İsrail Ordusu Beyrutun cənubundakı sakinləri təxliyə olunmağa çağırıb
Dünya
135
01 Jun 2026 | 23:54

İsrail Ordusu Beyrutun cənubundakı sakinləri təxliyə olunmağa çağırıb

İsrail Ordusu "Hizbullah"a qarşıdakı zərbələrlə əlaqədar Beyrutun cənubundakı rayonun sakinləri evləri tərk etməyə çağırıb.

Moderator.az-ın məlumatına görə, bu barədə İsrail Ordusunun nümayəndəsi Avixay Adrai "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Müdafiə Ordusu Dahiya rayonunun sakinlərini xəbərdar edir və onları təhlükəsizlikləri üçün təxliyə olunmağa çağırır", - o yazıb.

A.Adrainin sözlərinə görə, əgər "Hizbullah" İsrailin şəhər və qəsəbələrinə raket atmağa davam etsə, İsrail Ordusu Dahiyanın cənubudakı hədəflərə zərbə endirməklə cavab verəcək.

ABŞ Prezidenti Donald Tramp daha sonra bildirib ki, İsrail və radikal "Hizbullah" hərəkatı hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər