BAXCP sədri: “NATO Türkiyəni bizə dəstək verməyə qoymayacaq”
Oxunub: 3831
23 Jul 2016 | 10:10
BAXCP sədri: “NATO Türkiyəni bizə dəstək verməyə qoymayacaq”

Rusiyanın Qarabağ danışıqlarına nəzarəti tam ələ aldığı bir dönəmdə sülh prosesinin hansı nəticələrə aparıb çıxaracağı əsas müzakirə mövzusudur. Diqqətçəkən məqam bundan ibarətdir ki, əvvəlki dövrlərdən fərqli olaraq, Qərb Kremlin danışıqlardakı arbitrliyinə kifayət qədər normal yanaşır və sanki Rusiyanın bölgədəki hegemonluğunu qəbul edib. 

Bu situasiyanın Azərbaycana nə vəd etdiyi barədə BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə danışdıq. Qeyd edək ki, Q.Həsənquliyev Qarabağın azadlığının qarşılığında Rusiyaya güzəştlərin edilməsi, Moskvanın bir sıra şərtlərinin qəbul olunmasının tərəfdarı kimi bir neçə dəfə çıxış edib. 

- Qüdrət bəy, Milli Məclisin üzvü kimi sizdəki məlumatlar nədən ibarətdir, hazırda Qarabağla bağlı hansı proses gedir və Rusiya moderator olaraq nə etmək istəyir?

- Mənim bildiyimə görə, Rusiya bu problemin həllində pozitiv rol oynamaq və münaqişənin həllinə nail olmaq istəyir. Amma biz bilirik ki, dövlət maraqları var. Moskva da bu problemi o formada həll etmək istəyir ki, Cənubi Qafqazda onun mövqeləri güclənsin, möhkəmlənsin. Şəxsən mən Rusiyanın bu məsələnin həlli qarşılığında Azərbaycandan nə istədiyini bilmirəm. Dəfələrlə demişəm, bizim hökumət Azərbaycan xalqına məlumat verməlidir ki, bunlar Rusiya ilə hansı formada danışırlar. Üzdə olanları görürük, Rusiya Minsk Qrupunun üzvüdür, bir vasitəçi kimi çıxış edir. Amma hamımız bilirik ki, bu münaqişənin arxasında Rusiya dayanıb və Rusiyasız da bu problemi həll etmək mümkün olmayacaq. Ona görə də burada əsas söz sahibi Ermənistan yox, Rusiya olduğuna görə Rusiya ilə danışmaq lazımdır. Odur ki, Rusiya ilə danışıqlar aparılırmı? Aparılırsa, vəziyyət nə yerdədir? Əks halda, Rusiya ilə danışıqlar aparmadan, düşünmək ki, Kreml günlərin bir günü haqqa gələcək və deyəcək, gəlin bu problemi həll edək, bu, öz-özünü aldatmaqdan başqa bir şey deyil. Ona görə də Rusiya ilə danışmaq lazımdır. Ermənistanın da nə vaxtsa ədalətli mövqe tutacağı və bu problemin həllinə beynəlxalq hüququn söykənə biləcəyi formada razılıq verəcəyi də ağlabatan söhbət deyil. Çünki Rusiyanın razılıq verməyəcəyi təqdirdə Ermənistanın razılaşmaya getməsi mümkün deyil. Yəni belə bir razılıq verərsə, erməni hakimiyyətini ən yaxşı halda Dəmirçiyan və Vazgen Sərkisyan kimi, publik edam gözləyir. Bu baxımdan da biz bilirik ki, Rusiyanı razı salmadan Ermənistanı razı salmaq mümkün deyil. İndi Rusiyanın razı salınması üçün hansı işlər gedir, mən onu bilmirəm. Ona görə də mən dəfələrlə Azərbaycan hökumətini çağırmışam ki, siz danışıqları Rusiya ilə aparın, çünki bu prosesdə tərəf Rusiyadır, Ermənistanla danışıqlar heç bir effekt verməyəcək. İkincisi də ki, Ermənistana təzyiq etməyin də mənası yoxdur. Digər tərəfdən, Ermənistana kim təzyiq edəcək, Amerika, yoxsa Fransa? Bu da gülünc məsələdir, biz onların da məsələ ilə bağlı mövqeyinə bələdik. Elə bu yaxınlarda Slavyan ölkələrinin Parlament Assambleyasının Yunanıstanda keçirilən toplantısında birbaşa Ermənistanı dəstəkləyən bəyanat qəbul ediblər. Yəni bu məsələdə din faktoru önəmli rol oynayır. Ona görə də ya xalqa deyilməlidir Rusiyanın irəli sürdüyü şərtlər qəbulolunmazdır, o halda müqəddəs savaşa başlamalıyıq...Açıq deyirəm ki, bütün dağıntıları, itkiləri göz altına alıb eyni zamanda Ermənistanı da bir dövlət olaraq məhv etməliyik. Yəni özümüzü yandırmaqla bərabər, Ermənistanı da özümüzlə birlikdə yandırmalıyıq. Ermənilər də əmin olmalıdırlar ki, Azərbaycan buna gedəcək. Yoxsa biz nə qədər desək ki, daha 25 il dözməyəcəyik, indiki formada danışıqlar davam edəcəksə, 25 yox, lap 125 il də gözləməli olacağıq. Əks halda, başqa yol yoxdur. Bir tərəfimizdə İran, bir tərəfimizdə də Rusiya. Biz nə qədər güclü ordu qursaq da, gözümüzü qabağına almalıyıq ki, İran da Ermənistana tam gücü ilə dəstək verəcək, Rusiya da. 

- Bəs burada Türkiyə amili hansı rol oynaya bilər? 

- Türkiyəni bizə dəstək verməyə NATO qoymayacaq. Birinci Qarabağ savaşında da biz bunun şahidi olduq. O baxımdan da Azərbaycan burada tək qalacaq. Tək qaldığı təqdirdə də yalnız o halda qalib gəlmək olar ki, uşaqdan-böyüyə hamı silaha sarıla və hərə gerçəkdən torpaqların azadlığı üçün qəhrəmanlıq göstərə. 

- Bir müddət öncə Serj Sərkisyan iddia etdi ki, dünya Qarabağ ermənilərini Azərbaycanın tərkibində yaşamağa inandıra bilməz. Azərbaycan düşmən ölkənin bəhanələrini kəsmək üçün Qarabağ erməniləri ilə bağlı hansısa addımlar atmalıdırmı?

- Biz Rusiyanı razı sala bilsək, 2 aprel savaşında olduğu kimi, amma daha uğurlu bir əməliyyat keçirmək lazımdır. Ən azı Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu işğaldan azad etməliyik. Necə ki, Ermənistan o vaxt Dağlıq Qarabağ ətrafındakı rayonları işğal edəndən sonra Azərbaycan atəşkəs haqqında sazişi imzalamağa məcbur oldu, indi də biz eyni qaydada həmin rayonları azad etməliyik. Yəni hadisələrin əksi baş verməlidir. Ən azı 5 rayon azad edilməlidir ki, Ermənistan sülhə vadar olsun. Ermənistanın da sülhə getməsi üçün Rusiya razılıq verməlidir. Rusiya razılıq verməsə və açıq formada Ermənistanın tərəfindən müharibəyə qatılsa, o halda bizim həmin rayonları azad etməyimiz xeyli problemli görünür. Biz eyni zamanda Ermənistanın münaqişənin həllinə razılıq verməsi üçün Rusiyaya təzyiq etməsinə çalışmalıyıq. Ermənistan başa düşməlidir ki, müharibə başlasa, Rusiya ona kömək etsə də, İrəvanda daş daşın üstə qalmayacaq, hələ mən Xankəndini demirəm. Biz bunları inandırmalıyıq ki, kimin kömək etməsindən asılı olmayaraq, Azərbaycanın bu boyda arsenalı işə salınsa, kiçik bir ölkə olan Ermənistanın bütün şəhər və kəndləri yer üzündən silinəcək və biz bu addımlara gedəcəyik. Ermənilər hələ də xarici havadarlarına görə inanmırlar ki, Azərbaycan böyük savaşa gedər. Azərbaycan işğalçını inandırmalıdır ki, buna gedəcək. Bütün dünya, amerikalı, ingilis, digər deputatlar da bizə bir söz deyir... Mən 11 ildir NATO Parlament Assambleyasının üzvüyəm. Bu müddətdə parlamentarlardan kiminlə görüşdümsə,  dedilər əgər siz Qarabağ məsələsini həll etmək istəyirsinizsə, gedin Rusiya ilə danışın! Hətta Türkiyənin keçmiş müdafiə naziri də mənə söylədi ki, bu problemi həll etmək istəyirsinizsə, gedin Rusiya ilə danışın! Bildirdi ki, nə NATO sizə kömək etməyəcək, nə də Türkiyə. Belə olan halda özünü aldatmağın, hansısa möcüzə gözləməyin adı və yeri yoxdur.  

- Hazırda iki versiya daha çox səsləndirilir: birincisi, həmsədrlərin də səfər etməyə hazırlaşdığı Türkiyə bu prosesdə iştirak edə bilər, ikincisi isə payızda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Birincilər, yəni nikbin yanaşanlar ilin sonuna qədər Qarabağın müəyyən hissəsinin savaşsız azad olunacağını da proqnozlaşdırır. Bu versiyalardan hansı sizə daha çox inandırıcı gəlir? 

“Biz erməniləri inandırmalıyıq ki, kimin kömək etməsindən asılı olmayaraq, Azərbaycanın bu boyda arsenalı işə salınsa, kiçik bir ölkə olan Ermənistanın bütün şəhər və kəndləri yer üzündən silinəcək”


- İnformasiya qıtlığı olduğuna görə birmənalı fikir söyləmək çox çətindir. Amma mən də ümidliyəm ki, hər halda, nə isə olacaq. Rusiyanın davranışları az da olsa, ümid yaradır. Həm birinci savaşda Rusiyanın tutduğu mövqe, bir müddət prosesi, sadəcə kənardan seyr etməsi belə ehtimal yaradır ki, ola bilər Rusiya istəyir ermənilər bəzi şeyləri anlasınlar və güzəştə getsinlər. Lakin bunu əminliklə söyləmək üçün gərək Rusiya və Azərbaycan arasında danışıqların aparılıb-aparılmadığı, nələrin danışıldığı barədə informasiya olsun. Mən düşünmürəm ki, Rusiya qarşılığında Azərbaycandan nə isə almadan, yəni onun maraqlarının Cənubi Qafqazda möhkəmlənməsi istiqamətində Azərbaycan tərəfindən müəyyən addımlar atılmadan bu problemin həllinə razılıq versin. Mən buna da inanmıram. 

- Bəs Rusiya Azərbaycandan nə istəyir? 

- Sözü doğrusu, Rusiyanın Azərbaycandan nə istədiyini bilmirəm. Ona görə də deyirəm ki, ictimaiyyət məlumatlandırılmalıdır. Dəfələrlə demişəm ki, Azərbaycan Qarabağın müqabilində, Xankəndi üzərində Azərbaycan suveren hüquqlarının bərpa olunmasının qarşılığında Rusiyaya güzəştə gedə bilər. Bu güzəştlər nədir? Azərbaycan Avrasiya Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola, Azərbaycanda Rusiyanın hansısa bir hərbi bazası yerləşdirilə bilər. Şəxsən mən partiya sədri, millət vəkili olaraq bunları mümkün sayıram. Amma Rusiya tələb edəcəksə ki, gəlib sizin sərhədlərinizi mən qoruyum, o halda əlbəttə, bu, suverenliyin tam itirilməsidir. 

Yəni dövlətin atributlarından biri onun sərhədidir. Əgər başqa dövlət sənin sərhədini qoruyursa, o halda dövlətçilikdən söhbət gedə bilməz. Lakin qalan məsələlərlə bağlı dediyim kimi, biz Rusiya ilə əməkdaşlıq edə bilərik. Amma sözsüz ki, Qarabağın azadlığının müqabilində. Bəziləri yenə başlayacaqlar ki, Qüdrət Həsənquliyev rusiyapərəst mövqedən çıxış edir. Amma həmin adamlar heç demir ki, konfliktin arxasında Rusiya durub. Mənim mövqeyim budur ki, yaxşı, Rusiya bu prosesdə tərəfdirsə, onda Moskva ilə danışmaq, onun maraqlarını təmin etmək lazımdır, Ermənistanın yox.(musavat.com)
Oxşar xəbərlər
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
GÜNLÜK
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 13:23
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
17 May 2024 | 13:27
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
17 May 2024 | 13:15
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
17 May 2024 | 13:25
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
17 May 2024 | 13:20
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 13:23
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
17 May 2024 | 13:27
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
17 May 2024 | 13:15
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
17 May 2024 | 13:25
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
17 May 2024 | 13:20
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!