Ağdərə və Xocalı rayonlarına NÖVBƏTİ KÖÇ
328
14 Apr 2026 | 13:58

Ağdərə və Xocalı rayonlarına NÖVBƏTİ KÖÇ

Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.

Bizim.Media xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldıran kəndinə 2 ailə (5 nəfər), Aşağı Oratağ kəndinə 9 ailə (56 nəfər), Heyvalı kəndinə 3 ailə (13 nəfər), Çapar kəndinə 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1 ailə (4 nəfər) köçürülür.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər