Heydər Əliyevin 39 il öncə açdığı Şuşa Dövlət Rəsm Qalereyası Şuşaya qayıdışını gözləyir...- FOTOLAR 
Qarabağ
Oxunub: 7383
08 Jun 2021 | 18:33
Heydər Əliyevin 39 il öncə açdığı Şuşa Dövlət Rəsm Qalereyası Şuşaya qayıdışını gözləyir...- FOTOLAR 
“Açılış tədbirində  hazırkı Prezidentimiz, Şuşamızın azadlığına nail olmuş cənab Ali Baş Komandan İlham Əliyev də iştirak edib...”
*** ***
Bu illər ərzində istedadlı rəssam olan qalereya rəhbəri 17 məhəllədən ibarət qədim Şuşanın bütün məhəllələrini yağlı boya ilə kətana köçürüb...
 
İşğaldan azad bölgələrimizin sakinləri ilə yanaşı, 29 il öncə insanlarla bərabər didərgin düşmüş  bir sıra tarixi-mədəni obyektləri də sanki doğma məkanlara qovuşacağı günü gözləyir.  Belə mədəniyyət-incəsənət müəssisələrindən biri də 1992-ci ildən bəri Bakının Nərimanov rayonunun keçmiş Montin parkı ərazisində, İ.Hidayətzadə küçəsi 16 ünvanında müvəqqəti fəaliyyət göstərən, amma artıq Şuşanın da azad olduğu  bu günlərdə azad nəfəs alan Şuşa Dövlət Rəsm Qalereyasıdır. 
Şuşa Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsinin rəhbəri Zahid Abbasov  Moderator.az-a açıqlamasında bəhs etdiyimiz incəsənət obyekti haqda qısa məlumat verib:
 
“Şuşanın işğalından sonra 30 ilə yaxın müddətdə müvəqqəti olaraq  Bakıda fəaliyyət göstərən Şuşa Dövlət Rəsm Qalereyasında hazırda bir çox eksponatlarımız var. Qalereyadakı rəsmlərdə Şuşanın qədim məhəllə və küçələri, görməli yerləri, təbii mənzərələri yağlı boya ilə aydın şəkildə təsvir olunub. Eyni zamanda qrafik əsərlərimiz də var.  Hazırda yalnız Rəsm Qalereyası deyil, eyni zamanda Üzeyir Hacıbəyovun ev muzeyi, Xalça muzeyini də Bakıda əmanət kimi qoruyub saxlayırıq. İşğal zamanı Xalça muzeyini, demək olar ki, bütövlükdə çıxara bilmişdik. Hazırda eksponatların hamısı yerindədir. Və təbii ki, yaxın müddətdə onlar hamısı doğma Şuşamızdakı öz gerçək məkanlarına qovuşacaq. Təəssüf ki, 1992-ci ildə Şuşa Rəsm Qalereyasından yalnız 8 əsər çıxara bilmişdik.  Ancaq 28 illik işğal müddətində biz 600-ə yaxın əsərdən ibarət böyük bir fond yaratmışıq. Və inşallah, onları da Şuşaya qaytaracağıq. Hazırda Heydər Əliyev fondu Şuşada Xalça muzeyi ilə yanaşı, Şuşa Dövlət Rəsm Qalereyası üçün də ayrılmış binanı  təmir etdirir. İnşallah, təmir yekunlaşdıqdan sonra Bakıdakı eksponatlarımızı da oraya qaytararaq qalereyanı bütövlükdə bərpa edərək və fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəyik”.
Şuşa Dövlət Rəsm Qalereyasının direktoru, tanınmış rəssam, fəxri mədəniyyət işçisi, artıq 40 ilə yaxındır bu incəsənət obyektinə rəhbərlik edən Rövşən Bayramov  qalereyanın yaranma tarixi və eksponatları haqda ətraflı danışıb.  
 
Qeyd edək ki,  1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, daha sonra isə keçmiş SSRİ Rəssamlar İttifaqının üzvü olan Rövşən Bayramov Şuşanın tanınmış həkimlərindən doktor Mehrab Bayramovun və  Qarabağ xanı İbrahim xanın - Xurşid banu Natəvanın nəslindən olan İsmət xanımın övladıdır. 1953-cü ildə Şuşada dünyaya göz açan  Rövşən  uşaqlıqdan əhatələndiyi gözəlliyin təsiri altında gördüklərini rənglər vasitəsilə ifadə etmək arzusu ilə doğma şəhərdə rəssamlığın ibtidai vərdişlərinə yiyələnib. Daha sonra Bakıda məşhur Əzim Əzimzadə adına Rəssamlıq məktəbində(hazırda akademiya) ixtisas təhsili alan Rövşən Bayramov təyinatla Şuşa Mədəniyyət Evində tərtibatçı-rəssam vəzifəsində işləməyə başlayıb.
1982-ci ildə respublika rəhbəri Heydər Əliyevin göstərişi ilə mədəniyyət, incəsənət məbədgahımız olan bu qədim Azərbaycan şəhərində  Şuşa Dövlət Rəsm Qalereyası yaradılır. Qalereya XVIII əsrdə Şuşada yaşamış varlı tacir  Kəblə Abbasqulu ağanın malikanəsindəki üçmərtəbəli binada  fəaliyyətə başlayır. Elə ilk gündən də Rövşən Bayramov qalereyaya direktor təyin edilir. 
 
“Yaxşı yadımdadır, Şuşa Rəsm Qalareyasının açılışını şəxsən mərhum Ulu Öndər Heydər  Əliyev özü etdi. Bu yaddaqalan hadisə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı ilə eyni gündə baş verdi. Həmin tədbirlərdə, özünün də Şuşa səfəri zamanı söylədiyi kimi,  atası ilə bərabər  hazırkı Prezidentimiz, Şuşamızın azadlığına nail olmuş cənab Ali Baş Komandan İlham Əliyev də iştirak edib.  Elə o gözəl və möhtəşəm gündən də mən qalereyanın rəhbəriyəm. O dövrdə Azərbaycanda ən böyük rəsm qalereyası bizimki idi.  10 salondan ibarət olan qalereyada 200-ə yaxın nadir təsviri sənət nümunəsi saxlanılırdı. Qalereyanın qızıl fondunu Mir Mövsüm Nəvvabın öz kitablarına çəkdiyi illüstrasiyalar təşkil edirdi. Bu təsviri sənət evində Qarabağın, eləcə də Bakıda yaşayıb-yaradan rəssamların fərdi sərgiləri təşkil olunur, yaradıcılıq gecələri keçirilirdi. Rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi incəsənət növlərinə aid sənət nümunələri nümayiş olunurdu”- şuşalı rəssam belə deyir. 
1992-ci ildən Şuşasız qalan Şuşa Rəsm Qalereyası böyük çətinlik və məhrumiyyətlərə rəğmən Rövşən Bayramovun rəhbərliyi altında Bakıda fəaliyyətini yenə də davam etdirir. Bu illər ərzində istedadlı rəssam 17 məhəllədən ibarət qədim Şuşanın bütün məhəllələrini yağlı boya ilə kətana köçürüb, memarlıq incilərimiz olan Şuşa məscidlərinə aid tablolar yaradıb.. 
“Şuşanın işğalından sonra  200-300 əsər işləmişəm . Onların 100-dən çoxu yalnız mədəniyyət -musiqi beşiyimiz olan Şuşaya həsr olunub. Bu əsərlərin müəyyən qismi respublikamızda, eləcə də bir sıra xarici ölkələrdə şəxsi kolleksiyaları bəzəməkdədir. "Şuşada qış”, "Xarı bülbül”, "Cıdır düzü”, "Şuşa ətrafı”, "Gəncə qapısı”, "Vaqifin türbəsi”, "Şuşada küçə”, "Gövhər Ağa məscidi”, "Bulaq başında”, "Yağışı gün”, "Qədim eyvan”, "Zöhrabbəyovların mülkü” və s. adlı rəngkarlıq tablolarının rəng qatının hər parçasında  doğma yurd, Şuşa həsrətimiz əks olunub.  
Qalereyamız yaranandan dünyanın bir sıra ölkələrində sərgilərimiz keçirilib. Hələ 1990-cı ildə Venesiyada Şuşaya aid qrafika sərgisi açmışam. Işğaldan sonra İtaliyada, Rumıniyada və s. ölkələrdə də sərgilərimiz təşkil olunub.  Doğma Şuşamız azad olunandan bəri Şuşanın tarixi binalarının görkəmi ilə bağlı Heydər Əliyev fondu ilə işləyirəm”  
 
Rövşən Bayramov 29 il öncəki o müdhiş işğal günlərini də xatırlayır.
“Şuşanın işğalı günü özüm şəhərdən Laçına kimi piyada çıxmağa  məcbur oldum. Əsərlərdən yalnız bir neçə kiçik qrafik əsəri maşınlardan birində çıxara bilmişdik. O vaxt rayon rəhbərliyi artıq vəziyyətin çox gərginləşdiyi günlərdə bizə əsərlərin hamısını çıxarmağa icazə vermədi. Dedilər ki, əgər buna izn versək, məlum olacaq ki, Şuşanı rəsmən boşaldırıq. Amma Şuşada qalmış əsərlərin, demək olar ki, hamısını yenidən işləyib yerinə qoymuşam. Onsuz da biz dünyadan  köçsək də, bu əsərlər qalacaq. Tarixi Şuşanın əksər hissəsi ermənilər tərəfindən dağılıb. Amma mən işğaldan öncə əsərlərimdə şəhərin hər bir küçəsinin, evinin necə olduğunu işləmişəm. Təvazökarlıqdan uzaq olsa da, şəhərimizin yaratdığım təsvirləri olduqdan sonra artıq qədim Şuşanı bərpa  etmək üçün memarlara da o qədər ehtiyac yoxdur. Bu rəsmlərə baxmaqla hər bir binanı yenidən tikmək olar”- deyə Şuşa Rəsm Qalereyasının rəbhəri vurğulayıb.
Şuşa rayonunun hər bir mədəniyyət müəssisəsi kimi Rəsm Qalareyasının da rəhbəri və kollektivinə yeni yaradıcılıq uğurları diləyir və “inşallah, Şuşada –doğma məkanınızda görüşək” deyirik.
 
Sultan Laçın  
 
Oxşar xəbərlər
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
GÜNLÜK
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI