Bakıda ərəb turistləri gəzdirən taksi sürücüsünün maşınından
Kriminal
232
10:35, Bu gün

Bakıda ərəb turistləri gəzdirən taksi sürücüsünün maşınından "Kalaşnikov" tapıldı

Bakıda avtomobilində avtomat gəzdirən taksi sürücüsü cinayət məsuliyyətinə cəlb edilib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü V.Musayevin idarə etdiyi "Changan Qiyuan A05" markalı avtomobil Nizami rayonu Qara Qarayev prospektində polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Avtomobildə axtarış aparılarkən "Kalaşnikov" konstruksiyalı "AK-74" modelli avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində açılmış işin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.
 
Məhkəmədə bildirilib ki, V.Musayev əsasən Bakıya qonaq gələn ərəb turistləri avtomobili ilə gəzdirirmiş.
 
O, məhkəmənin hökmü ilə 1 il həbs cəzasına məhkum edilib. İstintaq müddətində ev dustağı olan taksi sürücüsü məhkəmə zalındaca qandallanaraq təcridxanaya göndərilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər