“Hökumətin Urmiya gölünü qəsdən qurutmaqda nə məqsədi ola bilər ki...”
Müsahibə
Oxunub: 1034
30 Jan 2019 | 12:05
“Hökumətin Urmiya gölünü qəsdən qurutmaqda nə məqsədi ola bilər ki...”
“Azərbaycanı özümüzə qonşu deyil, qohum bilirik, qardaş görürük, dost ölkə hesab edirik”

ABŞ-İran münasibətlərindəki gərginlik yüksələn xətlə davam edir. Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaların növbəti paketinin ötən ilin 4 noyabrında qüvvəyə minməsi tərəflər arasındakı gərginliyi daha da artırıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə İslam İnqilabının 40 illiyi, son zamanlar İran ətrafında cərəyan edən geosiyasi proseslər, Tehranın  atacağı addımları, bu sanksiyaların Azərbaycanla əlaqələrə mümkün təsiri, İran-Azərbaycan münasibətlərinin mövcud durumu və digər məsələlərlə bağlı yeni ildə ilk geniş müsahibəsini İlkxeber.org saytına verib:

(Müsahibənin birinci hissəsini bu linkdən oxuyun: //www.moderator.az/news/256684.html )

–  İranın milli valyutasının taleyi necə olacaq, sona qədər dolların qarşısında duruş gətirə biləcəkmi? Bu yaxınlarda İran Mərkəzi Bankı ölkənin milli valyutası – rialın denominasiya edilməsi ilə bağlı qanun layihəsini Nazirlər Kabinetinə təqdim etməsi barədə KİV-də məlumatlar yayılıb. Həmin məlumatlarda dəyişiklikdən sonra bir “yeni” rialın 10 min “köhnə” riala bərabər olacağı bildirilir. Mətbuatda yayılan xəbərlər nə dərəcədə inandırıcıdır?

 
– Rial beş ay bundan qabaqkı dövr ilə müqaysədə iki dəfə möhkəmlənib. Əvvəlki aylara nisbətdə indi vəziyyətimiz çox yaxşıdır. Ümid edirəm ki, elə bu qaydada qalsa yaxşıdır.

Rialın denominasiya edilməsi ilə bağlı məsələyə gəlincə, bu söhbət əvvəlki illərdə də var idi. Yəni hökumətin qabaqcadan belə bir planı var idi. Bu cür tədbirlər başqa ölkələrdə də həyata keçirilir. İran Mərkəzi Bankının rəhbərliyi də belə bir təklif irəli sürüb. Amma bu uzun bir yoldur, bunun üçün bir sıra hüquqi prosedurlar həyata keçirilməlidir, parlamentin qərarı olmalıdır. Bir sözlə, bu bir plan olsa da, uzun bprosesdir. Ona görə də, sizə qəti şəkildə deyə bilmərəm: bu plan həyata keçiriləcək,  ya yox.

– İran-Azərbaycan münasibətlərinin indiki durumu sizi qane edirmi? Son vaxtlar vəziyyətin istiləşməsi və iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin müəyyən qədər intensivləşməsi nəyin göstəricisidir? Bu barədə sizin fikirlərinizi eşitmək və iki ölkə arasındakı bütün sahələr üzrə əməkdaşlıq münasibətlərini necə qiymətləndirməyinizi bilmək istəyirdim…

 – İran prezidenti cənab Ruhani sizin Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə demişdi: “Hazırda İran-Azərbaycan əlaqələrinin “Qızıl dövrü”dür. Cənab Oqtay Əsədov bu fikirləri Urmiyada olanda oranın valisi və  bütün məsul şəxslərin qarşında da təkrar səsləndirmişdi.

Cənab prezident Əliyev də İran-Azərbaycan əlaqələrinin indiki durumundan çox razılıq edir. Yəni münasibətlərimizin hazırki mərhələsinin “Qızıl dövr” kimi təqdim edilməsi təkcə ağayi Ruhaninin deyil, həm də cənab İlham Əliyevin fikirləridir.

Mən İran səfiri kimi öz adımdan deyə bilərəm ki, əlaqələrimiz bugünkindən də yüksək ola bilər. Siyasi və iqtisadi əlaqələr çiyin-çiyinə, ayrılmaz iki qardaşdırlar, gərək bir-biri ilə sıx bağlı olsunlar. Mövcud iqtisadi əlaqələrimiz siyasi əlaqələrimizin də daha sıx olmasına yardım edir. Biz İrandan Azərbaycana və ya əksinə nəzər salsaq, elə həmin “Qızıl dövr”də yaşadığımızın şahidi olarıq. Məhəbbətlər, sevgilər, qardaşlıqlar çoxalıb, gediş-gəlişlər artıb. Bizim əlaqələrimiz təkcə siyasi sahədə deyil, iqtisadi, mədəni, müdafiə, turizm, idman, elm, səhiyyə və digər sahələrdə də çox yaxşıdır.

İranın Azərbaycandakı səfirliyi, Azərbaycanın İrandakı səfirliyi, müştərək komitələr çalışır ki, əlaqələrimiz daha da əhatəli olsun. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və onun İrandakı həmkarı iqtisadi əlaqələrimizin inkişafında çox böyük işlər görürlər. Doktor Vaizinin İranda cənab prezidentin aparatının sədri olması, Azərbaycana böyük məhəbbət sərgiləməsi və digər müsbət addımlar iki ölkənin potensialından xəbər verir. Yəni bizim potensialımız imkan verə bilər ki, bundan da böyük, daha miqyaslı və əhatəli əlaqələr quraq. Ona görə də, səylə çalışmalıyıq ki, müştərək planlaramız həyata keçsin. Hazırda bizim Şimal-cənub dəhlizi ilə bağlı böyük əməkdaşlığımız var, o işlər başa çatdırılmalıdır. 2018-ci ildə İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan Xəzərin statusu ilə bağlı uzun illərdən bəri gözlənilən mühüm bir müqaviləni imzaladılar.

Hazırda bir çox sahələr üzrə İran-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etməsi onu göstərir ki, bu iki ölkə qonşu olmaqdan əddən ziyadə məmnundurlar. Ola bilsin ki, bu iki ölkənin müəyyən məsələlərə baxışları fərqli olsun, amma bu fərqli baxışlar İran-Azərbaycan əlaqələrinin inkişafına mənfi təsir edə bilməz. Əlaqələrimiz nə qədər sıx olarsa, sərhədlərimiz də gəliş-gedişlər çox olarsa, münasibətlər daha da istiləşəcək. Cənab Ruhani də qeyd edib ki, Azərbaycanın inkişafını öz inkişafımız, firavanlığını öz firavanlığımız, təhlükəsizliyini öz təhlükəsizliyimiz bilirəm. Sevinirəm ki, Azərbaycan dövlətinin, möhtərəm prezidentin, xarici işlər nazirinin də baxışı belədir. Bütün bunlar imkan verir ki, əlaqələrimiz qat-qat yüksək səviyyədə olsun. Bizim ali dini rəhbərimiz ağayi Xamneyi cənab prezident Əliyevlə sonuncu görüşündə belə bir istəyini ifadə etmişdi: “Biz ona istiqamətlənmişik ki, İran-Azərbaycan iqtisadi əlaqələri on dəfə bundan artıq olsun. Biz çalışırıq ki, o səviyyəyə qalxaq”.

Hesab edirəm ki, hədəflərimizə bütünlüklə nail olmağa imkanlarımız çoxdur.

– Yeri gəlmişkən, bir neçə gün öncə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin yüksək hərbi heyətin müşayiəti ilə Bakıya iki günlük səfəri barədə nə deyə bilərsiniz?

– Cənab Bagiri İran Ordusunu Baş Qərargah rəisi kimi hərbi sahədə Ali Dini rəhbərdən sonra ikinci şəxsdir. O vəzifəyə təyin olunandan sonra Pakistan, Rusiya və Türkiyəyə səfər etmişdi. Onun Azərbaycana gəlişində böyük bir mesaj var idi: hərbi sahədə Azərbaycanla əlqələr İran üçün mühüm əhəmiyyət kəsb edir. Ağayi Bagiri öz fikirlərini çox məhəbbətlə ifadə elədi və strategiyasını açıqladı. Mənim fikrimcə, cənab Bagirinin Azərbaycana səfəri özəl bir səfər idi. Onun Bakıya gəlməsi, danışıqlar aparması çox böyük hadisə idi. Cənab Bagirinin geri dönəndən sonra da bir neçə gün Azərbaycanla əlaqəli qurumlarla  təmasda olması və onları Azərbaycanla sıx təmaslar qurmağa dəvət etməsi çox önəmli idi. Bu səfər fikrimcə, İran Azərbaycan əlaqələrində iki ölkə üçün çox mənfətli yeni bir səhifənin açılmasına səbəb ola bilər.

 – Ölkələrimiz arasındakı ticarət mübadiləsinin həcmi dövlət başçılarının razılığı ilə 5 milyard dollar həcminə qaldırılmalı idi. Hazırda bu sahədə vəziyyət necədir?

 – Azərbaycan İqtisadiyyat nazirliyinin məlumatına görə, 2018-ci ildə İranla iqtisadi-ticari əlaqələr  2017-ci illə müqayisədə 73 faiz artıb. Ölkələrimiz arasındakı ticarət mübadiləsinin həcminin 5 milyard dollar həcminə qaldırılması bizim gələcək hədəflərimizə aiddir. Gərək elə çalışaq ki, bu hədəflərə daha qısa zamanda çataq.

Amma bizim bir sıra müştərək əlaqələrimiz var ki, kömrük vasitəsilə həyata keçirilir və yazılır. Bir hissəsi də sərhəd sahəsində iqtisadi əlaqələrdir ki, onlar bütün kitablarda qeydiyyat aparılmır.

Fikir verin, 2018-ci ildə Azərbaycandan İrana 1 milyondan çox adam gedib. Bu adamların əksəriyyəti iqtisadi əlaqələr qurmaq üçün İrana gedənlərdir. Təbii ki, İran pulunun aşağı enməsi bu adamlara imkan verir ki, istədikləri malları İrandan alıb gətirsinlər. Əgər bunları da nəzər alsaq 2017-ci illə müqayisədə 2018-ci ildə iqtisadi-ticari əlaqələrimizin iki dəfədən çox artdığını iddia edə bilərik.

Təbiidir ki, İran-Azərbaycan sərhəd əlaqələri bu iki ölkə ilə məhdudlaşa bilməz. İran Azərbaycanı cənub ölkələrinə, Fars körfəzinə, Ərəb ölkələrinə, Hindistana və Çinə, Azərbaycan isə İranı Avropaya, Rusiyaya yaxınlaşdıra bilər. Belə olan təqdirdə bu iki ölkə bir-birindən çox mənfəət əldə edə bilər.

 – İranın Ermənistanla iddia olunan sıx iqtisadi əlaqələri Azərbaycanda razlıqla qarşılanmır. İranın blokada şəraitində olan Ermənistana qaz, yanacaq satması, bu ölkəyə gedən yüklərin böyük qisminin İran üzərindən daşınması Azərbaycanı narahat edir. İran Ermənistana hansısa yardımlar edirmi? Əgər yardım edirsə, müsəlman olkəsi kimi təzyiq vasitəsi olaraq Ermənistanla əlaqələrini dondura, sərhədlərini bağlaya bilərmi?

– Reallıq budur ki, biz coğrafi baxımdan Azərbaycan və Ermənistanla qonşuyuq. Bunu danmaq olmaz. İran İraq, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistanla da qonşudur. Digər tərəfdən, kimlər ki, bu mövzuda danışmağı xoşlayır,  gərək əvvəlcə İran-Azərbaycan əlaqələrini və İran-Ermənistan əlaqələrini müqayisə etsinlər, gediş-gəlişlərə diqqət ayırsınlar. Biz Azərbaycanı özümüzə qonşu deyil, qohum bilirik, qardaş görürük, dost ölkə hesab edirik. Son 5 il ərzində prezident Əliyevlə, prezident Ruhani 12 dəfə görüşüblər, əlaqələrimiz böyük sürətlə inkişaf edib və edə bilərik ki, bundan da artıq olsun. İran Qarabağ münaqişəsinin həllində də əlindən gələni etməyə hazırdır. İran istəyir ki, bütün regionda sülh olsun.

Siz elə bir istiqamət, sahə göstərin ki, orada Azərbaycanla İranın əməkdaşlığı yoxdur. Bütün bunlar İran-Azərbaycan əlaqələrinin inkişafının göstəricisidir. İranın yüksək vəzifəli dövlət adamlarının Azərbaycana səfərləri və Azərbaycan görəvlilərinin İrana səfərləri təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət, qonşuluq və dostluq sahəsində böyük etimada söykənən və sözdə deyil, əməldə olan fəaliyyətlərdir. Azərbaycan-İran əlaqələrinə kolgə salmaq, paralellər aparmaq doğru deyil. Münasibətlərimizdə istilik nə qədər çoxalsa, baxışlarda da müsbət dəyişikliklər çoxalacaq. Mən burada ziyalılarla tez-tez görüşürəm, onlar İran-Azərbaycan əlaqələrindən çox razılıq edirlər. Sizi əmin edirəm ki, İranın başqa bir ölkəylə əlaqələrinin olması Azərbaycana qarşı deyil. Heç müqayisə etməyə də dəyməz.

Azərbaycana səfir gələndə cənab prezident mənə belə bir göstəriş verdi: “Sən gedəcəksən və bizim məhəbbətimizi, ürək sevgimizi Azərbaycana düzgünlüyü ilə çatdıracaqsan”. Biz bunu edə bilərik dilimizdə ifadə edək,  yaxud qarşılıqlı əməkdaşlığımızın uğurları ilə sübuta yetirək. Hər halda bütün vasitələrlə çalışırıq ki, məhəbbətimizi göstərək.

– Siz necə hesab edirsiniz, hazırda iki ölkə arasındakı münasibətlərdə gərginlik yaradacaq daxili və xarici faktorlar hansılardır? Əgər varsa, aradan qaldırılması üçün hansı addımlar atılır?

– Biz məhəbbətə, məhəbbəti artıran amillərə daha çox fikir veririk. Bu gərginliyi xarici ölkərin əliylə yaratmaq istəyən qüvvələrin olduğunu istisna etmirəm. Amma çalışırıq ki, onların təxribatlarına inanmayaq, belə təxribatların qarşısını vaxtında alaq. Biz aramızda gərginliklərin olduğu barədə yalan xəbərləri sadalamaqdan şad olmuruq. Bunun əvəzində yaxşı olardı ki, başqa sahələrdəki dostluğumuzu, məhəbbətimizi önə çəkək, onlardan danışaq. Niyə mənfi şeylərdən danışaq ki. Məncə, bu cür söhbətlərə vaxt ayırmaq, baş vurmaq lazım deyil.

 – İran tərəfdən Azərbaycana bir sıra ərzaq məhsullarının gətirilməsi ilə bağlı qadağa bu gündə öz qüvvəsində qalır. Bu qadağalar nə qədər davam edə bilər?

  – Bu qadağalar çox az çeşiddə məhsullara şamil olunur və həmin qadağalar təkcə Azərbaycan üçün deyil, İranla qonşu olan digər 13 ölkəyə də aiddir. İnanıram ki, yaxın günlərdə bizim məmləkətin qarşısındakı çətinliklər aradan qalxar və o qadağalara da son qoyular.

– İran Azərbaycana qarşı vizanı aradan qaldırıb. Azərbaycanın da vizanın sadələşdirilməsi istiqamətində müəyyən addımlar atması gözlənilir. Proses necə gedir?

– Mən sizin xarici işlər nazirinə, xüsusilə cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Cənab İlham Əliyev İranın xarici işlər naziri doktor Zəriflə görüşündə göstəriş verdi ki, iranlılara hava limanınında viza verilsin. ASAN xidmət elektron vizalar verilməsini təşkil etməklə həm turistlərin gəlişini, həm də səfirlikdəki işlərimizi asanlaşdırdı.

Yaxın gələcəkdə vizanın tam ləğv olunması çox yaxşı olardı. İranda hamının arzusudur ki, gəliş-gedişlər sadələşdirilsin. Bu uzun proses olmaqla cənab prezidentin səlahiyyətində olan məsələdir, amma ümid edirik ki, viza probleminin aradan qaldırılması tezliklə baş verəcək…

– Mətbuatın yazdığına görə, Urmiya gölü böyük ekoloji fəlakətlə üzləşib, 1999-cu ildən başlayaraq gölün sahəsi durmadan azalmaqdadır. Gölə tökülən suyun həcmi də hər il 1,3 mlrd m3 azalır və belə davam edəcəyi təqdirdə gölün 2020-ci ildə tamamilə quruyacağı iddia olunur. Ancaq gölün qurumasını təbii fəlakət hesab etməyənlər də var. Məsələn, bir sıra siyasi ekspertlər gölün qəsdən qurudulduğunu deyirlər…
– Mən Urmiyanın 3 çağırış – 12 il deputatı olmuşam, həm də gənc deputatı. Özüm də  əslən Urmiyalıyam, orada anadan olmuşam. Vətənim olduğuna görə Urmiya  gölü mənə çox doğmadır.

Urmiya gölü İranın və Yaxın Şərqin ən böyük gölüdür, duzluluğuna, orada olan quşlara görə dünyada birincidir.

Bu gölün 5200 kubmetr suyu var idi, ən dərin yeri 14 metrə çatırdı. Urmiya gölünü yağış suları, yeraltı sular və bura axan çaylar su ilə təmin edirdi. Gölə 14 çay (Nazlıçay, Acıçay, Mahabad, Zərrinə, Siminə və s. ) su verirdi.

Əvvəllər Urmiyada və Qərbi Azərbaycan vilayətində əhali əsasən az su tələb edən buğda, arpa və üzüm əkməklə məşğul idilər. Əhali artıqca daha çox qazanc gətirən alma bağları saldılar. İndi İranın almasının yarısını və dünyada satılan almanın 1 faizini Qərbi Azərbaycan vilayəti verir. Əkin sahələri 170 min hektardan 460 min hektara çatıb. Alma bağları elədir ki, üzümdən 5 dəfə artıq su istəyir. Göldə olan 7 milyard 100 milyon kubmetr suyun 3 milyardı göydən gəlirdi, yağış suları idi, 4 milyard 100 milyon kubmetri isə çayların suyu idi.  Gölə axan çayların suyu alma bağlarına verilməsi suyun azalmasına səbəb oldu.

Bu məsələ heç vaxt siyasi ola bilməz. Hökumətin Urmiya gölünü qəsdən qurutmaqda nə məqsədi ola bilər ki? Əslində, hökumət əhalinin dolanışığı naminə alma bağlarının daha az su tələb edən üzüm bağları ilə əvəzlənməsinə etiraz etmədi. Əhalini fikirləşməsəydi, heç razılıq verməzdi. Urmiya gölü ətrafında siyasi hay-küy yaradanlar yanlış fikirdədirlər.

–  Rəsmi dövlət orqanı sayılan “İran” qəzetinin bu yaxınlarda Bəhram Əmirəhmədianın müəllifliyi dərc etdiyi bir məqalə mübahisələrə səbəb olub. Müəllif həmin yazısında iddia edir ki, Qafqazı, yəni  Azərbaycan və Gürcüstanı, habelə Ermənistan ruslar 100 ildir işğal və ilhaq ediblər. Ona görə də, indi həmin ərazilər bizə qaytarılmalıdır…

– Bunlara sizlərdə deyərlər, boş-boş sözlər. Siyasətdə boş-boş sözlərə çox baxmasınlar. İndi nə tarixi, nə də coğrafiyanı əvəzləmək olar, heç lazım da deyil. Biz Azərbaycan ölkəsinə, xalqına sonsuz ehtiramla yanaşırıq. Azərbaycanın ərazi bütövlüyünü ardıcıl və çox qətiyyətlə dəstəkləyirik. Bu fikirlərin hansı ünvanlarda səslənməsindən asılı olmayaraq, həmin fikirlərə qarşı həmişə müxalifik. Biz Azərbaycanı özümüzə qardaş bilirik. Həmşə deyirik: ayrı ölkələr Azərbaycana qarşı dursalar da, biz Azərbaycanın qardaşıyıq. Bunlar boş-boş sözlərdir. İndi bu söz Tehrandan çıxıb, ya Bakıdan, Təbrizdən çıxıb, ya Gəncədən fərq eləməz. Siyasətdə bu cür boş-boş sözlərə baxmazlar. İran dövlətinin siyasətini və Azərbaycan dövlətinin siyasətini həmin ölkələrin prezidentləri müəyyən edir. Əgər prezidentlərin müəyyən etdiyi siyasətə uyğun hərəkət etsək, ölkələrimiz daha çox inkişaf edə bilər.
Oxşar xəbərlər
15:17, Bu gün
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:43, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 15:25
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
17 May 2024 | 15:38
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 15:25
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
17 May 2024 | 15:38
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI