlaqədar matəm elan olunub
11:58, Bu gün
Ərdoğan İran Prezidenti və nümayəndə heyətinin həlak olması ilə bağlı başsağlığı verib
11:55, Bu gün
Daha bir paraatletimiz Yaponiyada dünya çempionu oldu
11:50, Bu gün
““Azadlıq” qəzetində verilmiş “Polis rüşvət almır” başlıqlı müsahibəm başımı necə ağrıtdı?..
11:45, Bu gün
UNEC bir sıra türk universitetləri ilə Orhon Mübadilə Proqramını həyata keçirir
11:40, Bu gün
Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın NƏZƏRİNƏ
11:36, Bu gün
Helikopterin qəza yerindən şok görüntülər - VİDEO
11:31, Bu gün
Bakının məşhur bağı abadlaşdırmadan sonra belə olacaq - FOTO
11:27, Bu gün
Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu
11:25, Bu gün
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik etdi
11:23, Bu gün
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
11:22, Bu gün
İranda milli matəm elan edildi
11:21, Bu gün
Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb
11:20, Bu gün
Polis mayoru qəfil vəfat etdi
11:19, Bu gün
Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında
11:19, Bu gün
İranın Azərbaycandakı səfirliyində bayraq endirildi
11:11, Bu gün
Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib
11:09, Bu gün
“Piyada vurulma hadisələrinin əsas səbəbi BUDUR”-EKSPERTDƏN ÇAĞIRIŞ 
11:05, Bu gün
Rumıniyanın ölkəmizdəki səfiri və nümayəndə heyəti BDU-da olub
11:01, Bu gün
“Qarabağ”dan 27 ilin rekordu
10:57, Bu gün
Metrologiya İnstitutuna müvəqqəti rəhbər TƏYİN OLUNDU
10:53, Bu gün
SON DƏQİQƏ- Zelenski daha Ukrayna prezidenti deyil
10:49, Bu gün
Fransada kritik çağırış: Ukrayna bizim silahlarla Rusiya ərazisini vursun
10:40, Bu gün
Ceyhun Bayramov: Həmkarımın həlak olması məni dərindən sarsıtdı
10:31, Bu gün
Azərbaycan XİN İrana başsağlığı verdi - FOTO
10:29, Bu gün
İran prezidenti və digərlərinin cənazəsi Təbrizə göndərilib, axtarışlar başa çatıb - VİDEO
10:24, Bu gün
Prezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verdi
10:19, Bu gün
Mayın son həftəsində 3 bürc üçün gözlənilməz dəyişikliklər olacaq
10:11, Bu gün
Akıncı PUA-sı Van gölünə ay və ulduz "şəkili çəkib" - FOTO
09:52, Bu gün
Çingizin toyundan özəl görüntülər - VİDEO
09:41, Bu gün
Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək
09:40, Bu gün
Cümhuriyyət qurucuları: Baş nazir Fətəli xan Xoyski - Nəsiman Yaqublunun araşdırması
09:36, Bu gün
Bu gün hava necə olacaq? - PROQNOZ
09:25, Bu gün
Helikopter qəzasında ölən Rəisinin DOSYESİ
09:19, Bu gün
“Qarabağ”ın qapıçısı utanır: “Bilmirəm nə deyim, belə olacağını gözləmirdim“
09:11, Bu gün
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
09:06, Bu gün
İran hökuməti fövqəladə iclas keçirəcək
08:49, Bu gün
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
08:36, Bu gün
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
08:33, Bu gün
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
08:28, Bu gün
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”
08:17, Bu gün
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
08:11, Bu gün
Azərbaycan İran üçün axtarış qrupu YARATDI
08:09, Bu gün
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
07:59, Bu gün
Ordu 10 ildir əsirlikdə olan insanları xilas etdi
07:47, Bu gün
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
07:42, Bu gün
“Xarici agentlər haqda qanun Gürcüstan iqtisadiyyatı üçün də ağır nəticələr gətirəcək...”
07:33, Bu gün
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
07:26, Bu gün
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb