Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırıldı
Mədəniyyət
1363
08 Apr 2026 | 11:22

Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırıldı

Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb.
 
Moderator.az “Report”a istinadən xəbər verir ki, buna səbəb son günlər Opera və Balet Teatrının bəzi əməkdaşlarının rəhbərliklə bağlı narazılıqlarıdır.
 
Yusif Eyvazovla nazirlikdə bu məsələlər ətrafında müzakirə aparılıb.
 
Xatırladaq ki, bir neçə gündür, Akademik Opera və Balet Teatrında sənət adamları ilə teatr rəhbərliyi arasında qarşıdurma xarakterli müzakirələr gedir.
 
Link kopyalandı!
Son xəbərlər