"Özləri buna inansaydılar, bizimlə birgə olmaq üçün çoxdan qaça-qaça yanımıza gəlmişdilər”
Müsahibə
Oxunub: 6913
18 Sep 2019 | 15:11
Artıq bir neçə müddətdir ki, Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu müzakirələrdə Etibar Məmmədovu dəstəkləyənlərə yanaşı əks mövqe numayiş etdirənlər də var. Və bu cür mövqe sərgiləyənlər müxtəlif ittihamlarla çıxış edirlər. 

Səslənən ittihamlara cavab vermək üçün AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramovla söhbətləşmək qərarına gəldik.

- İlk olaraq soruşmaq istərdik, Etibar Məmmədov aktiv siyasətə qayıdacaqmı?

- Etibar Məmmədov heç vaxt siyasətdən kənarda olmayıb. 2004-cü ildən bu günə kimi ölkə gündəminə aid elə bir məsələ olmayıb ki, Etibar Məmmədov və AMİP ona münasibət bildirməsinlər. Söhbət yalnız Etibar bəyin yenidən siyasi prosesslərin önündə dayanmaq istəyib-istəməməsi ilə bağlı ola bilər ki, bu da təbii olaraq Etibar bəyin şəxsi qərarı olacaq və bu qərar da cəmiyyətdən gələn sosial sifarişin nə qədər real və təsirli olacağına bağlıdır.

- Belə bir sosial sifariş varmı?

- İstəklər və müraciətlər var və bu müraciətlərin sayı hər gün artır. Ən önəmlisi odur ki, bu istəklər təkcə milli istiqlalçıların istəkləri deyil. Hətta uzun müddətdir siyasi prosesslərdən kənarda qalan və passivləşmiş insanlar belə bu cür müraciətləri səsləndirirlər. Bununla bağlı ayrı-ayrı ictima təşkilatlardan da, siyasi partiyalardan da müraciətlər var və yaxın vaxtlarda onların kimliyi ilə bağlı mətbuatın da, ictimaiyyətin də məlumatı olacaq. Ad çəkməməyimizin tək səbəbi həmin partiyaların açıq şəkildə mətbuat vasitəsilə müraciət etməsini gözləməyimizlə bağlıdır. Bayaq da qeyd etdiyim kimi, təkcə “Etibar Məmmədov gəlsin” deməklə iş bitmir. Müraciət edənlər konkret olaraq əllərini daşın altına qoymağa hazır olduqlarını nümayiş etdirməlidirlər.

- Partiyanın özündə də bu məsələ ilə bağlı fəallıq hiss olunmaqdadır.

- Bəli, fəallıq var və sevindirici hal ondan ibarətdir ki, 15 ildən artıqdır bu və ya digər səbəbdən aktiv olmayan, partiyanın fəaliyətində iştirak etməyən partiya üzvlərimiz də fəallaşıb. Bundan başqa 1993-cü ildən bəri müxtəlif dövrlərdə, müxtəlif səbəblərdən partiyanı tərk etmiş insanlar da var ki, yenidən partiya üzvlüyünə qəbul üçün müraciət edirlər.

- Partiyadan getmiş insanların yenidən qəbulu necə həyata keçirilir? Sizə elə gəlmir ki, bir dəfə gedən yenə də gedə bilər?

- Çox yaxşı sual verdiniz, qısa olaraq deyim ki, AMİP Nizamnaməsinə görə partiyadan getmiş insanların yenidən qəbulu ancaq və ancaq AMİP Siyasi Şurasının qərarı ilə həyata keçirilir. O şəxslər ki, müxtəlif səbəblərlə partiyanı sakitcə tərk ediblər və sonrakı dövrdə də partiyayla bağlı əks təbliğat aparmayıblar onların yenidən qəbulu Siyasi Şura tərəfindən dərhal həyata keçirilir. Digərləri ilə bağlı qərar isə partiyanın Mərkəzi İntizam Komissiyasının araşdırmasından və rəyindən sonra veriləcək.

- Rəşad bəy, gələk ittihamlara. Əks arqumentlə çıxış edənlər Etibar Məmmədovun və AMİP-in 1993-cü ildəki mövqeyi, 1998-ci ildə prezident seçkilərində iştirakı, 2003-cü ildə vahid namizəd məsələsində müxalifət birlyini pozmaqda ittiham edirlər.

- Siz ad çəkmədiniz, amma dediyiniz ittihamların və bir sıra da digər ittihamların müəllifi ADP sədri Sərdar Cəlaloğludur. İcazə verirsinizsə bu suala bir az ətraflı cavab verim. Bildiyiniz kimi AMİP 1992-1993-cü illərdə AXC-Musavat hakimiyyətində təmsil olunmayıb və həmin hakimiyyətə müxalifətdə olub. 1992-93-cü illərin Azərbaycanını xatırlayaq. Ölkədə məmur özbaşınalığı var, korrupsiya var. Parlament seçkilərini keçirib kommunistləri uzaqlaşdırmaq əvəzinə hakimiyyət kommunistlərlə hakimiyyət bölgüsü aparır və baş nazir postu onlara verilir. Ayrı-ayrı hərbi hissələr Əbülfəz Elçibəyə itaətsizlik göstərir və Sürət Hüseynova sədaqət andı içir. AXC-Musavat hakimiyətinin dəstəklənməsi üçün çağırılan mitinqə cəmi on min civarında adam toplaşır. Bütün bunlar göstərir ki, hakimiyyət xalqın inamını itirib. Bütün sadaladıqlarımı AXCP sədri Əli Kərimli də  bu ilin 18 iyun tarixində verdiyi müsahibədə təsdiqləyir. Sonra nə baş verir? Prezident Əbülfəz Elçibəy, Milli Məclis sədri İsa Qəmbər, Baş nazir Pənah Hüseyn Heydər Əliyevi Bakıya dəvət edərək ona vəzifə təklif edir. İndi siz deyin müxalifət partiyası olan AMİP və onun sədri Etibar Məmmədov hakimiyyəti niyə müdafiə etməli idi? Bu bilirsiz nəyə bənzəyir? Təsəvvür edin ki, ölkədəki narazılıq fonunda İlham Əliyev Bakını tərk edib Naxçıvana gedir. Nəticədə Milli Məclis tərəfindən səlahiyyətlərinə xitam verilir və sonra YAP hakimiyyəti müxalifət partiyalarının sədrlərini, misal üçün İsa Qəmbəri və ya Əli Kərimlini ittiham edir ki, niyə bizim hakimiyətimizi qorumadınız.

- Sərdar bəyin müsahibəsindəki digər bir arqument də 1998-ci il Prezident seçkiləri ilə bağlıdır. Bütün 
müxalifət partiyalarının seçkini baykot etdiyi vaxtda Etibar bəyin seçkilərdə iştirakı ilə bağlı. Bu barədə nə deyə bilərsiz?

- Baxın, bu ittihamlar prosesslərdən xəbəri olmayan, adi bir diletant tərəfindən edilsəydi deyərdim ki, hadisələrdən xəbərsiz olduğu üçün belə danışır. Amma Sərdar Cəlaloğlu kimi hadisələrdən kifayət qədər xəbəri olan birinin belə ittihamlarla çıxış etməsi, yalan danışdığını bilə-bilə bu cür ittihamlar səsləndirməsi bir sıra başqa mətləblərdən xəbər verir. Görünən odur ki, Etibar Məmmədovun aktivləşəcəyindən qorxan xüsusi bir qrup əlində olan bütün imkanlardan istifadə edərək Etibar Məmmədova qarşı kampaniyaya start verib. Konkret olaraq 1998-ci ilə gəldikdə isə deyim ki, digər partiyaların seçkiləri boykot etməsi AXCP-nin Müsavata, Müsavatın da AXCP-yə güzəştə getməməsi ilə bağlı idi. Xatırlayırsınızsa Musavat İsa Qəmbərin, AXCP isə Əbülfəz Elçibəyin namizədliyi üzərində dayanmışdı və bu iki partiya bir-birinə güzəştə getmədiyi üçün baykot rolu tutdular. AMİP isə hesab etdi ki, bu boykot heç bir nəticə verməyəcək və seçkilərə qatıldı. 
Həmin seçkilərdə Etibar bəyin uğurunu, keçirilən mitinq və görüşləri də yəqin ki, xatırlayırsız. Sonrakı dövrdə həmin seçkilərlə bağlı əksər müxalif partiyalarının sədrləri seçkilərdə boykot taktikasından istifadənin yanlış olduğu və Etibar Məmmədovun seçkilərdə iştirakının düzgün atdım olması ilə bağlı fikir bildiriblər. Çünki məhz həmin seçki kampaniyasının nəticəsində cəmiyyətdəki ruh düşkünlüyü aradan götürüldü, ictimai fəallığa nail olundu, qorxu xofu götürüldü və vətəndaşlarda hakimiyyətin toxunulmaz olması ilə bağlı mif aradan qaldırıldı. İndi siz deyin seçkilərdə iştirak edib hakimiyyəti ən sərt şəkildə tənqid etmək, 30-dan artıq rayon və şəhərdə mitinqlər keçirib hakimiyyətin yarıtmaz siyasətini tənqid etmək hakimiyyət siyasətinə qulluq etməkdir, yoxsa Sərdar Cəlaloğlu da daxil olmaqla əksər müxalifət partiyalarının Etibar Məmmədovu hakimiyyətlə mübarizədə tək qoyması? Necə olur ki, Etibar Məmmədovun seçkilərdə iştirakı, rayon- rayon gəzib hakimiyyətin siyasətini tənqid etməsi, seçkidən sonra AMİP-in saxtakarlığa qarşı təkbaşına mübarizə aparması, üzvlərinin həbs olunması hakimiyyətin maraqlarına cavab verir amma Sərdar Cəlaloğlunun tək bir görüş və mitinq keçirmədən 2013-cü il prezident seçkilərində iştirakı və sonra da saxtakarlıqla bağlı tək bir aksiya belə keçirməməsi, məhkəməyə belə müraciət etməməsi müxalif mövqe hesab olunur?
Sərdar Cəlaloğlu müsahibəsində Etibar Məmmədovu 2003-cü il Prezident seçkilərində İsa Qəmbərə güzəştə getməməkdə və bununla da müxalifətin seçkidə vahid namizədlə iştirakına mane olmaqda da ittiham edir. Tam məsuliyyəti ilə deyirəm ki, həmin birliyin alınmamasının əsas səbəbkarlarından biri də elə Sərdar Cəlaloğlu olub. Həmin seçkilərdə AXCP Etibar Məmmədovun namizədliyini müdafiə etməklə bağlı qərar qəbul etmişdir. Rəsul Quliyev kimin namizədliyini müdafiə edəcəyi ilə bağlı rəsmi mövqe bildirməsə də adı çəkilən 3 partiyanın namizədini dəstəkləyəcəyini və hər hansı vəzifə tutmaq niyyətində olmayacağını bildirmişdi. Seçkilərə bir neçə gün qalmış Etibar Məmmədov, Əli Kərimli, İsa Qəmbərin görüşü olur və həmin görüşdə Etibar Məmədov namizədliyini İsa Qəmbərin xeyrinə götürməklə bağlı qərar verir və qərara alınır ki, İsa Qəmbərin prezidentliyi halında Etibar Məmmədov ölkənin baş naziri postunu tutsun.  Görüş gecə olduğu üçün səhər tezdənə partiya üzvlərinin və təşkilat sədrlərinin də qərarla tanış olması üçün AMİP-də Siyasi Şura və Bakı təşkilat sədrlərinin iclası çağırılır. İclasda iştirak edənlərin əksəriyyətinin Etibar bəyin qərarı ilə razılaşmadığına baxmayaraq Etibar bəy artıq söz verdiyini və qərarından dönməyəcəyini bildirir. Lakin elə iclas gedə-gedə Qurban Məmmədov AMİP qərərgahına gəlir və səhərə yaxın Rəsul Quliyevlə İsa Qəmbər arasında saziş bağlandığını deyir. Məlum olur ki, 3 partiya liderinin görüşündən sonra Sərdar Cəlaloğlu tez-tələsik saziş mətni hazırlayır. Rəsul Quliyevə çatdırır ki, guya üç partiya ondan xəbərsiz artıq hakimiyyət bölgüsü aparıblar. Bindan sonra Rəsul Quliyevin baş nazir olması şərtilə İsa Qəmbər və Rəsul Quliyev arasında saziş imzalanır. Bu məlumatı əldə etdikdən sonra Etibar Məmmədov dərhal İsa Qəmbərlə əlaqə saxlayır. O isə bildirir ki, məsələ Musavat divanında müzakirə olundu və divan üzvləri Etibar bəyin təklifləri ilə razılaşmadığı üçün o Rəsul Quliyevlə saziş imzalandı. Göründüyü kimi, 2003-cü ildə müxalifətin seçkilərdə vahid namizədlə iştirak etməməsinin səbəbkarı da Etibar Məmmədov olmayıb. Mən sənə əl uzadıram, sən əlimi itələyirsən sonra da məni günahkar çıxarırsan ki, niyə məni müdafiə etmədin. Rəsul Quliev də dəfələrlə öz müsahibələrində həyatında iki dəfə çox ağır nəticələr verən səhvə yol verdiyini və bunlardan birinin də 2003-cü ildə İsa Qəmbərin namizədliyini separat şəkildə dəstəkləmək olduğunu bildirib. Separat şəkildə dəstəkləmək ifadəsi də mənə yox Rəsul Quliyevə aiddir. İnanmayanlar varsa müraciət etsinlər mən həmin videoçıxışın linkini təqdim edim. Ən maraqlısı isə budur ki, Sərdar Cəlaloğlu da və ümumiyyətlə bu məsələ ilə bağlı AMİP-i ittiham edən digər siyasilər də məsələnin məhz bu şəkildə olduğundan xəbərdardırlar. Amma bütün bunlara baxmayaraq ictimaiyyəti çaşdırmaqda və Etibar Məmmədovun ünvanına ittiham səsləndirməkdə davam edirlər. 
Rəşad bəy həmçinin o da bildirilir ki, Etibar Məmmədov artıq 15 ildir kənara çəkilib və məsələlər artıq klüminasiya həddinə çatdığı anda yenidən meydanlara qayıtmaq istəyir. 

Bir daha təkrar edirəm ki, Etibar Məmmədov heç vaxt siyasətdən kənara çəklməyib. Sadəcə AMİP sədrliyindən istefa verərək siyasi prosesslərə rəhbərlik etməkdən kənarda dayanıb. Qurban Məmmədovun 2012-ci il 11 dekabrında verdiyi müsahibədən bir sitat gətirmək istəyirəm. Qurban bəy deyir ki: “Etibar Məmmədovun siyasətlə məşğul olmadığını demək siyasətdən xəbərsizlikdir. Etibar Məmmədov adı, varlığı ilə siyasətin içərisindədir. Biləsiniz ki, Azərbaycan siyasətində bir çox məsələləri də Etibar Məmmədovun mövqeyi müəyyənləşdirir. Onunla razılaşırlar, məsləhətləşirlər və s. Hesab edirəm ki, Etibar Məmmədov da son 20 ildəki öz siyasi fəaliyyəti ilə Azərbaycan xalqının lideri olmağa hazır şəxslərdən biridir”. 
İndi sual vermək istəyirəm. Bu 15 ildə siz nə etmisiz? Konkret Sərdar Cəlaloğlunun bu 15 ildəki fəaliyyəti nədən ibarət olub? Kitab yazıb satmağından danışmıram. Siyasi fəaliyyətdən gedir söhbət. Ayrı-ayrı internet televiziyalarda çıxış etməkdən və müsahibə verməkdən başqa nə etmisən? Sənin bu 15 ildə verdiyin bütün müsahibələrin oxunma sayı və çıxışlarının baxış sayı üst-üstə 200 min etmir. Etibar Məmmədovun bu və ya digər məsələ ilə bağlı təkcə 3 çıxışının baxış sayı 200 mindir. Bu 15 il ərzində AMİP-in də keçirdiyi tədbirlərin siyahısına baxın ADP-nin də. Sual olunur axı sənin fəaliyyətin AMİP-in fəaliyyəti ilə nə ilə seçilib ki, sən özünü müxalifət AMİP-i isə qeyri müxalifət hesab edirsən. 
Ən təhlükəlisi isə Sərdar Cəlaloğlunun AMİP və Etibar Məmmədovun ünvanına dedikləri deyil. Ən təhlükəlisi yenə də hər il olduğu kimi millətin başının altına yastıq qoyub “prosesslər artıq klüminasiya nöqtəsinə çatıb” deməkdir. Nədir o klüminasiya nöqtəsi Sərdar Cəlaloğlu? Niyə xalqda hər şey artıq həll olunub fikrini formalaşdırmağa çalışırsan. Əksinə xalqı mübarizəyə və fəallığa səsləməkdənsə hər şeyin artıq həll olunduğu fikrini formalaşdırmaqla nəyə xidmət edirsən? Etibar Məmmədovu müxalifətin birliyini pozmaqda ittiham edənlər, o artıq 15 ildir ki, sizlərə meydan verib. Bəs niyə birləşə bilmirsiz?

- Rəşad bəy, qayıdaq bu günki prosesslərə. AMİP-in təşəbbüsü ilə siyasi islahatlar paketinin hazırlanması da hakimiyyətə dəstək kimi qiymətləndirilir.  

- Əvvəla onu deyim ki, bu məsələ ilə bağlı hazırlanan ilk işçi layihənin müəllifi mən olmuşam. Həmin sənəddə də, sonradan Pənah bəyin əlavələrində də, görüşdüyümüz partiya sədrlərinin təkliflərində də hansılar ki, həmin sənədə əlavə olunub hakimiyyətin apardığı islahatların dəstəklənməsi ilə bağlı hər hansı bir cümlə olmayıb. Əksinə bildirilib ki, siyasi islahatlar aparılmadan hər hansı bir islahatın aparılmasının mənası yoxdur və hansı islahatların aparılmalı olduğu o sənəddə öz əksini tapıb. Həmin sənəddə siyasi məhbus problemi, sərbəst toplaşmaq azadlığı ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılması, proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılmasından tutmuş seçki məcəlləsinə dəyişikliklər və demokratik seçki mühitinin yaradılması ilə bağlı bir sıra məsələlər öz əksini tapıb.

- Hansı partiyalarla görüşmüşdüz?

- Bu platformanın təşəbbüskarları olan AMİP, AXP və BAP sədrləri bir çox siyasi partiyalarla görüşlər keçirmişdi. Konkret mənim iştirak etdiyim və təkliflərini dinlədiyim partiyaları soruşursuzsa Müsavat başqanı Arif Hacılı, Ədalət partiyasının sədri İlyas İsmayılov, VHP sədri Sabir Rüstəmxanlı, ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Fəttayev, BAXCP sədri Qüdrət Həsənquliyev, BQP sədri Fazil Mustafa, MDHP sədri Fərəc Quliyevlə görüşləri deyə bilərəm.

- Sərdar bəylə görüşdə də iştirak etmisiz?  

- Bəli, Sərdar Cəlaloğlunun kabinetində keçirilən görüşdə də iştirak etmişəm və Sərdar bəyə də sənədin mahiyyəti ilə bağlı məlumat vermişəm. Sərdar bəy də bildirib ki, bu hakimiyyətin islahat keçirmək niyyəti yoxdur ona görə də hər hansı təkliflərlə bağlı tədbir keçirməyə də ehtiyac yoxdur. Bu gün yenə də eyni mövqedə dayanaraq AMİP-i tənqid edir. Amma bir nəfər soruşmur ki, əgər islahatlarla bağlı təklif vermək hakimiyyətin dəyirmanına su tökməkdirsə o zaman ayın 11 də Fəzail Ağamalının təşkilatçılığı ilə keçirilən tədbirdə imzaladığın sənəd nə idi? Həmin sənədin 3-cü bəndini olduğu kimi qeyd etmək istəyirəm. “Ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayırıq”. Yenə də sual olunur, necə olur ki, AMİP siyasi islahatların keçirilməsini tələb edəndə hakimiyyətin sifarişini yerinə yetirmiş sayılır amma Sərdar Cəlaloğlu islatları dəstəkləyəcəyik yazılan sənədə imza atanda müxalifət mövqe nümayiş etdirmiş olur? Məntiq hardadır?

- Bu platformada çıxış edənlərin parlament seçkilərində yer alacağını deyənlər də var.

- Baxın, AMİP zaman-zaman ölkədə keçirilən bütün ranqlı seçkilərdə iştirak edib. 1992-ci ildə Etibar Məmmədov namizədliyini geri götürərək faktiki olaraq Əbülfəz Elçibəyə güzəştə gedib, 2003- cü ildə isə İsa Qəmbərin xeyrinə namizədlikdən imtina edib və yalnız İsa bəyin bu dəstəkdən imtinasından sonra seçki kampaniyasını bərpa edib. 1990-1995-ci illərdə AMİP Parlamentdə 3 millət vəkili ilə, 1995-2000-ci illərdə millət vəkilləri Gülnarə Qurbanova və Cəbrayıl Əhmədov da AMİP-ə qoşulması ilə 5 millət vəkili ilə təmsil olunub. 2000-ci ildə keçrilən parlament seçkilərində AMİP-in iki namizədi Salyan rayon təşkilatının sədri Rüfət Ağalarov və Ağdaş rayon təşkilatının sədri Hidayət Qulamov deputat mandatı əldə ediblər. Amma digər partiyalardan fərqli olaraq AMİP həmin seçkilərin nəticələrini tanımayıb, adı çəkilən şəxslər də parlamentin işində iştirakdan imtina etmədikləri üçün partiyadan xaric olunublar. 2005-2010-cu illər ərzində də AMİP dolayısı ilə parlamentdə təmsil olunub. Çünki həmin illərdə millət vəkili olan Vahid Əhmədov və Əli Məsimlinin hər ikisinin namizədliyi məhz AMİP tərəfindən irəli sürülmüşdü. AMİP başqaları ilə müqayisədə Parlamentdə təmsil olunmağın yolunu kimlərləsə separat danışıqlarda  görmür. Əgər “Köklü islahatlarla dəyişikliklərə dogru” platformasında iştirak edənlərin Parlamentdə təmsil olunacağını deyənlər özləri buna inansaydılar inanın ki, bizimlə birgə olmaq üçün çoxdan qaça-qaça yanımıza gəlmişdilər.

- Bundan sonrakı dönəmdə AMİP-in ADP ilə hər hansı bir şəkildə əməkdaşlığı mümkündürmü?

- AMİP-in heç vaxt hər hansı bir müxalifət partiyası ilə və ya onun sədri ilə problemi olmayıb. Problemlər və ittihamlar həmişə başqaları tərəfindən edilib və yalnız bundan sonra onlara cavab vermək məcburiyyətində qalmışıq. Elə Sərdar Cəlaloğlunun misal gətirdiyi 2003 prezident seçkilərində də onların namizədlinin qeydə alınması üçün keçirilən bütün aksiyalarda iştirak edən və dəstək verən tək partiya AMİP olub. Malakan bağında olan aksiyalardan birində polis tərəfindən şəxsən mənim başımın yarıldığını, 15-dən artıq AMİP gənclərinin saxlanılaraq polis bölməsinə aparıldığını Sərdar Cəlaloğlu da yaxşı bilir. Bilmirsə müavini Həsrət Rüstəmovdan və ya hal-hazırda İsveçdə yaşayan və həmin vaxt ADP sədrinin müavini olmuş Natiq Cəbiyevdən soruşsun. AMİP heç vaxt hər hansı bir müxalifət partiyasının sədri ilə bağlı kampaniyada iştirak etməyib. 
Azərbaycanda bütün mətbuat səhifələrində və sosial şəbəkələrdə Sərdar Cəlaloğlunun hakimiyyətdən ayda 10.000 dollar alması ilə bağlı silsilə müsahibələr və yazılar gedəndə də nə AMİP rəhbərliyinin nə də partiyanın hər hansı bir sıravi üzvünün bir yerdə olsun belə bu məsələ ilə bağlı fikirlərinə, status və ya şərhlərinə rast gəlmərsiniz. ADP-də şəxsən tanıdığım və hörmət etdiyim insanlar var və onların bu və ya digər məsələyə münasibətlərinə də hörmətlə yanaşmışam. Elə 4 gün öncə ADP sədrinin müavini Tailiyyət Əliyev AMİP lideri Etibar Məmmədovun aktiv siyasətə qayıtması ilə bağlı suala cavab verərkən sədrindən fərqli olaraq belə bir addımın müxalifətin güclənməsinə təkan verəcəyini və Etibar Məmmədova inanan kifayət qədər sayda insanların da aktivləşməsinə gətirib çıxaracağını deməsi saglam məntiqin nətcəsidir. Bu gün AMİP-i 1993, 1998, 2003-cü illərdəki mövqeyi ilə bağlı tənqid edən Sərdar bəyin yadına isə 2005-ci ilin aprel ayında Etibar bəylə bağlı dediyi fikirləri xatırladıram: “Etibar Məmmədovun keçdiyi həyat yolu və fəaliyyəti prezidentlərə məxsus bir yoldur.Təəssüf ki, Azərbaycanda hələ Etibar bəyə layiq olduğu qiymət verilməyib. Amma mən inanıram ki, zaman gələcək və Etibar bəy layiq olduğu postda təmsil olunacaq”.  
Oxşar xəbərlər
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi