Gədəbəydə 22 yaşlı oğlan məktəbli qızla münasibətdə oldu: “Dedi, artıq boşanmışam” – TƏFƏRRÜAT
Kriminal
680
01 Jun 2026 | 14:35

Gədəbəydə 22 yaşlı oğlan məktəbli qızla münasibətdə oldu: “Dedi, artıq boşanmışam” – TƏFƏRRÜAT

Gədəbəy rayonunda 22 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qıza qarşı intim hərəkətlərdə ittiham edilib.
 
Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, 2004-cü il təvəllüdlü Rəvan 2010-cu il təvəllüdlü həmkəndlisi Sayalı ilə tanış olub.
 
Ötən il iyun ayının ortalarında istintaqla müəyyən olunmayan müxtəlif tarixlərdə Sayal ilə onun yaşadığı Gədəbəy rayonunun kəndindəki evin yataq otağında bir neçə dəfə intim münasibətdə olub.
 
Rəvanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib.
 
İş üzrə izahat verən Rəvan ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, eyni kənddə yaşadığı Sayalını əvvəlcədən tanıyıb: “Məktəbdə oxuduğunu bilirdim. Amma yaşından xəbərim yox idi. 2025-ci ilin mart-aprel aylarında Sayalıdan xoşum gəldiyi üçün telefon nömrəsinə votsapda yazdım. Ondan xoşum gəldiyini, sevgili olmaq istədiyimi bildirdim. O da məndən xoşu gəldiyini yazdı”.
 
Təqsirləndirilən şəxs deyib ki, təxminən 2 gün sonra Sayalıya votsapda qonşu kənddə Elmirgilin evlərinin yaxınlığında görüşməyi təklif edib: “Sayalı ora gələ bilməyəcəyini, evlərinin həyətində görüşə biləcəyimizi yazdı. Ona qardaşının evdə olduğunu dedim, həyətdəki tövlədə görüşməyi təklif etdim. Sayalı problem olmadığını, həyətdə görüşə biləcəyimizi bildirdi.Qərarlaşdıq, günorta onların həyətinə gəldim. Bir müddət söhbət etdik, sonra mən evimizə qayıtdım”.
 
Rəvanın sözlərinə görə, həmin gün axşam Sayalı ona votsapda yazıb: “Evdə tək olduğunu, anası Gülnarənin işə getdiyini bildirdi və onlara gəlməyimi istədi. Onunla razılaşdım, evlərinin həyətinə çatanda votsapda yazdım. Sayalı həyətə çıxaraq məni qarşıladı, qucaqladı, evə gəlməyimi təklif etdi. Birgə evin yataq otağına keçdik, bir az söhbət etdik.
 
Bir müddət sonra yorğun olduğumu və evə getmək istədiyimi dedim. O məni qucaqlayaraq evə getməməyimi xahiş etdi. Yorğun olduğum üçün pəncərənin qarşısında yatağa uzandım. Sayalı da yanıma uzandı, məndən gecə onlarda qalmağımı istədi. Mən isə bir az qalıb gedəcəyimi söylədim”.
 
Rəvan qeyd edib ki, Sayalı onun boyun nahiyəsindən öpməyə başlayıb, sonra intim hərəkətlər ediblər, qeyri-təbii yolla intim əlaqədə olublar: “Bu hərəkətləri başa çatdırdıqdan sonra evimizə getdim. Sayalı ilə təxminən 1 ay sevgili oldum. İki dəfə ayrı-ayrı vaxtlarda onların evində onunla cinsi əlaqədə olmuşam”.
 
Rəvanın ifadəsinə görə, bir müddət sonra Sayalının adını dəqiq bilmədiyi xalasının votsapda ona “gözümə görünmə” mesajı yazdığını görüb:
 
“Sayalının xalasından elə mesaj yazmasının səbəbini soruşdum, “səbəbini atana deyəcəm” bildirdi. Atam zəng edərək Gülnarənin qızı Sayalı ilə danışdığım üçün məndən polisə şikayət edəcəklərini dedi, aramızda nəsə olub-olmadığını soruşdu. Atama onunla sadəcə sevgili kimi danışdığımızı, aramızda heç bir şeyin olmadığını dedim.
 
Çeçenistana işləmək üçün gedərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gülnarənin barəmdə polisə şikayət etdiyini öyrəndim”.
 
İş üzrə zərərçəkmiş Sayalının sözlərinə görə, ailə üzvləri ilə birlikdə yaşayır: “Təxminən ötən ilin iyun ayının ortalarında günorta saatlarında məktəbindən çıxdım, evə gedərkən yolda həmkəndlimiz Rəvan mənə yaxınlaşdı, məndən telefonumun özümdə olub-olmadığını soruşdu. Telefonumun onun nəyinə lazım olduğunu soruşdum. Rəvan bir şey demədən həmin yerdən getdi.
 
Mən evdə telefonuma baxanda tanımadığım nömrədən votsapda “Salam” yazıldığını gördüm. Mən də “Salam, kimdi yazan” – deyə cavab verdim. Yazanın Rəvan olduğunu və məndən xoşu gəldiyini öyrəndim. O, zəng etmək istədiyini və telefonumu açmağımı xahiş etdi. Sonra zəng etdi. Ona evli olduğunu, münasibətlərimizin alınmayacağını bildirdim. Rəvan arvadından boşandığını, 18 yaşım tamam olduqda mənimlə evlənəcəyini söylədi. Bundan sonra biz bir müddət yazışdıq”.
 
Zərərçəkmiş deyib ki, Rəvan ona bir neçə dəfə görüşmələrini təklif edib: “Əvvəl razılıq verməsəm də, sonradan razı oldum. Təxminən yazışmağa başladığımız vaxtdan 2 gün sonra Rəvanla yaşadığım evin həyətində görüşdük. Bir saat söhbət etdik. Söhbət əsnasında mənə sevgili olmağımızı təklif etdi. Ona sevgi münasibətimizin alınmayacağını dedim. Rəvan da bir cavab almamış heç bir yerə getməyəcəyini söylədi.
 
Anamgilin gəlib bizi görəcəyini, problem yaranacağını fikirləşdim və bir az düşündükdən sonra ona sevgili olacağımı bildirdim. Axşam təxminən saat 22 radələrində Rəvan votsapda mesaj yazaraq evimizin həyətində olduğunų bildirdi və həyətə çıxmağımı istədi. Həyətə çıxaraq onu qarşıladım. Anam işlədiyi çörək sexinə getdiyi üçün evdə yox idi. Rəvan evə girmək istədiyini dedi. Mən də onu evə dəvət etdim”.
 
Zərərçəkmiş qeyd edib ki, daha sonra Rəvan ona artıq sevgili olduqlarını, xatirə qalması üçün şəkil çəkdirmələrini xahiş edib: “Qucaqlaşaraq şəkil çəkdirdik. Bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduq. Bir neçə gündən sonra yenidən evdə heç kim olmadığı vaxtda yaşadığım ünvana gəldi, 3-4 dəfə əlaqədə olduq. Xalam Xalidəyə bu barədə məlumat verdim. O da anam ilə danışdı.
 
Əvvəlcə anam şikayət etmək istədi, amma xalam imkan verməyərək həmkəndli olduğumuzu, adıma söz çıxacağını bildirdi və anamı şikayət etmək fikrindən daşındırdı. Bir neçə gün sonra Rəvanın anası bizə gəldi və anamla söhbət edərək getdi.
 
Bir neçə gün sonra “Tik-tok” sosial şəbəkəsində mənə məxsus, üzüm görünməyən şəkilimin kiminsə tərəfindən paylaşıldığıni gördüm. Şəklimin paylaşıldığı “Tik-tok” səhifəsinə baxanda səhifənin Rəvanın xalası Gülgəz tərəfindən işlənildiyi, şəklimi onun paylaşdığını bildik. Anam Gülgəzə zəng vurdu, nəyə görə belə etdiyini soruşdu. O da anama “hələ sənin qızının şəxsi şəkillərini də paylaşacam” dedi. Ona görə Rəvanın barəsində şikayət etmək qərarına gəldik”.
 
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Rəvan 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər