“Milli Məclis sədri konstitusiyanın, Seçki Məcəlləsinin pozulmasına göz yumur”
Oxunub: 16319
26 Mar 2014 | 13:23
“Milli Məclis sədri konstitusiyanın, Seçki  Məcəlləsinin pozulmasına göz yumur”

Son günlərin ən qalmaqallı hadisələrindən biri Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovla parlamentin spikeri Oqtay Əsədov arasında yaşanan söz çəkişməsi oldu. Bu insidentin səbəbi nə idi? İki ciddi ictimai statusa sahib olan bu şəxslər niyə öz əsəblərini cilovlaya bilmədilər? Moderator.az olaraq hüquqşünas-deputatla söhbətimizdə bu və digər suallara aydınlıq gətirməyə çalışdıq:

 

-İlyas müəllim, Milli Məclisin sədrini hansı sözünüz qıcıqlandırdı ki, çıxışınıza o cür reaksiya verdi?

 

-Doğrusu, bu sual mənə aid deyil. Yaxşı olardı ki, bunu Oqtay Əsədovun özündən soruşaydınız. Yəqin ki, mənim hökumətin fəaliyyətini tənqid etməyim onun xoşuna gəlməyib. Bir də mümkündür ki, o, kiməsə yarınmaq istəyib. Ona görə də çıxışıma elə reaksiya verdi. Yeri gəlmişkən, parlament sədrinin deputatın fikrinə elə kobud müdaxilə etmək, ona irad tutmaq səlahiyyəti yoxdur. Artıq mətbu orqanlarda dərc olunmuş həmin çıxışıma diqqətlə nəzər salsanız, onun yalnız tənqid üzərində qurulmadığını görə bilərsiniz. Mən həyata keçirilən müsbət işləri qeyd etməklə yanaşı, hökumətin yol verdiyi nöqsanları qeyd etmiş və problemin həll yollarını göstərmişdim. Burada başa düşülməyən nə var ki?!

 

-Həmin insident zamanı spikerə öz işi ilə məşğul olmasını məsləhət gördünüz. Sizcə, onun işi nə olmalıdır?

 

-Bilirsinizmi, parlament rəhbərinin, yaxud üzvünün vəzifələrini və hüquqlarını mənim, sənin və ya onun fikirləri müəyyənləşdirmir. Bu fəaliyyəti müəyyən edən bir çox normativ aktlar var. Onlardan biri də Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsidir. Nizamnamənin 8-ci maddəsində deputatların hüquqları aydın qeyd olunub.  Deputatın istənilən məsələ barədə fikir bildirmək, çıxış etmək, təklif vermək səlahiyyəti var. Sədrin isə onun çıxışına irad tutmaq hüququ yoxdur. Sözügedən sənədin 10-cu maddəsi Milli Məclis sədrinin səlahiyyət və vəzifələrinə həsr olunub. Maddədə göstərilir ki, sədr parlamentin iclaslarında iştirak edənlərə söz verir, deputatların təkliflərini səsə qoyur, səsvermənin nəticələrini elan edir. Onun yalnız Milli Məclis Aparatının işçilərinə göstəriş vermək, irad tutmaq haqqı var. Görünür, bu adam deputatları da öz işçisi hesab edir ki, mənim çıxışıma iradını bildirir. Halbuki sədr belə məsələlərdə tərəfsizlik nümayiş etdirməlidir. Mən də bir hüquqşünas-deputat  kimi adamı öz vəzifəsini icra etməyə çağırdım. O isə məni təhqir etdi.

 

- Bu təhqir nədən ibarət idi?

 

-Yadınızdadırsa, mən ona irad tutmaq səlahiyyətinin olmadığını xatırladanda dedi ki, “irad da tutaram, o yana da keçərəm”. Bu nə cavabdır? Özünə, daşıdığı vəzifəyə hörmət qoyan adam bu cür danışarmı? Oqtay Əsədovun heç bir əndazəyə sığmayan bu çıxışı ictimai rəydə də yaxşı qarşılanmadı. Hətta mətbuatda onu “bazarkom”, “müasir Xudayar bəy” adlandıranlar da oldu. Mətbuat nümayəndələrindən fərqli olaraq mən onu başa düşürəm. Çoxillik hüquq təcrübəmdən bilirəm ki, hər bir insan yaşadığı, işlədiyi və onun xarakterini formalaşdıran mühitin məhsuludur. Oqtay Əsədovun bu cavabını da əvvəllər işlədiyi təsərrüfat təşkilatlarında formalaşmış xarakterinin təzahürü kimi qəbul etdim. Mən belələrini layiq olduqları yerlərdə çox görmüşəm. Zənnimcə, hər kəs şəxsi keyfiyyətlərinə uyğun fəaliyyət növü və həyat tərzi seçsə daha yaxşı olar. Mənə toxunan isə onun başqa fikirləri oldu. Fikir verin, görün mənə nə deyir: “Özünə hörmət qoy! Adama hörmət göstərəndə həddini aşmaz”. Əlbəttə, bu artıq bazar söhbətidir. Bu adam dərindən fikirləşsə başa düşər ki, mən məhz daşıdığım ictimai statusa, şəxsi ləyaqətimə hörmət qoyduğuma görə ona cavab vermişəm. Həddini aşan, özünə hörmət qoymayan isə onun özüdür. Oqtay Əsədovun Milli Məclis sədrinə yaraşmayan digər sözləri bunlar idi: “Günah bizdədir ki, sənin kimisinə şərait yaratmışıq, çıxıb danışıb belə hörmətsizlik edirsən”. Təhqir məhz burda başlayır. Bu ana qədər dediklərini bəlkə keçmişinin gətirdiyi xislətinə görə ona bağışlamaq olardı. Çünki bunlar onun mahiyyətinin, tərbiyəsinin göstəricisi idi. “Sənin kimisi” ifadəsi isə artıq insanın şəxsiyyətini aşağılamaqdır və Oqtay Əsədov bu sözlərlə yalnız məni deyil, digər deputatları da təhqir etdi. Digər tərəfdən, başa düşə bilmirəm, mən hansı hörmətsizliyi etmişəm? Onun qeyri-qanuni hərəkətlərinə cavab vermək nədən hörmətsizlik sayılsın? İnsan bu dərəcədə özündən bədgüman olmaz. Bu məndə ancaq təəssüf hissi doğurur.

 

-Səhv başa düşmədiksə, sizin ən acığınıza gələn Oqtay Əsədovun məhz “sənin kimisi” ifadəsi olub...

 

-Bəli, məhz bu ifadə də. Milli Məclis sədrinin ən azından elementar mədəniyyəti olmalıdır. Əvvəla, o mənə hansı haqla “sən” deyə müraciət edir? Bəlkə mən onunla birlikdə əvvəllər işlədiyi yerlərdə çalışmışam, şərikli işlərimiz olub? İkincisi, “sənin kimisi” nə deməkdir? O, öz tərcümeyi-halı ilə mənim həyat yolumu müqayisə etsə, dediyindən utanar.  Üçüncüsü, “şərait yaratmışıq” nə deməkdir? O mənə heç bir şərait yaratmayıb. Əksinə, bilmirəm öz təşəbbüsü ilə, yoxsa kiminsə göstərişi ilə mənim hüquqlarımı daim kobud şəkildə pozub. Şikayət etməyi sevmirəm, onun sözlərinə cavab vermək ehtiyacı yaranmasaydı, bunu heç vaxt deməyəcəkdim.

Milli Məclis hakimiyyətin bir qoludur. Oraya seçilmək, dövlətin idarə olunmasında iştirak etmək hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur və kiminsə yaradacağı şəraitdən asılı olmamalıdır. Hər halda mən, onun kimi, qudamın icra başçısı olduğu rayondan deputat “seçilməmişəm”. İndi qoy özü desin, kimə hörmət olunub: ona, yoxsa mənə?! Azərbaycanın üç müxtəlif rayonunun sakinlərinin arzusu ilə deputat mandatı almışam. Namizədliyim irəli sürülən seçki dairəsində seçkilər tam ədalətlə keçirilib və Ağstafa, Qazax,Tovuz sakinləri mənə etimad göstəriblər. Buna şübhə edənlər varsa, günü bu gün də sorğu keçirib seçicilərin münasibətini öyrənə bilərlər. Bəzilərindən fərqli olaraq mənim hesab verə bilməyəcəyim heç bir müəmmalı tərəfim də yoxdur. Nəyim varsa, hamısını alnımın təri ilə qazanmışam. Nə mənbəyini göstərə bilməyəcəyim kapitalım, nə də müvafiq sənədlərdə bəyan etmədiyim otelim, restoranım və başqa obyektlərim var. Nəyim varsa, göz qabağındadır. Qoy yoxlasınlar kimin nəyi var-mənim, yoxsa Milli Məclis sədri vəzifəsində oturan, lakin özünü apara bilməyən adamın? Onda hər şey aydın olar.

Fikir verdinizsə, sonda o, dialoq aparmaq qabiliyyətində olmadı, sözümü kobud surətdə kəsərək mikrofonu söndürdü. Zənnimcə, bu da səviyyənin, xüsusilə də mədəniyyətin göstəricisidir.

 

-İlyas müəllim, Oqtay Əsədovun sizə qarşı bu kobudluğunun səbəbi son zamanlar parlamentdə qeyri-qanuni təmsil olunan deputatların məsələsini dəfələrlə qaldırmağınızla bağlı ola bilərmi?

 

-Mümkündür, əlbəttə. Bilirsinizmi, parlamentin indiki tərkibinin niyə bu cür formalaşdırılmasının səbəbi mənə aydın deyil. Elə deputatlar var ki, qanuna zidd olaraq həm icra strukturlarında, həm də parlamentdə təmsil olunurlar. Bu isə Konstitusiyamızın və Seçki  Məcəlləsinin müddəaları ilə daban-dabana ziddir. Həm də bu insanların sayı kifayət qədər çoxdur. Mən də bir hüquqşünas-deputat kimi bu barədə mütəmadi olaraq məsələ qaldırıram, o cümlədən bu ilin 3 mart tarixində Milli Məclisin sədri kimi Oqtay Əsədova məktub göndərmişəm. Ondan Milli Məclisin bəzi deputatlarının mandatdan məhrum edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etməsini və həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 85 və 89-cu maddələrinin şərh olunması üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə məsələni Milli Məclisin müzakirəsinə çıxarmasını xahiş etmişəm. Lakin çox təəssüf ki, bu qanuni tələbimə qarşı da laqeydlik göstərilir. Bu dəhşətdir. Milli Məclis sədri Konstitusiyanın, Seçki  Məcəlləsinin kimlərinsə şəxsi maraqları naminə pozulmasına göz yumur. Bu da əslində qanun pozğunluğunda işturakçılığın bir növüdür. Bu mövqeyimdən kimlərsə qıcıqlana bilərlər. Amma mənim üçün onların qıcıqlarının heç bir mənası yoxdur. Mənim üçün qanunların aliliyi prinsipi daha önəmli və mənalıdır. Əgər Milli Məclisin sədri məndən həqiqətən də bunun qisasını alırsa, bu mənasız fəaliyyətdir. Qoy, bir də fikirləşsinlər:  Konstitusiyanın və Seçki Məcəlləsinin imperativ tələbləri nəyin naminə pozulmalıdır? Biz bununla vətəndaşlarımıza hansı nümunəni göstəririk? Axı insanlar hər şeyi başa düşürlər. Nə üçün formal qanun pozuntusuna görə adi vətəndaşlar həbs olunmalı, onlara əziyyət verilməli, ancaq elitar saydıqları adamlar Konstitusiyaya zidd olaraq Milli Məclisdə oturdurmalıdırlar?! Vaxtilə doğru deyiblər: “Kim acından ölməmək üçün çörək oğurlayırsa, qazamata göndərilir, dəmir yolunu oğurlayanlar isə senator təyin edilirlər”. Düşünürəm ki, əlavə  şərhə ehtiyac yoxdur.

Ən dəhşətlisi budur ki, mən bir ilə yaxındır, bu barədə bir növ həyəcan təbili çalıram. Dəfələrlə Mərkəzi Seçki Komissiyasına, Konstitusiya Məhkəməsinə, Milli Məclisin sədrinə müraciət edirəm. Cəmiyyət də bunun şahididir. Ancaq... Mənim tərəfimi saxlayanlar olsa da, buna cavabdehlik daşıyan hakimiyyət nümayəndələri arasında laqeydlik, etinasızlıq hökm sürür. Yeri gəlmişkən, Polşa yazıçısı Bruno Yasenskinin “Laqeydlərin sui-qəsdi” əsərində səsləndirdiyi bir fikir birbaşa bizim reallıqlarımıza da aiddir. O yazırdı ki, “Düşməndən qorxmayın; pis halda o, sizi öldürə bilər, dostlardan da çəkinməyin; pis halda o, xəyanət edə, sizi sata bilər. Laqeydlərdən qorxun: dünyada baş verən bütün ölümlər və xəyanətlər məhz onların susmasının nəticəsidir”.

 

-Qanunların bu qədər açıq şəkildə pozulmasına və sizin vaxtaşırı bunu gündəmə gətirməyinizə bamayaraq məsələ hələ də həll edilməmiş qalır. Sizcə, bu deputatlar niyə bu qədər toxunulmaz və əvəzedilməz hesab olunurlar?

 

-Qoy buna zəhmət çəkib, parlamenti bu hala gətirənlər cavab versinlər. Bəlkə biz bilmirik, onlar həqiqətən də əvəzolunmaz insanlardır? Bunu heç olmasa ictimaiyyətə desinlər və əsaslandırsınlar. Bu, vətən naminə edilsəydi, mən onları qəbul edərdim. Fikrimcə, cəmiyyətlərdə əvəzolunmaz insanlar həqiqətən də olur. Belə şəxsiyyətlər bütün zamanlarda bir neçə işi yerinə yetiriblər. Məsələn, çox da uzaq olmayan sovet tarixinə nəzər salanda Fyodor Ustinovun 33 yaşında dörd vəzifə, o cümlədən Xalq Komissarı, Silahlanma naziri vəzifələrini daşıdığını görə bilərik. Yaxud götürək avtokonstruktor Yakovlevi. Həm Aviasiya nazirinin birinci müavini, həm də Konstruktor bürosunun rəhbəri idi. Raket quruculuğu və kosmonavtika sahəsində konstruktur olan nəhəng alim Korolyov 5 vəzifəni birdən icra edirdi. Bu da başadüşülən idi. Həmin insanlar öz sahələrində doğrudan da əvəzolunmaz idilər.

Öz respublikamızdan da misal göstərə bilərik. Akademik Azad Mirzəcanzadə Bakıda 3 vəzifə daşıyırdı, həmçinin Moskva və Ufada laboratoriyalara rəhbərlik edirdi. Çünki o, hər yerdə neft istehsalının əsaslarını yaradırdı. Məhz buna görə də 500-dən artıq elmlər namizədi və doktor yetişdirə bilmişdi.

Belə misalları çox çəkmək olar. Bəlkə bizim rektorlar arasında da elə görkəmli alimlər var və onlarsız nə Milli Məclisin iclasları keçirilə, nə də universitetlər idarə oluna bilər? Hər halda mən bu barədə məlumatsızam. Buyurub izahat versinlər.

Bir məqama da diqqət çəkmək istəyirəm. Biz tez-tez erməni qəsbkarlarından heç də az təhlükəli olmayan, bizi ağac qurdu kimi içəridən yeyən korrupsiyadan danışırıq. Haqsız da deyilik.

Hüquqşünas kimi deyirəm: əgər Konstitusiyanın və Seçki Məcəlləsinin imperativ tələbləri belə açıqdan-açığa, nümayişkəranə, şəxsi maraqlar naminə kobud şəkildə pozulursa, onda bu və digər qanunları dəfələrlə pozmaq nə üçün mümkün olmasın? Bu pozuntularda da korrupsiyanın kölgəsi görünmürmü? Düşünürəm ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bununla ciddi məşğul olmalıdır.

 

 


Oxşar xəbərlər
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
GÜNLÜK
17 May 2024 | 12:30
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 12:43
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 12:35
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
17 May 2024 | 12:39
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
17 May 2024 | 12:51
Razi Əliyeva işində son şahidlər dindirildi
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 12:30
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 12:43
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 12:35
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
17 May 2024 | 12:39
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
17 May 2024 | 12:51
Razi Əliyeva işində son şahidlər dindirildi