Fizuli Məmmədov: “Özgə dəyirmanına su tökənlər bizim diqqətimizi çəkə bilməz”
Oxunub: 1696
16 May 2019 | 22:00
Fizuli Məmmədov:  “Özgə dəyirmanına su tökənlər bizim diqqətimizi çəkə bilməz”
Moderator.az yeni yaranan Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun musavat.com-a müsahibəsini təqdim edir:
 
- Fizuli müəllim, aprelin 27-də sizin təşəbbüsünüzlə yaradılan Rusiya Azərbaycanlıları İttifaqının ilk qurultayına hazırlıq prosesi necə gedir?
 
- Düşündüyümdən daha sürətli. Uzun illər Rusiya paytaxtında, eləcə də federasiya subyektlərində yaşayan çox nüfuzlu soydaşlarımızdan dəstək almışıq. Biz xoş niyyət ortaya qoyduq, geniş tərkibli forum keçirdik, həm ağsaqqalları, həm gəncliyi, həm Rusiya ictimaiyyətinin tanınan simalarını dəvət edərək, sağlam müzakirələr apardıq, mövcud problemlər səsləndirildi, uzun müddət diaspor təcrübəsi olan alimlərimiz tərəfindən təhlillər aparıldı bir sözlə şəffaflıq üçün nə mümkün idisə, hamısını etdik. Həmin forumda çıxış edənlər dəfələrlə belə bir fikir səsləndirdilər ki, ən böyük diasporumuz yaşayan Rusiyada bütün soydaşlarımızın maraqlarına cavab verən, millətimizi bir araya gətirən, geniş spektrli quruma ehtiyac var, eyni zamanda var olan diasor qurumları həmin qurumlara rəhbərlik edən 1-2 şəxsin iradəsinə tabedir və orada hər hansı kollegial müzakirədən, ortaq qərarlardan söhbət gedə bilməz. Bir-biri ilə davamlı münaqişə halında olan bu qurumlarla biz güclü diaspor yarada bilmərik. Soydaşlarımızın çoxu bizim təşəbbüsümüzü mərkəzləşmiş və sistemli şəkildə Rusiyada vahid Azərbaycan diasporun yaradılması üçün son şans kimi dəyərləndirdilər. Açığı mən də prosesə belə baxıram. Gerçəkdən də biz bu gün Rusiyadakı bu qədər ciddi potensialı olan icmamızı bir araya gətirə bilməsək, gələcəkdə bu dağınıqlığı aradan qaldırıb güclü təşkilat yaratmaq çox çətin olacaq. Aprelin 27-də keçirilən forumda bildirdim ki, düşüncəmizdəki diaspor modeli şəffaf, müzakirələ açıq, konkret dairələrin deyil, milli maraqlarımızın qorunmasına xidmət edən, çevik, soydaşlarımızı narahat edən məsələlərə zamanında reaksiya verən mütəqil qurumdur. Biz belə bir təşkilat yaratmaqla Rusiyada dağınıq halda olan kiçik diaspor qurumlarını da, indiyə qədər qurumlar arasındakı gərginliklərdən yorulub ictimai işlərdən uzaqlaşan nüfuzlu şəxsləri də bir yerə toplamaq istəyirik. Dediyim kimi, ötən 20 günə yaxın müddətdə diaspor təşkilatlarından, Rusiyanın dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində təmsil olunan yüksək potensiala malik yüzlərlə soydaşlarımızdan dəstək almışıq. Sıralarımız hər keçən kün dahada genişlənir, maraqlı təkliflər, təşəbbüslər səsləndirilir. Ümid edirəm, qurultaya qədər dəstəklər daha da genişlənəcək, biz Rusiya Federasiyasının bütün bölgələrində təmsil olunacağıq. Hüquqi prosedurlara da xüsusi həssaslıqla yanaşırıq. Rusiya Federasiyasının ən məşhur vəkilləri ilə çalışırıq. Nizamnamə, Məramnamə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun hazırlanır. Düşünürəm ki, Rusiya dövləti öz vətəndaşlarının qanun daxilində icma birliyi yaratmasını müsbət qarşılayacaq.
 
- Azərbaycandan sizin təşəbbüsünüzə reasksiyalar necədir?
 
- Biz bu qurumu Rusiyada, Rusiya vətəndaşı olan azərbaycanlılar üçün yaratdıq. Fəaliyyətimiz də əsasən Rusiyaya sərhədləri daxilində olacaq. Çünki diaspor fəlsəfəsinin əsasında məs bu dayanır. Çox təəssüf, dünyanın müxtəlif ölkələrindəki bəzi diaspor qurumları icma fəaliyyətinin bu prinsipinə cavab vermir və bu səbəbdən nə Azərbaycanın tanıdılmasına, nə icmanın güclənməsinə xidmət etmirlər. Biz klassik mənada bir qurum yaratdıq ki, yaşadığımız dövlətdə öz mədəniyyətimizin təbliğinə, ölkəmizin tanıdılmasına, Rusiya Azərbaycan münasibətlərinin daha üst səviyyəyə iyüksəlməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət etmək istəyirik. Sözsüz, Azərbaycanın prosesə baxışı da bizim üçün önəmlidir. Hamımıza bəllidir ki, Azərbaycan diasporu yeni mərhələyə uğurla irəliləyir, dünyanın istənilən ölkəsində sağlam, güclü diaspor qurumlarımızın yaradılması Azərbaycan dövlətinin əsas siyasətidir. Fikrimcə, Rusiya Azərbaycanlıları İttifaqı bu mənada gözləntiləri doğruldacaq.
 
- Siz iş dünyasının tanınan şəxslərindənsiniz, eyni zamanda Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidentisiniz. Belə geniş spektrli fəaliyyəti necə uzlaşdırırsınız?
 
- Bu işlər bir-birini inkar etmir. Əksinə, hər biznes uğurum Vətənimə, millətimə dəstək olmaq imkanlarımı genişləndirir. Mənimçün biznesimin stimulu da elə budur. İndi Türkiyədəyəm. Rəhbərlik etdiyim Dünya Azərbaycanlıları Mədəniyyət Fondu İstanbulda Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşlarda sağlamlığını itirən bir neçə qazimizin müalicəsini üzərinə götürüb. Qazilərimiz ailə üzvləri ilə buradadırlar. Onları ziyarət etmişik, həkimlərilə danışmışıq.

fab4ba93-fd3f-46a5-94b9-4203ad399bf0.jpg
Fizuli Məmmədov İstanbulda müalicə etdirdiyi qazimizlə

Qazilərimizin sağlamlığı üçün nə bacarırıqsa, əsirgəməyəcəyik. Çünki onlar bizim hamımız üçün müqəddəs olan Vətən uğrunda sağlamlıqlarını itiriblər. Şəhidlərimizin ailələrinin, qazilərimizin yanında olmaq hər bir azərbaycanlının borcudur. Etiraf etməliyəm ki, bu gün Azərbaycan dövləti mərhələli şəkildə bu qəbilədən olan insanların sosial problemlərini həll edir, onların qayğısına qalır. Bu addım təqdirəlayiqdir. Azərbaycan cəmiyyəti bir an belə onları unutmadığını göstərməlidir. Vətənin bütövlüyü üçün ölümün gözünə dik baxan qardaşlarımızın döyüş hekayələrini dinlədikcə mənsub olduğum xalqımla fəxr edirəm. Zaman bizi müvəqqəti məğlubiyyətə uğradıb, ancaq mən qəti şübhə etmirəm ki, bu cür qəhrəman oğlulları olan ölkə bir gün Ali baş komandanın əmri ilə ərazi bütövlüyünü bərpa edəcək. O oğulların ürəyindəki Vətən sevgisi, torpaq məhəbbəti bizim hamımıza örnəkdir. Bu ağır sağlamlıq durumlarında belə onların fikri Qarabağda, işğal altında olan torpaqlarımızdadır. Belə qəhrəman qardaşlarımızı tanıdıqca, dünyanın bütün intriqaları, bütün mübahisələri insanın gözündə cılızlaşır, insan yalnız böyük ideyalar, böyük amallar haqqında düşünür. Bir daha deyirəm Azərbaycan dövləti şəhid, qazi ailələrinə böyük dəstək verir. Mən də hər zaman qəhrəman Azərbaycan əsgərinin yanında olmağa hazıram.
 
- Fizuli müəllim, intriqalardan söz düşmüşkən, Rusiya Azərbaycanlıları İttifaqının yaradılması prosesini dəstəkləyənlər kimi, pozmağa çalışanlar da oldu. Jurnalist Fuad Abbasov bu prosesdə xeyli seçildi. Nədir məqsəd? Pozuculuqla məşğul olanlar sizcə, eyni mərkəzdən idarə olunur?
 
- Biz açıq şəkildə Rusiya azərbaycanlılarının maraqlarına xidmət edən qurum yaratdığımızı bildirir, bunun üçün konkret addımlar atırıqsa, buna qarşı gələn qüvvələr sözsüz ki, düşmən dəyirmanına su tökənlərdir. Onlar oynadıqları rolla bizim diqqətimizi çəkə bilməzlər. Fuad Abbasov Rusiyada basqı ilə üzləşəndə bir azərbaycanlı kimi hər kəsdən öncə açıq şəkildə ona çox ciddi dəstək vermişəm. Bu haqda açıqlamalarımız da olub, məsələyə yenidən qayıtmaq istəmirəm. Zaman göstərdi ki, özünün də ifadə etdiyi kimi, Fuad Abbasov reytinqi, biz isə xalqımız üçün çalışırıq. Bizim adını çəkdiyiniz şəxslə heç bir ortaq dəyərimiz yoxdur ki, hər sözünə fikir bildirim. Reytinq naminə səsləndirdiyi iddialar o qədər boş, o qədər mənasız, o qədər absurddur ki, cavaba da lüzum görmürəm. O, bir şəkildə proseslərin iştirakçısı olmağa çalışır, ancaq sadə bir səbəbi unudur ki, Azərbaycan vətəndaşıdır, Rusiya qanunları ona iddia etdiyi səviyyədə icma fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Fərq qoymadan hər bir azərbaycanlıya qarşı həssas olduğumu məni tanıyanlar çox yaxşı bilir. Bu gün böyük bir coğrafiyada yerləşən Rusiya Federasiyasında yaşayan soydaşlarımızı rəhbəri olduğum öz təşkilatımda birləşmək istəyirəmsə, hər düşüncədə, hər sosial statusda olan insanlara açıq olmalıyam.

386554ff-f300-4f2a-aefd-8be009ac37cc.jpg
Fuad Abbasovun Fizulu Məmmədovla anlaşdığı görüşdən fraqment

Rusiya Azərbaycanlıları İttifaqının təsis konfransından sonra dostlarımızın istəyi ilə Fuad Abbasovla görüşdüm. Baxmayaraq ki, bir gün öncə konfransın baş tutmaması üçün anti milli ünsürlərlə bir sırada duran bu şəxslə görüşdük. Fikirlərimi hər kəsin yanında ona bir daha bildirdim. Həmin masada əyləşən hər kəsə bəlli oldu ki, onun məqsədi yalnız birlik prosesini pozmaqdır. Rusiyanın başqa regionlarından gələn təşkilat rəhbərlərinin yanında forum və RAİ nin yaranmasının tarixi hadisə olmasını alqışladı və bizi RAİ- nin yekdilliklə təşkilatın prezidenti seçilməyimizi təbrik etdi. Və həmin gün onun tərəfindən müsbət fikirlər səsləndirildi. Bir neçə gün sonra nə oldusa yenidən öz ampulasına döndü...Bilirsiniz ona belə bir tapşırıq verənlər, məncə, düzgün seçim etməyiblər. Belə hərəkətləri ilə o, əslində özünü hər kəsdən təcrid edir. Seçim onundur. Bu gün bir, sabah başqa diaspor rəhbərini hədəf almaqla reytinq toplamaq milli məsələyə nə qədər xidmət sayıla bilər, normal düşüncə ilə bunu anlamaq mümkün deyil. Bildiyim qədərilə, Fuad Abbasov rəsmi olaraq heç bir media qurumu ilə əməkdaşlıq etmir, Rusiyada yaşamaq müddəti bitir. Necə deyərlər, bu gün var, sabah yox. Rusiyada yaşayan azərbaycanlılar dedi -qoduları bir tərəfə buraxaraq doğru qərar verib. 30 ildir diaspor fəaliyyəti ilə məşğulam, təkcə Rusiyada yox, Avropa, Asiya ölkələrində Azərbaycan dövlətinin, mədəniyyətinin təbliği, soydaşlarımıza ən müxtəlif məsələlərlə bağlı dəstək verilməsi mənim illərdir həyat tərzimə çevrilib. Bu 30 ildə qarşımıza saysız fuadabbasovlar çıxıb. Bu gün onların heç biri yoxdur. Biz isə öz yolumuzda, öz əqidəmizdə - dövlətimizin, millətimizin yanındayıq. Yeri gəlmişkən, bir daha Rusiyada yaşayan soydaşlarımızı Rusiya Azərbaycanlılar İttifaqında birləşməyə çağırıram. Əmin olsunlar ki, biz sağlam bir platforma yaratmışıq və yaşadığımız ölkədə söz sahibi olmağımız bu platformaya verilən dəstəkdən çox asılıdır. Zamanla hər kəs şahid olacaq ki, bu qurum Fizuli Məmmədovun yox, Rusiyada yaşayan bütün azərbaycanlıların təşkilatıdır.
Oxşar xəbərlər
15:17, Bu gün
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:43, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 15:25
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
17 May 2024 | 15:38
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 15:25
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
17 May 2024 | 15:38
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI