Paraşütçü yüksəkgərginlikli elektrik xəttindən asılı qaldı - VİDEO
Dünya
105
08:30, Bu gün

Paraşütçü yüksəkgərginlikli elektrik xəttindən asılı qaldı - VİDEO

İsraildə paraşütçü yüksəkgərginlikli elektrik xətlərində ilişib qalıb.

Moderator.az İz.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli "Telegram" kanallarında məlumat verilib.

 

 

Məlumata əsasən, hadisə Arava bölgəsində baş verib. İsrailli şəxs paraşütlə tullanarkən idarəetməni itirərək yüksəkgərginlikli elektrik ötürücü xətlərinə çırpılıb və orada ilişib qalıb. Energetiklər paraşütçünü cərəyan vurmaması üçün ərazidə elektrik enerjisinin verilişini operativ şəkildə dayandırıblar.

Hadisə yerinə dərhal xilasetmə xidmətləri cəlb olunub və çətin vəziyyətdə qalan şəxs xilas edilib. Qəribə qəza ilə üzləşən kişi helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər