Azərbaycan xalqının Şuşa sevgisinin sirri
Qarabağ
Oxunub: 3673
08 May 2021 | 10:17
Azərbaycan xalqının Şuşa sevgisinin sirri
Əsrlər keçəcək, tədqiqatlar aparılacaq, ancaq bu sirri dünyada heç kim çözə bilməyəcək...
 
Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu çox önəmli hadisədir, vaxtında və yerində verilmiş qərardır. Bu gün Şuşanın qədim Azərbaycan şəhəri kimi bütün dünyada təbliğinə ciddi ehtiyac vardır. 
 
Sərəmcamda qeyd ounduğu kimi, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Ancaq Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdi. Müzəffər Ordumuz ötən il noyabrın 8-də Şuşanı işğaldan azad edib. İndi dövlətimiz Şuşa şəhərinin tarixi şöhrətini özünə qaytarmaq üçün əməli addımlar atır. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması da o addımlardan biridir. 
 
Şuşanın bir mistik enerjisi var. Xalqımızın qəlbində Şuşanın yeri başqadır. Tipik azərbaycanlıya məxsus yerlibazlıq söhbəti də Şuşa adı gələndə kənara qoyulub.  Bu ölkənin dörd bir tərəfində yaşayanlar – Lənkərandan Qazaxa, Qusardan Bakıya, burdan da Naxçıvana qədər hər kəs özünü Şuşalı sayıb. Mən inanmıram ki, Şuşanın işğaldan azad olunması xəbərini eşidən kimsə kövrəlməsin. Azad Şuşa xəbərini eşidən Azərbaycan xalqının ogünkü sevincinə bütün dünya şahidlik etdi. Televizya ekranlarında həmin görüntüləri izləyən bir xarici jurnalist dostum söhbət zamanı mənə dedi ki, dünya belə bənzərsiz mənzərəni bir də görməyəcək. O heyrətlə soruşdu: Bütün xalqınızı bir yumruq kimi birləşdirən, uşaqdan böyüyə hər kəsə bəlkə də həyatının ən sevincli gününü yaşadan bu Şuşada nə var axı? Şuşa sizin üçün niyə bu qədər önəmlidir? Jurnalist dostuma o vaxt da dediyim kimi, bunu bilmək üçün gərək Azərbaycanda yaşayasan. Bizim qəhərəman oğullarımızı dağlardan, dərələrdən, keçilməsi mümkün olmayan yollardan keçib bu şəhəri azad etməyə, ölümün gözünə dik baxmağa aparan da elə Şuşa sevgisi idi. 
Şuşa uğrunda aparılan diplomatik mübarizə, döyüşlərdəki qəhrəmanlıq nadir hadisə kimi, tarixdə əbədi qalacaqdır. Tədqiqatlar aparılacaq, ancaq Azərbaycan xalqının Şuşa sevgisinin sirrini dünyada heç kim çözə bilməyəcək. 
 
Hələ 2019-cu ilin oktyabr ayında Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını verən dövlətimizin başçısı bir il sonra Türkiyənin “A Haber” televiziyasına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq olar” deməklə xalqımızın ən böyük probleminin birdəfəlik həllində qətiyyətli olduğunu, Şuşanın bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bütün dünyaya nümayiş etdirmişdi.
 
İşğaldan azad edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər, qəsəbə, kənd bizim üçün doğmadır, dəyərlidir. Ancaq ölkə rəhəbərimizin də dediyi kimi, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. 
 
Şuşa Prezident İlham Əliyev üçün həmişə qırmızı xətt olub. Çünki dövlət başçısı bilirdi ki, Şuşa Azərbaycan xalqının qırmızı xəttidir. Müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi. Ona görə də ölkə rəhbəri yuxarıda qeyd etdiyimiz müsahibəsində bildirmişdi ki, “Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.
Şuşa zəfəri İkinci Qarabağ savaşının dönüş nöqtəsi oldu. Bundan sonra Ermənistan ağ bayraq qaldırdı və kapitulyasiya aktını imzaladı. Göründüyü kimi, Şuşa həm də buna görə əhəmiyyətli idi. Azərbaycan xalqı bu xoşbəxtliyi bizə yaşadanları heç vaxt unutmayacaq, onları əsrlər sonra da böyük minnətdarlıqla xatırlayacaqdır.
 
Şuşa Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olub
 
Azərbaycanın tarixində xüsusi yeri olan Şuşa şəhərinin əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. 1756-cı ildə Qarabağ xanlığının paytaxtı Şahbulaq qalasından ilk dövrlərdə öz banisinin adı ilə Pənahabad adlandırılan Şuşa qalasına köçürülüb.
“Qarabağın incisi” adlandırılan Şuşanın bir şəhər kimi formalaşması XVIII əsrin ortalarından başlayıb və üç mərhələdən keçərək XIX əsrin sonu-XX əsrin əvvəllərinə qədər davam edib. Pənahəli xanın (1748-1763) hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şuşalıların sonralar “Aşağı” adlandırdıqları “Təbrizli” hissəsi salınıb. Bu hissədə “Çuxur”, “Qurdlar”, “Culfalar”, “Seyidlər”, “Quyular”, “Hacı Yusifli”, “Merdinli”, “Qazançalı” və “Çöl qala” adlandırılan 9 məhəllə var idi. 1823-cü ildə Qarabağ xanlığının rus məmurları tərəfindən tərtib edilmiş “Qarabağ əyalətinin təsviri” adlı sənəddə verilmiş əhalinin siyahıyaalınmasından aydın olur ki,  Şuşanın “Təbrizli” hissəsinin əhalisi ancaq Azərbaycan türklərindən ibarət olub.
Əlverişli hərbi-strateji mövqeyə malik olan Şuşa şəhəri bütün Qarabağ xanlığında yaşayan əhali üçün olduqca cəlbedici idi. Bunun nəticəsi idi ki, İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-1806) şəhərdə əhalinin sayı sürətlə artıb və 8 məhəllədən (“Xanlıq”, “Saatlı”, “Köçərli”, “Mamayı”, “Xoca Mərcanlı”, “Dəmirçi”, “Hamamqabağı”, “Təzə”) ibarət “Yuxarı məhəllə” adlandırılan ikinci hissənin formalaşması başa çatıb. Şuşanın “Qazançalı” adlanan üçüncü hissəsinin tikintisinə 1806-cı ildə İbrahimxəlil xanın ölümündən sonra başlanılıb və XX əsrin əvvəllərinə qədər davam edib. On iki məhəllədən ibarət olan bu hissədə daha çox əhali yaşayırdı. Burada yerləşən məhəllələrə misal olaraq “Çiləbörd”, “Dərə”, “Bağlar” və digərlərini göstərmək olar.
  
Şuşa yarandığı gündən Qarabağın inzibati-siyasi mərkəzi rolunu oynayıb. Şəhər 1756-1822-ci illərdə Qarabağ xanlığının paytaxtı olub, 1822-1840-cı illərdə Qarabağ əyalətinin, 1840-1923-cü illərdə isə müxtəlif inzibati-ərazi vahidlərinin tərkibində olmuş Şuşa qəzasının mərkəzi funksiyasını yerinə yetirib. Yalnız sovet hakimiyyəti illərində Şuşa Qarabağın inzibati mərkəzi statusundan məhrum edilib. Şəhər 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yaradılmış Şuşa rayonunun mərkəzinə çevrilib.
 
Çar Rusiyasının köçürmə siyasətinin geniş miqyas aldığı XIX əsrin sonu-XX əsrin əvvəlləri istisna olmaqla, bütün dövrlərdə Şuşa şəhərində yaşayan əhalinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edib. “Qarabağ əyalətinin təsviri” əsasında aparılmış hesablamalar göstərir ki, 1823-cü ildə Şuşada qeydə alınmış 1532 ailənin 1000-dən çoxu Azərbaycan türklərindən, 500-dən bir qədər çoxu isə alban mənşəli xristianlardan ibarət idi. Şəhərin Ermənistan tərəfindən işğalından bir qədər əvvəl – 1989-cu ildə keçirilmiş siyahıyaalmaya görə isə burada yaşayan 20 579 nəfər əhalinin yalnız 1377 nəfəri ermənilər olub.
 
Şuşa özünün memarlıq abidələri ilə də məşhurdur. XVIII - XIX əsrlərdə burada inşa edimiş bir çox memarlıq abidələri – saraylar, məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri özlərinin orijinal memarlıq üslubuna görə seçilirlər. Bu abidələrdən bir çoxu, o cümlədən Pənahəli xan və Qaraböyük xanıma məxsus saraylar, Xurşidbanu Natəvan tərəfindən inşa etdirilmiş “Xan qızı bulağı”, görkəmli memar Kərbalayi Səfi xan Qarabaği tərəfindən tikilmiş və yenidən qurulmuş Aşağı və Yuxarı Gövhər ağa məscidləri və digərləri günümüzə qədər gəlib çatıb.
 
Heydər Əliyev Şuşanı yenidən Qarabağın inzibati-siyasi, Azərbaycanın isə mədəni mərkəzinə çevirib
 
Ulu Öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirərək deyib: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Şuşanın Azərbaycan üçün əhəmiyyətini düzgün qiymətləndirən Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bu şəhərlə bağlı mühüm qərarlar qəbul edib. Bu şəhərin yenidən Qarabağın inzibati-siyasi və mədəni mərkəzinə çevrilə bilməsi üçün ötən əsrin 70-80-ci illərində mühüm layihlər həyata keçirilib. O dövrdə Şuşada böyük tikinti-quruculuq işləri aparılıb. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul edib.
 
Ulu Öndərimiz 1982-ci ildə Şuşaya səfəri zamanı Molla Pənah Vaqifin məqbərəsinin, Poeziya Evinin açılışında iştirak edib, Üzeyir bəy Hacıbəylinin və Bülbülün ev-muzeyləri ilə tanış olub və onların qorunmasına dair tövsiyələrini verib. Görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişi ilə Dağlıq Qarabağda, xüsusilə Şuşada yaşamış digər elm və mədəniyyət xadimlərinin də xatirəsi əbədiləşdirilib. 1982-ci il avqustun 2-də Şuşada şairə Xurşudbanu Natəvana abidə qoyulub. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin siması əsaslı şəkildə dəyişib, yeni iş yerləri açılıb, yerli əhalinin milli ruhu daha da yüksəldilib. 
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
 
“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”, deyən Heydər Əliyevin vəsiyyətini Onun siyasi varisi, Azərbaycan xalqının xilaskar oğlu İlham Əliyev yerinə yetirib, Qarabağamızı işğaldan azad edib. 
 
Hər ilin bu günü – mayın 8-i Azərbaycan xalqı yasa batırdı, hər bir vətəndaşımız özünə yer tapa bilmirdi. Şükürlər olsun ki, bu il mayın 8-ni biz böyük qürurla, Şuşamızın ölkəmizin mədəniyyət paytaxtı elan olunması sevinci ilə qeyd edirik. 
 
Qüdrətli Azərbaycan dövləti Qarabağın bütün yaşayış məntəqələri kimi, Şuşa şəhərini də yenidən qurur, onun əvvəlki şöhrətini özünə qaytarır. Şuşada böyük quruculuq işlərinə başlanılıb.  Bizi Şuşaya aparan “Zəfər yolu”nda xeyli iş görülüb. 
 
Şuşa abadlaşdırılır,  tarixi və mədəni abidələr, muzeylər bərpa edilir. Bütün bu işlər Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir. Ölkə rəhbərinin bu il iki dəfə Şuşaya səfər etməsi Onun bu şəhərə nə qədər diqqətlə yanaşdığının nəticəsidir.  Görünən odur ki, dövlət başçısının Şuşa ilə bağlı böyük planları var. O, Azərbaycan xalqının arzularını reallaşdırır. Şuşa mövzusu İlham Əliyev üçün tabudur. Odur ki, ölkə rəhbəri Şuşanı zəbt etmək, orada villalar tikib şəhərin tarixi görkəminə xələl gətirmək istəyən məmurları xalqımızın gözü qarşısında rəzil etdi, onları cəzalandırdı.
 
Yaxın gələcəkdə Azərbaycanın mədəniyyət paytaxtı bütün dünyanın diqqət mərkəzinə çevriləcək, orada beynəlxalq mədəni tədbirlər keçiriləcək. Artıq bu işlərə start verilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi nəzərdə tutulub. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.
 
Şuşada görüləsi işlər çoxdur. Şuşa ilə bağlı çox arzularımız, çox  planlarımız var. İnşallah, Şuşa arzumuz kimi hamısı reallığa çevriləcək.  Dövlətimizin başçısının dediyi kimi:
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
 
Tural Səfərov
 
Oxşar xəbərlər
01 Nov 2024 | 23:15
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
01 Nov 2024 | 23:10
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
01 Nov 2024 | 23:00
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
01 Nov 2024 | 22:53
"Gürcü Arzu"sunun bizə yaxınlığı yoxdur - Medvedyev
01 Nov 2024 | 22:45
DİQQƏT! Bunu etsəniz, xəstələnməyəcəksiniz
01 Nov 2024 | 22:34
"Həm nəticədən, həm də oyundan razı qaldım" - Qurban Qurbanov
01 Nov 2024 | 22:26
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
01 Nov 2024 | 22:18
“Neftçi” “Araz-Naxçıvan”a uduzdu
01 Nov 2024 | 22:10
Obamanın qızı atasının soyadından imtina etdi
01 Nov 2024 | 22:06
Ermənistan TV-sində “Azərbaycan saatı”: Düşmənimiz deyil!
01 Nov 2024 | 22:03
Əsas üç gündür...
01 Nov 2024 | 22:00
ABŞ əczaçılıq şirkətləri Çinlə əməkdaşlığı DAYANDIRIR
01 Nov 2024 | 21:50
Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
01 Nov 2024 | 21:43
Falçılıqla məşğul olan 1500 nəfər saxlanıldı
01 Nov 2024 | 21:35
"Qarabağ"ın oyunu qolsuz başa çatdı
01 Nov 2024 | 21:30
Qəhvəyə qarşı allergiya nədir?
01 Nov 2024 | 21:10
ChatGPT istifadə edənlərə ŞAD XƏBƏR - Yeni xüsusiyyətlər əlavə edildi
01 Nov 2024 | 20:55
Postlar qurulacaq, maşınlar şəhərə fasilələrlə buraxılacaq
01 Nov 2024 | 20:48
Otellərdə yoxlamalar aparıldı, nöqsanlar aşkarlandı
01 Nov 2024 | 20:40
Fransız mətbuatı COP29-a hazırlıqdan yazdı
01 Nov 2024 | 20:30
Məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq
01 Nov 2024 | 20:23
Niyə yatmış insanların şəklini çəkmək olmaz?
01 Nov 2024 | 20:15
Noyabr 7 BÜRC üçün elə xoş sürprizlər hazırlayıb ki...
01 Nov 2024 | 20:10
Ətin qiyməti nə qədər bahalaşacaq?- İqtisadçılar həyəcan təbili çalır
01 Nov 2024 | 20:00
Noyabrın 6-da ABŞ-da nələr olacaq?
01 Nov 2024 | 19:53
İran xəbərdarlıq etdi: Nüvə doktrinası dəyişdirilə bilər!
01 Nov 2024 | 19:45
10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
01 Nov 2024 | 19:40
Azərbaycandan "X"ə ÇAĞIRIŞ
01 Nov 2024 | 19:30
AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək
01 Nov 2024 | 19:18
Xamneyi İsraillə bağlı əmr verdi
01 Nov 2024 | 19:10
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
01 Nov 2024 | 19:05
“Seçki dövrü bitib, seçim mərhələsi başlayıb”
01 Nov 2024 | 18:58
Azərbaycanla Ermənistan razılığa gəldi - Əsasnamə bu gündən qüvvəyə minir
01 Nov 2024 | 18:53
Çin hakimiyyəti sənayeni xarici investorlar üçün tam açdı
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 18:42
Azərbaycan COP29-la bağlı daha bir rekorda hazırlaşır: 45 saniyəlik sənəd yoxlanışı!
01 Nov 2024 | 18:30
Bakının bu ərazisində 6 saat işıq olmayacaq
01 Nov 2024 | 18:16
Cennifer Lopezdən Kamala Harrisə dəstək: Səsin sənin gücündür
01 Nov 2024 | 18:08
Çay və qəhvənin maraqlı xüsusiyyətləri
01 Nov 2024 | 18:00
Arda Gülər üçün 95 milyonluq təklif
01 Nov 2024 | 17:48
"Bakmil”ə hərəkət cədvəli dəyişdirilir
01 Nov 2024 | 17:44
COP29 zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək
01 Nov 2024 | 17:42
Haqlının yanında olub, haqsız “etiraza” öz etirazını bildirən 12 yaşlı “Moderator”az”...
01 Nov 2024 | 17:40
Allah Zülfüqar bəyə rəhmət eləsin ki, Azərbaycan üçün belə bir sayt  yaratdı və...
01 Nov 2024 | 17:38
Əli Məsimlidən qaz limiti ilə bağlı TƏKLİF
01 Nov 2024 | 17:34
UNEC tələbəsi Bəhreyndə keçirilən Gimnaziadada qızıl medal qazanıb - FOTOLAR
01 Nov 2024 | 17:30
“Poz-Qazan”da oktyabrda 10 böyük uduş qazanılıb
01 Nov 2024 | 17:26
“ATV Plus” 5 min manat cərimələndi
01 Nov 2024 | 17:22
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən...
01 Nov 2024 | 17:18
Xırdalanda baş verən dəhşətli yanğının sirləri...
01 Nov 2024 | 17:13
COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı - FOTO
01 Nov 2024 | 17:07
Xaçmazda 57 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
01 Nov 2024 | 17:02
"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO
01 Nov 2024 | 16:57
Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? - AÇIQLAMA
01 Nov 2024 | 16:52
Baş rejissor gələcək planlardan DANIŞDI: “Böyük hədəflərimiz var” – MÜSAHİBƏ
01 Nov 2024 | 16:47
Prezident yeni icra başçısı TƏYİN ETDİ - FOTO
01 Nov 2024 | 16:45
"Mən yenidən sevə biləcəyimə ümid etmirdim..." - Britaniyalı qadın amerikalı qatilə aşiq olub
01 Nov 2024 | 16:38
Tramp, yoxsa Harris: məşhur Hollivud ulduzu kimə və niyə səs verəcək?..
01 Nov 2024 | 16:33
"İsrail Yaxın Şərqdə strateji gerçəkliyi dəyişir" - Binyamin Netanyahu
01 Nov 2024 | 16:28
Sergey Lavrov Azərbaycanın Əməkdar mədəniyyət işçisini təltif etdi - FOTO
01 Nov 2024 | 16:23
Buzovna-Şüvəlan yolunda ağır QƏZA - VİDEO
01 Nov 2024 | 16:18
Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayraqlarını endirdi - VİDEO
01 Nov 2024 | 16:13
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
01 Nov 2024 | 16:08
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ - FOTO
01 Nov 2024 | 16:03
Ayətüllah Xamenei İsrailə yeni hücuma hazırlaşmağı əmr edib
01 Nov 2024 | 15:54
UEFA "Qarabağ"ın məşqçisini cəzalandırdı
01 Nov 2024 | 15:48
Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabı yayınlandı - FOTO
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 15:37
“Çətin günlərində heç bir sənətçidən dəstək görmədik, ən böyük arzusu yarım qaldı...” - Eldəniz Zeynalovun gəlini
01 Nov 2024 | 15:32
"Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir" - Azay Quliyev
01 Nov 2024 | 15:26
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
01 Nov 2024 | 15:20
Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirildi - FOTO
01 Nov 2024 | 15:15
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
01 Nov 2024 | 15:10
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
01 Nov 2024 | 15:05
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət  Həsənquliyev
01 Nov 2024 | 15:00
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
01 Nov 2024 | 14:55
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
01 Nov 2024 | 14:50
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
01 Nov 2024 | 14:48
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
01 Nov 2024 | 14:42
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
01 Nov 2024 | 14:37
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 14:32
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
01 Nov 2024 | 14:27
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
01 Nov 2024 | 14:21
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
01 Nov 2024 | 14:16
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
01 Nov 2024 | 14:11
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
01 Nov 2024 | 14:09
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
01 Nov 2024 | 14:06
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
01 Nov 2024 | 14:00
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
01 Nov 2024 | 13:55
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 13:45
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
01 Nov 2024 | 13:44
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
01 Nov 2024 | 13:42
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
01 Nov 2024 | 13:38
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
01 Nov 2024 | 13:33
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
01 Nov 2024 | 13:30
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
01 Nov 2024 | 13:29
Somali Prezidenti COP29-da iştirak edəcək
01 Nov 2024 | 13:26
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
01 Nov 2024 | 08:00
Moderator.az 12 yaşında - VİDEO
01 Nov 2024 | 12:41
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 11:30
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 08:14
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
01 Nov 2024 | 08:53
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
AYLIQ
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
01 Nov 2024 | 08:00
Moderator.az 12 yaşında - VİDEO
01 Nov 2024 | 12:41
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 11:30
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 08:14
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
01 Nov 2024 | 08:53
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib