Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olundu - FOTO
3215
07 Apr 2023 | 12:36

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olundu - FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, teatrın direktor vəzifəsinə Yusif Eyvazov təyin olunub.

Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.

O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam  etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən  ustad dərsləri alıb.

Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.

 

(oxu.az)

Link kopyalandı!
Son xəbərlər