Keyfiyyətsiz dublyaj: zəif tərcümə, aktyor "mafiya"sı, qonorar azlığı... ARAŞDIRMA
Oxunub: 2506
21 Nov 2018 | 11:00
Keyfiyyətsiz dublyaj: zəif tərcümə, aktyor

Bütün inkişaf etmiş ölkələrdə telekanallarda, kinoteatrlarda yayımlanan filmlər yerli dildə nümayiş olunur. Azərbaycan da bu prosesdən kənarda qalmır. Yerli kanallarımızda əcnəbi dilində verilişlərə, filmlərə, cizgi filmlərinə yer verilməməkdədir. Demək olar ki, bütün filmlər doğma dilimizdə səsləndirilir. Ancaq çox təəssüf ki, səsləndirmələr hələ də süni, bayağı səslənir. Bəzən filmlərdə elə cümlələr işlənir ki, Azərbaycan dilində səslənməsinə baxmayaraq, heç nə başa düşülmür. Cümlələr çox qarışıq və anlaşılmaz duyulur. Cizgi filmlərində də vəziyyət eynidir. Yəni, yenicə dil açıb, ekran qarşısına əyləşən uşaq baxdığı filmdən heç nə başa düşməyərək filmdən kənarlaşır. Səslənmələr sanki, öz səmimiliyini itirir. Bu prosesin 4 ilə yaxın bir zaman çərçivəsində icra olunmasına baxmayaraq, hələ də geniş auditoriya toplaya bilməməsi danılmazdır. Bəs, bunun səbəbi nədir? Problem tərcümədədir, yoxsa aktyor səsləndirməsində?

Bu barədə yanaşmalar çox müxtəlifdir. Əməkdar artist, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, aktyor Elman Rəfiyevin sözlərinə görə, dublyaj olunmuş filmlər daha çox rayon yerlərində auditoriya toplayıb. "Mən çox millətpərəstəm. Dilimizi, Azərbaycanımı çox sevirəm. Səsləndirilən filmləri, çəkilən serialları hələki istədiyimiz səviyyəyə çatmasa da yüksək qiymətləndirirəm. Dublyaj olunmuş filmləri mən özüm də izləyirəm. Fikrimcə, dublyajı bəyənməyən insanlar daha çox Sovetlər dövründə yaşayan insanlardır. O dövrdə onlar keyfiyyətli dublyaj izlədiklərinə görə, indiki dublyajı bəyənmirlər. Bəzi məqamlarda 

onları qınayıram. Çünki keyfiyyətli dublyaj əldə etmək üçün bizim hələ müəyyən zamana ehtiyacımız var. Dublyaj edən "prodakşn"lar aktyoru yüksək 

qiymətləndirməlidir. Aktyoru yüksək qiymətləndirməyəndə o düşünür ki, nə qədər çox film yazsam, çox pul qazanaram".

Elman Rəfiyevin fikrincə, bu kimi səbəblərə görə filmlərdə keyfiyyət aşağı düşür.

-Sizcə, dublyaj tək aktyordan asılıdır?

-Xeyr, tərcümədən də çox şey asılıdır. Səsləndirən aktyordu. Elə sözlər var ki, düzgün tərcümə olunmur. Hər yerindən duran, hansısa dili bir az bilən tərcümə ilə məşğul olur. Kino dili var. Kino dilindən istifadə etmək lazımdır. Qeyri-peşəkar aktyorlar kino dilindən istifadə edə bilmirlər. Bir çox "prodakşn"larda da durum eynidir. Onlar da qeyri-peşəkar aktyorları cəlb edirlər ki, az pul ödəsinlər. Bir neçə dəfə qeyd etmişəm ki, rusların dublyajına həsəd aparıram. Onlar bu işdə çox peşəkardırlar. Türklərdə də aktyoru yüksək qiymətləndirdikləri üçün onlarda da dublyaj yüksək səviyyədədir.

- Elə kanallar var ki, bütün kinolarda eyni aktyorların səsini eşidirik. Bunun səbəbi aktyor qıtlığıdır?

- Hər dublyajda bir komanda, dırnaqarası bir mafiya yaranır. Kənardan gələn aktyorları ora qoymurlar. Mən çox kəskin danışsam da bu bir həqiqətdir.

- Bəs, kinoteatrlarda vəziyyət necədir?

- Xatırlayırsınızsa, Sovetlər dövründə kinoteatrlarda hind filmləri nümayiş olunurdu. Hamı ona sevə-sevə baxırdı. Və heç kim də şikayət etmirdi. Mən də o vaxt kinoteatrlara gedirdim. O vaxtkı dövrdə də dublyajın aktyorları yüksək qonorar alırdı. Onlar o filmə canlarını qoyurdular. Bir hind filminin səslənməsi o vaxt bir həftə vaxt aparırdı. Amma indi 3 saata bir filmi dublyaj edib təhvil veririk. Bu da keyfiyyətə çox böyük təsir edir. Əgər 90 dəqiqəlik film səsləndirilirsə, bu 90 dəqiqəyə 90 manat ayrılır. Bu filmə 4 aktyor cəlb edilirsə, bu pul 4 nəfər arasında bölünməli olur. Əgər normal pul ayrılsa, aktyor bura canını qoyar, düşünməz ki, bir gündə bir neçə dublyaja qaçsın ki, normal əmək haqqı ala bilsin.

- Yəni keyfiyyəti artırmaq üçün maddiyyat lazımdır.

- Bəli, birinci maddiyyat artırılmalıdır. Studiyalarda aktyorun səsini dəyişməyə məcbur edirlər. Amma Rusiyada belə deyil. Onlarda səsi pultla dəyişirlər. Aktyor danışır, amma pultla səs dəyişilir. Bu müasir texnikadır. Studiyalarımız hələ özləri də yüksək səviyyəli studiyalar deyillər. Bu da dublyaja çox təsir edir. Bədbəxtçilik ondadır ki, səslənilmiş filmlərin çoxu pirat filmlərdir. Bu yaxınlarda qızımla Azərbaycan dilində bir filmə baxırdıq. Film gedə-gedə aktyorlar danışanda ətraf səslər yığışılır, quşların səsi, maşınların səsi dayanır. Aktyor danışıb qurtardıqdan sonra isə səslər təzədən geri qayıdır. Çünki pirat filmlərdir. Bu biabırçılıqdı. Onlara maddiyyat ayrılmalıdır ki, xaricdən filmlər alsınlar. Bugünkü filmlərin bu səviyyədə olması yenə də deyirəm, ilk növbədə maddiyyatdan və yüksək səviyyəli texnikadan asılıdır. Mən özüm də bir çox televiziyalarda dublyajla məşğulam. Amma ödəmə çox aşağıdır. Ona görə də aktyorlar çalışırlar ki, bir gündə çox film yazsın ki, çox pul qazansınlar. Səbəb budur, məncə.

Rus, ingilis, türk dillərində olan bədii və sənədli filmlərin, eləcə də uşaqlar üçün cizgi filmlərini Azərbaycan dilinə tərcümə edən şair-tərcüməçi, Azad Yazarlar Ocağının üzvü Ferican Yarenin bu fikirlərə yanaşması belədir:

Əcnəbi ölkələrin istehsalı olan filmlərin Azərbaycan dilində səsləndirilməsi ölkəmiz üçün heç də yeni olmayan təcrübədir. Sovet illərində dövlət televiziyasında yayımlanan bir çox rus, gürcü, özbək filmlərinə öz dilimizdə baxmağa vərdiş etmişdik. Belə filmlərin dublyajı bizə heç də yad, bayağı və qəribə görünmürdü. Bəlkə ona görə ki, onlar bizim yerləşdiyimiz coğrafiyanın, eyni sovet məkanının istehsalı idi, filmdəki aktyorlar da "üzümüzün-gözümüzün öyrəşdiyi öz adamlarımız" idi. Amerika, Avropa filmləri də var idi. Ancaq az sayda idi. Belə filmləri bizə tanıdan "Retro" kinojurnalı bu "əcnəbi istehsalını" - Jan-Pol Belmondo, Lui de Fyunes, Jan Qaben, Jan Mare, Marçello Mastroyanni və digərlərini bizə rus dilində təqdim edirdi. Həvəslə baxırdıq. Rus dili sovet vətəndaşına qətiyyən yad deyildi.

Ölkəmiz müstəqillik dövrünə qədəm basdığı illərdən etibarən, Azərbaycanda video-prokat sənayesinin inkişafı baxdığımız əcnəbi filmlərin siyahısının genişlənməsinə səbəb oldu. Qərb filmlərində gördüyümüz əcnəbi simalı aktyorlar bizimlə rus dilində "danışırdılar". Bu da bizə qəribə, yad və təəccüblü görünmürdü. Ta ki, qaradərili aktyorlar, Arnold Şvarzenegger, Jan Klod Van Damm, Culiya Roberts, Tom Henks bizimlə ekranlardan Azərbaycan dilində ünsiyyət qurdular. Qəribəsi də elə bundan sonra başladı: Azərbaycan və ingilis adlarının, xüsusi isimlərinin, adət-ənənələrinin, frazeoloji birləşmələrinin, yaşam tərzlərinin fərqliliyi vizual olaraq kinoda daha bariz görünməyə başladı. 
Bu filmlərin dublyaj işlərinə yeni başlayanda qulağımıza yad olan film səsləndirməsi indi buna bir qədər öyrəşdiyimiz üçün o qədər də "dəhşətli" təsir bağışlamır. Ancaq dublyajdan əvvəl filmlər ciddi tərcümə prosesinə məruz qalmalıdır. Dediyim kimi, sovet illərində filmlər elə tərcümə olunurdu ki, heç bir ifadə, yaxud cümlə bizə elə də qəribə təsir bağışlamırdı. Dublyajı peşəkar Azərbaycan aktyorları edirdi. O vaxt bu işin peşəkarları filmi tam istehlak vəziyyətinə necə gətirmək lazım olduğunu bilirdilər. 
İndi isə yeni mütəxəssislər var, bilikli, yaxud biliksiz, tərcüməni bacaran, ya da bu peşəyə təsadüfən gələn insanlar çoxalıblar. Azərbaycan ədəbi dilinə tam yiyələnməyən şəxslər filmin skriptini bərbad tərcümə edəndə, dublyaj da səriştəsiz olunanda nəticə əlbəttə ki, ürəkaçan olmur. Bu işdə mütləq peşəkar tərcümə, peşəkar səsləndirmə vacibdir.

Azərbaycan telekanallarında dublyaj edilən əcnəbi filmləri indi daha çoxdur. Məlum qərardan sonra telekanallar dublyajı Azərbaycan dilində etsələr də, hər səsləndirilən filmi tələbkar tamaşaçı nöqteyi-nəzərindən bəyənmək olmur. Ya aktyorun səsi xoşagələn deyil, ya tərcümə olunan və səsləndirilən söz yerində işlənməyib, ya da sinxron pozuntusu var. Belə naqisliklərə çox rast gəlinir. Bəyəndiyim dublyaj fimləri isə az da olsa, var. Məsələn, Azərbaycan Dövlət Televiziyasında, Lider telekanalında, Region Tv-də yayımlanan dublyaj filmləri yaxşıdır. 
Digər bir məsələ də əcnəbi cizgi filmlərinin tərcüməsi və dublyajı ilə əlaqədardır. Uşaqlıq illərimizdə Skruç Makdak, Çip və Deyl, Kay və Qar Kraliça, Karlson və Balaca, Sindbad və Ələddin bizimlə rus dilində "danışırdılar". Biz də belə öyrəşmişdik. İndi balalarımız əksərən, Azərbaycan dilində daha çox ünsiyyət qurduqlarından, Azərbaycan dilli ailələrin sayı çoxaldığından, uşaqlar rus dilindəki cizgi filmlərindən çox, Azərbaycan dilinə daha yaxın olan və sayca Azərbaycan kanallarından çox olan türk kanallarında yayımlanan cizgi filmlərinə baxmağı sevirlər. Keloğlan, Temel Reis, Kayu, Danışan maşınlar, Pepe, Uzunquyruq meymun Marsupilami balacalarla türkcə "ünsiyyətdədirlər". Vəziyyət ürəkaçandır. Balalar həvəslə izləyirlər.

Amma sadaladığım cizgi filmləri Azərbaycan dilində dublyaj ediləndə tərcümə, ya da səsləndirmə axsayır. Uşaqlar ancaq "Maşa və Ayı"nı Azərbaycan dilində bəyənirlər. Lakin Maşa "Kaşa! Ka şa!" əvəzinə "Sıyıq! Sıyıq!" qışqıranda da təəccüblənirlər. Yəqin ki, bu da dilimizə çoxsaylı rus sözlərinin keçməsi və özümüzünküləşməsi ilə bağlıdır. Sıyıq sözünü heç bəlkə böyüklərin də əksəriyyəti işlətmir, yaxud işlətmək istəmir.

Ümumiyyətlə, bizə beş-altı il bundan əvvəl yad olan, öyrəşə bilmədiyimiz bütün gözlənilməz yeniliklər zaman keçdikcə adiləşir, özümüzünküləşir. Yəqin Azərbaycan dilində 

səsləndirilən dublyaj filmləri də belə olacaq. Ancaq bir şərtlə, tərcüməni də, dublyajı da peşəkarlar etməlidir. Bu da nəticə etibarilə, həm maddi məsələlərlə, həm də texniki 


Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq etmək məqsədilə Konstitusiyaya və "Azərbaycan Respublikasında Dövlət dili haqqında Qanuna uyğun olaraq, film nümay


işi sahəsində Mədəniyyət və Turizm Nazirliyi 2011-ci il iyul ayının 15-dən etibarən ölkədə fəaliyyət göstərən bütün kinoteatrlarda filmlərin dövlət dilində nümayiş etdirilməsi haqda qərar verdi. Kinoteatrlar isə filmləri həm səsləndirə, həm də altyazılarla nümayiş etdirə bilərlər. Bu isə onların maddi durumundan asılı olaraq, öz seçimlərindən asılıdır. Bazanın mövcudluğu ilə əlaqədardır.

Nizami kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova Kinoteatrlarda filmlərin hamısının doğma dildə səsləndirilməməsinin səbəbini belə açıqladı: "Dövlət kinoteatrı olaraq, əlbəttə çalışardıq ki, bizdə nümayiş olunan bütün filmlər Azərbaycan dilində səslənsin. Bu bizim yaralı yerimizdir. Çünki filmlər hamısı dublyaj olunmur. Bu isə bizdən asılı deyil. Çünki kinoteatrların özlərinin, şəxsən bizim özümüzün dublyaj studiyamız yoxdur. Filmləri də kino prokatçılarından alırıq. Düzdür, seçim edəndə çalışırıq ki, heç olmasa ən azından türk dilinə tərcümə edilənini alaq ki, tamaşaçıya yaxın dil olsun. Filmlərin hamısında olmasa da böyük əksəriyyətində altyazılar olur. Altyazılar da çox vaxt türk dilində olur. Biz Nizami kinoteatrı olaraq, çalışırıq ki, hər həftə repertuarda milli filmlər nümayiş olunsun.

Dublyajla bağlı fikirlər, yanaşmalar müxtəlif və rəngarəng olsa da hamısının əsas tərəfi maddiyyata dayanır. Yəni hər kəs yüksək məbləğ qarşılığında yüksək keyfiyyətli iş görmək fikrindədir. İndiki zamanda pul önəmli ünsür kimi ön planda gedir. Əgər həvalə olunan, etimad göstərilən hər işi maddiyyatdan asılı olmayaraq, var gücümüzlə, bütün bacarığımızla öhdəsindən gələrsək, qısa zaman da olmasa, müəyyən müddət keçdikdən sonra mütləq hamımız layiqli qiymətimizi alacağıq. Buna əminəm. Təki məsuliyyətimizi və bacarığımızı itirməyək.

P.S "Əl əməyi"nin qarşılığı bu qədər bahalaşıbsa görəsən, vicdan və düşüncənin qiymətində də bahalaşma varmı?! 


Ülviyyə Qarayeva

Oxşar xəbərlər
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17 May 2024 | 17:52
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 17:47
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 17:44
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
GÜNLÜK
17 May 2024 | 11:42
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
17 May 2024 | 12:08
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
17 May 2024 | 12:04
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 11:42
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
17 May 2024 | 11:44
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
17 May 2024 | 11:51
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
17 May 2024 | 11:48
“Prius”lar üçün son bir ay
17 May 2024 | 11:54
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
17 May 2024 | 12:02
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
17 May 2024 | 12:08
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
17 May 2024 | 12:04
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər