“Uşaq pullarının bərpasına ehtiyac var”
Müsahibə
Oxunub: 1528
14 Nov 2018 | 17:47
“Uşaq pullarının bərpasına ehtiyac var”

Moderator.az xəbər verir ki, millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az" müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

 

- İllərdir həlli düyünə düşmüş Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı düşüncələriniz maraqlıdır. Bu prosesin sonu necə olacaq ?

 

- Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi düşüncəsi illər boyu aparılmış olan anti-Azərbaycan, anti-türk siyasətinin məntiqinə söykənir. Ermənistanda uşaq anasının laylasını başa düşdüyü andan bu təbliğat aparılır. Evdən , ailədən başlayaraq, bağçalar, orta və ali məktəblər, cəmiyyətin bütün institutlarına qədər bu təbliğat davam etdirilir. Ermənistan cəmiyyəti, ermənilər 7-dən 70 -ə, fəhləsindən tutmuş dövlət xadiminə qədər bu xəstəliyə tutulublar. Bu işğalçı düşüncəni beyinlərindən çıxara bilmirlər. Təəssüflər olsun ki, XVIII əsrdən üzü bəri onların anti-Azərbaycan mövqeyinə qarşı ciddi müqavimət göstərmək imkanlarımız olmayıb. Rusiya imperiyası buna mane olub. Sovet İttifaqı dövründə Ermənistana və ermənilərə böyük imkanlar yaradılıb. Bunun əksinə olaraq Azərbaycan tamamilə çətin vəziyyətə salınıb. Tarixdən də məlumdur ki, bizim həmin dönəmdəki siyasi rəhbərlərimizin iradəsi olmasa idi, Azərbaycanın daha böyük ərazisi Ermənistan ərazisi kimi tarixə düşə bilərdi. Söhbət Nəriman Nərimanovdan gedir. Lakin ulu öndər Heydər Əliyevin zamanında bütün bunların qarşısı alındı. Əfsuslar olsun ki, 1980-ci illərin sonunda Sovet İttifaqının dağılması prosesi başlananda Azərbaycanın siyasi hakimiyyəti çox passiv hərəkət etdi. Və eyni zamanda dünyada gedən proseslər, Azərbaycanda hakimiyyətdə olanların anti-milli mövqeyi və səriştəsizliyi torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Amma indi zaman dəyişib, Azərbaycan inkişaf edib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli dövlətimizin yaradılması, iqtisadiyyatımızın əhəmiyyətli dərəcədə tərəqqisi, hərbi quruculuqda əldə olunan nailiyyətlər, siyasi cəmiyyətimizin dözümlülüyü istiqamətində atılan ciddi addımlar , Azərbaycan xalqı ilə Azərbaycan rəhbərliyi arasındakı möhkəm birlik, Azərbaycan prezidentinin müdrik və çevik xarici siyasəti ölkəmizin dünya miqyasındakı nüfuzu vəziyyəti tamamilə dəyişib. Ermənistanda 20 ildən çox hakimiyyətdə olan kriminal xunta rejimi iflasa uğradı. Ölkə başçımızın söylədiyi kimi bu iflas həm də Ermənistanın işğalçı siyasətinin iflası oldu. Azərbaycan Prezidentinin bu fikirləri çox doğru dəyərləndirmədi.

 

- Son proseslər göstərir ki, Ermənistanın indiki baş naziri Nikol Paşinyan da işğalçı siyasəti davam etdirmək istəyir...

 

- N.Paşinyan dilettant siyasətçidir. O, uzaqgörən deyil. Bu gün dediyini sabah inkar edir. Sabah dediyini bir neçə gün sonra təkzib edir. Bu adamın nə edəcəyini proqnozlaşdırmaq çətindir. Çünki o dərin adam deyil. Xalqın xunta rejiminə qarşı narazılığından istifadə edərək küçədən hakimiyyətə gələn adamdır. Düşünürəm ki, hətta N.Paşinyan problemin sülh yolu ilə həllinə meyl göstərsə də, Ermənistan cəmiyyəti buna hazır deyil. Bu mənada əgər Paşinyan istəyirsə ki, Ermənistan dövlətçiliyini xilas etsin, bunun yolu Azərbaycanın işğal olunmuş torpaqlarını boşaltmaqdan keçir. Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər Azərbaycan və Türkiyə tərəfindən blokada şəraitində saxlanılacaq. Və bu halda separatçı ölkənin gələcəyi olmayacaq. Paşinyannın kifayət qədər siyasi dərinliyi olsa, o parlament seçkilərindən sonra , baş nazir seçilərsə, özündə cəsarət tapıb Ermənistan cəmiyyətinə deməlidir ki, qarşımızda iki yol var: ya biz bu işğalçı siaysəti davam etdirib, Ermənistan dövlətini iflasa aparmalıyıq, ya da Azərbaycanla kompromisə gedib, işğal etdiyimiz Dağlıq Qarabağı və onun ətrafındakı torpaqları boşaltmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınmalıdır. Paşinyan Ermənistan cəmiyyətini bu istiqamətdə hazırlasa, ola bilsin ki, problem sülh yolu ilə həll olunacaq. Əgər bu yol alınmasa, Azərbaycan qısa zaman kəsiyində bu prosesi izləyərək, öz qəti sözünü deməlidir. Mənə belə gəlir ki, indiki Ermənistan cəmiyyətinin aqressivliyi məsələnin hərbi həlli yolla tənzimlənməsini sürətləndirir. Döyüş başlayarsa, sözsüz ki, qalib Azərbaycanın qəhrəman Milli Ordusu olacaq.

 

- Son zamanlar Azərbaycan - Rusiya yaxınlaşmsına dair müxtəlif şərhlər və ya fikirlər sələndirildi. Kimi bunu müsbət dəyərləndirdi, kimi isə "Azərbaycan öz nicatını Rusiyada axtarmalı deyil" kimi yanaşma sərgiləyərək buna etiraz etdi. Siz necə düşünürsünüz ?

 

- Azərbaycan - Rusiya münasibətləri tamam başqa müstəvi - bir-birinin daxili işlərinə qarışmamaq, suverenliyini təhdid etməmək və bərabər hüquqlar çərçivəsində yüksək səviyyəli əməkdaşlıqlar qurmaq üzərində formalaşıb. Bu prinsipin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırkı ölkə başçımız İlham Əliyev də bu prinsipləri çox uğurla davam etdirir. İ.Əliyev o prinsipləri yeni çalarlarla zənginləşdirib. Rusiya dünyanın fövqəldövlətlərindən biridir. Kimin nə deməyindən asılı olmayaraq Moskva ilə münasibətlərin normal şəkildə qurulması Azərbaycan üçün çox vacibdir. Bir yandan Rusiya bizim güclü qonşumuzdur, digər yandan Bakı ilə Moskva arasında iqtisadi-ticari əlaqələr mövcuddur. Nəzərə alsaq ki, Rusiyanın çox böyük önəm verdiyi "Şimal-Cənub Nəqliyyat Dəhlizi" Azərbaycandan keçir. Rusiya bu dəhliz vasitəsilə isti dənizlərə çıxmaq şansı qazanır. Təbii ki, burada Azərbaycanın da maraqları var.

 

- ...Amma Azərbaycan torpaqlarının işğalında, soydaşlarımıza qarşı törədilən soyqırımılarda Rusiyanın "əl"inin olmasını da danmaq olmaz. Buna dair kifayət qədər tarixi faktlar, sübutlar və dəlillər var...

 

- Ermənistanın işğalçılıq siyasətinə qarşı vaxtilə Rusiyanın çox ciddi və əsaslı köməyi dəyib. Məhz Yeltsin Rusiyasının hərtərəfli yardımı ilə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Əslində bu işğalda şimal qonşumuzun hərbi potensialı, hərbi-texniki dəstəyi əsas rol oynayıb. Bu gün də Ermənistanda Rusiyanın iqtisadi mövqeləri və hərbi rıçakları güclüdür. Eyni zamanda onun Ermənistan siyasi elitasında müəyyən dayaqları mövcuddur. Biz bunları nəzərə alaraq düşünməliyik ki, əgər rəsmi Moskva rəsmi İrəvana bu və ya digər şəkildə hərbi yardım göstərməsə, onu dəstəkləməsə, Azərbaycan Milli Ordusu çox qısa zaman ərzində işğal olunmuş torpaqlarımızı azad edə bilər. Bu amili nəzərə alaraq Rusiya ilə münasibətlərimizi yüksək səviyyədə qurmalıyıq. Düşünməli deyilik ki, Rusiya XX əsrin əvvəllərində olduğu kimi Azərbaycana XII Qızıl Ordunu yeridə bilər. Mən bu fikirdə deyiləm. Ona görə ki, dünya tamam başqa dünyadır. İndi yeni imperiyaların yaradılması deyil, köhnə imperiyaların dağılması prosesi gedir. Bu gün ABŞ fövqəlbəşər dövlətdir. O dövlət heç zaman imkan verməz ki, onunla rəqabət aparacaq ikinci bir imperiya yaransın və onun strateji maraqlarına zərbə vursun. Ona görə də, bizim beynəlxlaq səviyyədə təminatımız var. Rusiya ilə münaisbətlərimizi Azərbaycanın müstəqilliyi, suverenliyi və dövlətçiliyinin qorunması şərti ilə inkişaf etdirməliyik və bundan çəkinməli deyilik.

 

- Azərbaycanda rus dilinin geniş yayılması və təbliğatı da son illərin müzakirə predimetinə çevrilib. Hətta buna dair SOS siqnalı verənlər də oldu. Bu tendensiyanın təhlükəli tərəfləri varmı və nədən ibarətdir ?

 

- Müşahidələrim və araşdırmalarıma əsasən deyə bilərəm ki, bunun başlıca səbəbi təhsillə bağlıdır. Rus bölmələrində sagirdlər daha ciddi təhsil alırlar. Onların bilik səviyyəsi, Azərbaycan bölməsində oxuyan şagirdlərdən üstündür. Bunun da öz səbəbi var. Çünki rus dilində olan tədris materialları çox zəngindir. Sovetdən sonrakı dövrdə Rusiya bəzi sahələrdə geriləsə də, bu ölkədə elmin inkişafı dayanmadı. Kitabların nəşri davam etdirildi. Dünyanın aparıcı alimləri və ədiblərinin əsərlərinin rus dilinə tərcüməsi dayanmadı. Bu mənada rus dilində olan orta məktəblər geniş məlumat bazasına malikdir. Azərbaycan bölmələrində bu cür məlumat bazası yoxdur. Apardığım müşahidələrə əsasən, rus bölməsində oxuyan 4-5-ci sinif şagirdinin elmi biliklərinin bəzi hallarda məndən çox olduğu qənaətinə gəlmişəm. Həmin şagirddən elə məlumatlar eşitmişəm ki, o məlumatlara indiyə kimi bu və ya digər kitab və KİV vasitəsində rast gəlməmişəm. İndi internet əsridir, rus dilini bilən şagirdlər internetdən bu dildə olan maraqlı və əhəmiyyətli məlumatları oxuyurlar. Bu da onların dünya görüşünü zənginləşdirir. Mənə elə gəlir ki, Azərbaycanda rus dilinə olan meylin artmasının birinci səbəbi budur. Amma əsas məqsədimiz o olmalıdır ki, azərbaycanlılar vətənpərvər ruhda böyüdülsün. Onlara Azərbaycan tarixi, ədəbiyyatı və dili yüksək səviyyədə tədris olunsun. Şagirdlər rus dilində təhsil almaları ilə yanaşı böyük Azərbaycan vətəndaşları kimi böyüdülsünlər. Millətini, vətənini, bayrağını, himnini, gerbini, dövlətini, dövlətinin başçısnı sevən vətənşadlar olsunlar. Onları dəyərləndirə bilsin. Ən əsası da Azərbaycan dilində sərbəst danışa bilsinlər.

 

- Azərbaycan dilində sərbəst danışa bilməyən, fikrini sərbəst ifadə edə bilməyən məmurlarımız da var. Görünür onlar da rus bölməsini bitiriblər və öz doğma ana dilimizə maraq göstərməyiblər...

 

-Bəli öz dilimizdə danışa bilməyən məmurlarımız var, amma elə məmurlarımız da var ki, rus bölməsində təhsil alıblar, amma Azərbaycan dilini çox yüksək səviyyədə bilirlər. Baxın, ölkə Prezidenti İlham Əliyev Azərbaycan dilini akademik səviyyədə bilir. Ölkə başçısı orta məktəbi rus dilində qurtarıb. Ali təhsilini də rus dilində başa çatdırıb. Ancaq Azərbaycan dilini akademik səviyyədə bilir. İngilis və rus dillərini də akademik səviyyədə bilir. Elə nazirlərimiz də var ki, rus bölməsini bitiriblər, lakin Azərbaycan dilində mükəmməl şəkildə danışırlar. Bununla bağlı bir önəmli məqamı qeyd edim ki, Azərbaycan dilində danışa bilməyən məmurları və uşaqları vətənpərvər olmamaqda qınamaq düzgün deyil. Əsas düşüncə və ürəkdir.

 

- Bu günlərdə Prezident İlham Əliyev dilimizin saflığının qorunmasına dair fərman imzaladı. Bu fərman dilimizin inkişafına nə kimi töhfə verə bilər ?

 

- Bu, çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan dilinin qorunub saxlanması və zənginləşməsində həmin fərman çox müstəsna rol oynayacaq.

 

-Repressiya qurbanları olan nakam şairlərimiz Mikayıl Müşfiqin və Əhməd Cavadın qalıqlarının Qaradağ rayonu Puta qəsəbəsində olmasına dair iddialar vardı. Cənab Prezident bu yöndə də göstərişlər verdi və həmin qalıqların aşkarlanması və müəyyənləşməsi ilə bağlı işçi qrupu yaradıldı. Prezidentin bu diqqətini necə qiymətləndirirsiniz ?

 

- M.Müşfiq və Ə.Cavad Azərbaycanın milli sərvətləridirlər. Təəssüflər olsun ki, sovet rejimi Hüseyn Cavid , M.Müşfiq. Ə.Cavad digər ədibləri repressiyaya məruz qoyub. Onların çoxu güllələndi, bəziləri Sibirə sürgün edildi. Beləliklə Azərbaycanda azadlıq mühiti və müstəqil fikrin formlaşamasına ciddi zərbələr vuruldu və ya maneələr yaradıldı. Adıçəkilən şirlərimizlə bağlı ölkə başçısının atdığı addım bir daha sübut etdi ki, Prezident İlham Əliyev Azərbaycanın milli dəyərlərinə, milli sərvətinə , Azərbaycan ədiblərinə çox böyük həssaslıqla yanaşır. Və dövlət başçısı kimi belə bir addımı vacib hesab etdi və buna dair işçi qrupu yaratdı. İndi həmin məsələ ilə bağlı ciddi araşdırmalar aparılır. Ümidvaram ki, araşdırmlardan sonra qalıqların M.Müşfiqə və Ə.Cavada məxsus olduğu müəyyənləşərsə, xalqımız onların dəfnində layiqli şəkildə iştirak edəcək. Ölkə prezidenti bütün sahələrdə olduğu kimi ədəbiyyat sahəsinə də böyük diqqət göstərir və bu da təqdirəlayiqdir.

 

- Bir zamanlar mövcud olan uşuq pulu məsələsi yendən gündəmə gəldi. Onun bərpası mümkündürmü ?

 

-Büdcə müzakirələrində bu məsələnin vacibliyini qeyd etdim. Birinci məsələ odur ki, uşaq dünyaya gələndə ilk olaraq onun valideynlərinə "süd pulu"adı ilə verilən yardımın miqdarı artırılmalıdır. Ən azı bu 300-500 manat səviyyəsinə qaldırılsa yaxşı olar. Digər yandan sovet dövründə uşaqpulu deyilən müavinətlər vardı. Uşaqlara pul verilirdi. Çoxuşaqlı ailələrə güzəştlər olunurdu. Hər halda 16 yaşına çatana qədər uşaqlara müəyyən miqdarda vəsaitin verilməsini bərpa etməliyik. Bu ilk növbədə ailəyə köməkdir. Həm də bu məsələ demoqrafik ölçülər baxımından stimullaşdırıcı rol oyanaya bilər. Düzdü, bizdə demoqrafik problemlər yoxdur. Ancaq son dövlərin statistikası və araşdırmaları göstərir ki, bizdə də azalma tendensiaysı başlayıb və daha yüksək səviyyəyə qalxa bilər. Bundan başqa uşaqpulu sosial şəraiti ağır olan, maddi durumu aşağı olan ailələrə yardım xarakteri daşıya bilər. Bütün hallarda düşünürəm ki uşaq pullarının bərpasına ehtiyac var.

 

- Nəhayət son sualımı verirəm. Bu gün 12 noyabr - Konstitusiya günüdür. Bu günü necə xarakterizə edərdiniz ?

 

- Hər bir müstəqil dövlətin "Ana Yasa"sı, konstitusiyası müstəsna əhəmiyyət kəsb edir. Konstitusiya həmin dövlətin bütün tərəflərini özündə ehtiva edən qanunvericilik bazasıdır. Dövlət də öz fəaliyyətini bu bazanın üzərində qurur.

 

Ayrı-ayrı sahələrdə də konstitusiyaya uyğun olaraq sahə qanunları qəbul edilir ki, bu qanunlar da cəmiyyətin idarə olunmasında önəmli rol oynayır. 1995-ci ilin 12 noyabr tarixində Azərbaycan konstitusiyasının qəbul edilməsi ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Milli dövlətçiliyimizin memarı olan ümummilli lider Azərbaycanın müasir, hüquqi,dünyəvi və demokratik dövlət kimi formalaşması məqsədilə belə bir konstitusiyanın qəbul edilməsinə bütün imkan , təcrübə və istedadını qoydu. Peşəkar hüquqşünaslardan ibarət, xüsusi komissiya yaratdı. Onlarla aparılan müzakirədən və eyni zamanda cəmiyyətin müzakirəsindən sonra referendum yolu ilə 1995-ci ilin 12 noyabr tarixində konstitusiya qəbul edildi. Konstitusiya dövlətçiliyimizin güzgüsü olaraq hər birimizin qürur mənbəyidir. Bu konstitusiya bütün hüquqi, dünyəvi dövlətlərin təcrübəsi və qanunvericilik aktlarına söykənərək Azərbaycanın hədəflərini nəzərə alaraq hazılanıb. Və sonrakı illərdə inkişafımızın məntiqindən doğan müəyyən dəyişikliklər edilərək bitkin bir "Ana Yasa"ya çevrilib. 12 noyabr bizim üçün əhəmiyyətli gündür. Bu gün münasibəti ilə "Şərq" qəzetinin kollektivini və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

 



Oxşar xəbərlər
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:43, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 15:25
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
17 May 2024 | 15:38
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 15:25
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
17 May 2024 | 15:38
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI