Şirvanda çətənə kolları yetişdirən iki nəfər saxlanıldı
Kriminal
209
09:59, Bu gün

Şirvanda çətənə kolları yetişdirən iki nəfər saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
 
Əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanıb.
 
Ş.Aslanlı və S.Həsənovun çətənə kollarını ötən ay əkərək xüsusi qulluq göstərdikləri məlum olub.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər