Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT + FOTO
Kriminal
Oxunub: 3116
14 May 2024 | 12:43
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT + FOTO
2023-cü il avqustun 5-də Bakının Xutor qəsəbəsində qətl hadisəsi baş verib. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Tacirə Salmanovanın meyiti aşkar edilib. Hadisənin şahidləri olan azyaşlı uşaqların sözlərinə görə, cinayəti ataları Teymur Məmmədov törədib və sonra evdən çıxaraq, qaçıb. 
 
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Səhəri gün 1989-cu il təvəllüdlü Teymur Məmmədov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təslim olub.
 
Moderator.az xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Teymur Məmmədov 2009-cu ildə Yasamal Rayon Məhkəməsinin hökmü ilə CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə bir il altı ay, 2012-ci ildə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə iki il, 2015-ci ildə Yevlax Rayon Məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə bir il, 2020-ci ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 29, 180-ci (soyğunçuluğa cəhd) maddəsi ilə üç il üç ay müddətinə azadlıqdan məhrum olunub. Salyan Rayon Məhkəməsinin qərarı ilə 2023-cü il sentyabrın 22-də cəzasının çəkilməmiş hissəsindən şərti, vaxtından əvvəl azad edilməsinə baxmayaraq, islah olunmayıb. Qeyri-rəsmi arvadı Tacirə Salmanovanın əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edib, qadını öldürmək istəyib. Avqustun 5-i saat 17-də Xutor qəsəbəsində, kirayədə yaşadıqları evdə övladları 2017-ci il təvəllüdlü Solmaz Salmanova və 2019-cu il təvəllüdlü Rəsul Salmanovun evdə olmaqlarına baxmayaraq, Teymur Məmmədov bıçaqla Tacirə Salmanovaya yaxınlaşıb. Ümumilikdə 19 dəfə zərbə vuraraq, qadını xüsusi amansızlıqla öldürüb.
 
İfadəsinin yerində yoxlanılması zamanı Teymur Məmmədov cinayəti hansı qaydada törətməsi haqda ətraflı şəkildə məlumat verib. Bıçaq zərbələrinin sayını xatırlamadığını, xəsarətləri əsasən qadının kürək və boyun nahiyələrinə vurduğunu bildirib. O, yetkinlik yaşına çatmayan şahid Fatma Salmanova, atası Teymur Məmmədovun anasına bıçaqla xəsarət yetirdiyi vaxt, çöldə olduğunu, pəncərədən hansı qaydada hadisəni gördüyünü əyani şəkildə göstərib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Qənirə Salmanova ifadəsində göstərib ki, qızı Tacirəni 14 yaşında Bayram adlı uzaq qohumlarına ərə verib:
 
"Həmin nikahdan Mahirə və Tahirə adlı qız övladları dünyaya gəlib. Sonradan Bayram işləmək üçün xarici ölkəyə getdi və bu günə kimi ondan xəbərimiz yoxdur. Yevlaxda yaşayan Tacirə 18 yaşı olanda bibisi Solmaz Məmmədovanın oğlu Teymur Məmmədova qoşulub qaçıb. Rəsmi nikahları olmayıb. Teymurla ailə həyatı qurduqdan sonra Tacirə birinci yoldaşından olan övladlarını bacısı İlhamənin himayəsinə verib. Hazırda İlhamə öz ailəsi ilə birlikdə Rusiyada yaşayır. İkinci evliliyindən 2012-ci ildə Fatma, 2015-ci ildə Zeynal, 2017-ci ildə Solmaz və 2019-cu ildə Rəsul adlı uşaqları anadan olub. Təxminən 10 il əvvəl Bakıya köçərək, müxtəlif ünvanlarda kirayədə yaşayıblar. Tacirə müxtəlif şəxslərin evlərində xadiməlik edirdi. Aralarında yaranan mübahisələrə - Teymurun işləməməsi və Tacirədən pul istəməsi səbəb olurdu. Teymur narkotik vasitələrə qurşanmışdı. Axırıncı dəfə o, 2020-ci ildə həbs olunub. Teymur həbs olunandan sonra Tacirənin xahişi ilə rayondan gələrək qızımın evində qaldım. 2023-cü ilin mart ayında Xutor qəsəbəsinə, Əmir Qəmbərova məxsus evə köçdük. Kasıbçılıqla da olsa, Tacirə öz imkanı daxilində, cəzaçəkmə müəssisəsinə, Teymurun yanın gedirdi. Yayda Teymur həbsdən çıxandan sonra, həmin evdən çıxdım və oğlum Əli ilə birlikdə yaxınlıqda kirayədə qaldıq. Bir müddət sonra qızımdan yoldaşının yenə də işsiz evdə oturduğunu, ondan narkotik vasitə almaq üçün pul tələb etdiyini eşitdim. Tez-tez mübahisələr yarandığını nəvələrim də danışırdılar. Axırıncı dəfə, qızımı hadisədən bir gün əvvəl, evlərinə gedəndə gördüm".
 
Avqustun 5-i saat 17 radələrində Mədinə ilə birlikdə evdə olanda, Tacirənin böyük qızı Fatma qışqırıb, ağlayaraq həyətə girdi və "atam anamı öldürdü" dedi. Mədinə ilə Fatma evlərinə qaçdılar:
 
"Qeyd etmək istəyirəm ki, şəkər xəstəliyi ilə bağlı bir ayağım kəsildiyindən sərbəst hərəkət edə bilmirəm. Buna görə, evdən çölə çıxa bilmədim. 10 dəqiqədən sonra oğlum evə daxil olaraq, ağlayıb-qışqırmağımı görüb məni sakitləşməyə çalışdı.
 
Öyrəndim ki, Teymur Tacirəni bıçaqla qətlə yetirib. Qızım Yevlax şəhər qəbiristanlığında dəfn olunub. Hadisədən sonra nəvəm Fatmadan öyrəndim ki, həmin gün atası anasından pul istəyib, bu zəmində aralarında mübahisə yaranıb. Bundan sonra Teymur yaxınlıqda yaşayan bacısı Dünyagilə gedib. Bir müddətdən sonra evə qayıdıb. Küçə qapısını içəridən bağlayıb və bıçaqla anasına çoxsaylı xəsarətlər yetirib. Qızımı öldürdükdən sonra Teymur evdən qaçıb. Fatma ilə Mədinə içəri girərək, analarına köməklik etməyə çalışıblar".
 
Qanuni nümayəndəsinin iştirakı ilə şahid, yetkinlik yaşına çatmayan Fatma Salmanova ifadəsində göstərib ki, atası Teymur Məmmədovun narkoman olduğunu hamı bilirdi:
 
"Avqustun 5-də atam mübahisə edib, pul istəyəndə anam, sakitləşsin deyə ona 10 manat verdi. Harasa çıxıb gedən atam bir saatdan sonra qayıdaraq, yenə pul tələb edəndə, anam pulunun olmadığını dedi. Evin pəncərəsindən içəri baxanda, atamın anama çoxlu bıçaq zərbələri vurduğunu gördüm. Kömək üçün küçəyə çıxıb qışqırmağa başladım. Atam cinayəti törədib küçəyə çıxandan sonra Mədinə ilə içəri girib anamın qan içində, döşəmədə uzandığını gördük. Atam anamı öldürəndə, evdə balaca bacım Solmaz və qardaşım Rəsul var idi".
 
Şahid Zeynal Salmanov bildirib ki, baş verən hadisəni görməyib, çünki həmin vaxt həyətdə oynayıb. O qeyd edib ki, Teymur Məmmədovu ata kimi qəbul etmir və onu anasız qoyduğu üçün atasını heç vaxt bağışlamayacaq.
 
Şahid Solmaz Salmanova evdə, danışa bilməyən qardaşı Rəsul ilə oynayan zaman, atası evə qayıdaraq, anasının üstünə qışqırmağa başlayıb:
 
"Buna görə, otaqdakı divanın altında gizləndik. Qardaşımla oradan baxanda, atam bıçaqla anamı vurmağa başladı. Qorxumuzdan səsimizi çıxarmadıq. Hazırda anamız olmadığından özümüzü çox pis hiss edirik. Buna görə atamızı heç vaxt bağışlamayacağıq".
 
Məhkəmə iclasında Teymur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, arvadını xəyanət etdiyinə görə öldürüb. Tacirəyə bıçaqla 20-yə yaxın zərbə vurub. İttiham aktında yazılıb ki, guya o, arvadını uşaqlarının gözləri qarşısında öldürüb. Amma bu doğru deyil, heç kim hadisənin şahidi olmayıb. Törətdiyi əməldən peşman deyil.
 
Son sözündə Teymur Məmmədov ona yüngül cəza təyin edilməsini xahiş edib. Həyatının qalan hissəsini həbsxanada keçirmək istəmədiyini bildirib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş edib.
 
Məhkəmə nəticəyə gəlib ki, dəfələrlə cinayət məsuliyyətinə cəlb edildiyinə görə kifayət qədər zəngin təcrübəyə malik olan şəxs kimi Teymur Məmmədov məhkəməyə təhrif edilmiş məlumatlar verməklə, qanunsuz əməllərinə haqq qazandırmaq və məsuliyyətini yüngülləşdirmək məqsədi güdüb. Belə ki, o, Tacirə Salmanovanı qətlə yetirməsinin səbəbi kimi qadının ona xəyanət etməsini göstərsə də, məhkəməyə heç bir inandırıcı sübut təqdim etməyib və susaraq, məhkəmənin suallarını cavablandırmayıb. Eyni zamanda cinayət işinin materialları ilə Tacirə Salmanovanın əxlaqsız hərəkətlər etməsi və ya başqa şəxslərlə cinsi əlaqədə olması təkzib edilib.
 
Məhkəmədə müəyyən edilib ki, Teymur Məmmədov azadlığa buraxılandan sonra, ailəyə qazanc gətirməyib. Tacirə Salmanova ailəni dolandıran yeganə şəxs olub. Qadının onun tərəfindən qətlə yetirilməsi, azyaşlı uşaqların tərbiyəsinə və həyat şəraitinə böyük zərbə vurub. Azyaşlı uşaqların bilavasitə, hadisə anını görmələri şahid ifadələri ilə öz təsdiqini tapıb.
 
Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı tərəfindən Teymur Məmmədovun əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə düzgün tövsif edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Oxşar xəbərlər
21:46, Bu gün
Şoyqunun uşaqlarının anasının ərinin Dubayda sərvətləri ortaya çıxdı
21:42, Bu gün
Etibar Əliyev: "Keyfiyyətli dərslik hazırlamaq potensialımız zəifdir"
21:36, Bu gün
“Deyirdi ki, gedim görüm oğlum orada neynir?”- yaxınları Zöhrə Abdullayevanı göz yaşları içində xatırladı-FOTO+ÖZƏL
21:32, Bu gün
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
21:31, Bu gün
Gəncədə narkoman cinayət məsuliyyətindən yayınmaq üçün həyatına qəsd etdi
21:24, Bu gün
Gürcüstan parlamentində deputatın üzərinə su tökdülər - VİDEO
21:04, Bu gün
Paşinyandan tarixi etiraf: “Ermənistan işğalçıdır!”
20:44, Bu gün
Prezidentlə xanımı xocalılılarla... - VİDEO
20:41, Bu gün
Oktay Kaynarcadan vida paylaşımı - FOTO
20:40, Bu gün
Laçına dolu düşdü - VİDEO
20:40, Bu gün
Niderlandın kəşfiyyat xidmətinin keçmiş rəhbəri ölkənin Baş nazir seçilə bilər
20:37, Bu gün
9 il yatıb 21 yaşında OYANDI: hamıya sirr qalan qızın HEKAYƏSİ
20:26, Bu gün
İranın keçmiş xarici işlər naziri prezident seçkisində iştirakdan imtina edib
19:48, Bu gün
Vaşinqtonun meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb
19:46, Bu gün
Elektrikli "Niva" istehsal olundu
19:21, Bu gün
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
19:17, Bu gün
Bağanıs Ayrım kəndində minatəmizləmə işləri davam edir
19:13, Bu gün
"Rossiya24" telekanalı Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş xüsusi reportaj hazırlayıb
19:12, Bu gün
Tbilisidə 28 May - Azərbaycanın Müstəqillik Günü qeyd olunub
19:12, Bu gün
Fəlsəfə doktoru vəfat etdi
19:11, Bu gün
Masallı sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi kəndlərdə qaz olmayacaq
19:09, Bu gün
Borrell: Aİ konsensusun olmaması səbəbindən Kiyevə 6,6 milyard avro ayıra bilmir
19:09, Bu gün
Yazın sonunda şanslı olacaq BÜRCLƏR - kim gözlənilməz dəyişikliklərlə qarşılaşacaq?
19:08, Bu gün
Gürcüstan parlamenti Prezidentin "Xarici agentlər" haqqında qanuna vetosunu ləğv edib
18:24, Bu gün
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb
18:18, Bu gün
Tovuzda su anbarında batan şəxsin meyiti tapıldı
18:16, Bu gün
Güclü selin fəsadları: Fermerlərin problemi necə həll ediləcək?
18:10, Bu gün
Kuba XİN: Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazırıq
18:08, Bu gün
Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq
17:38, Bu gün
İsrail tankları Rəfahın mərkəzinə daxil olub, toqquşmalar gedir
17:28, Bu gün
Paşinyan Baqratla görüşdən YAYINDI
17:27, Bu gün
İldırım 3 qadını vurdu, 1-i yerindəcə öldü...-FOTO
17:23, Bu gün
Azərbaycanda 14 və 16 yaşlı iki qıza təcavüz edən şəxsə bu cəza verildi
17:18, Bu gün
Danimarka parlamenti Fələstinin dövlət kimi tanınmasının əleyhinə səs verib
17:17, Bu gün
"Ukraynada yeganə legitim hakimiyyət parlament və Ali Radanın spikeridir"
17:07, Bu gün
Serbiya XİN: Azərbaycanla dostluq və strateji tərəfdaşlığı yüksək qiymətləndiririk
17:06, Bu gün
Renat Dadaşov Türkiyə klubundan ayrıldı
17:02, Bu gün
Qadının kəşfi - Fil sümüyündən yaradılmış sevgili
16:59, Bu gün
Latviya səfiri: "Azərbaycanla ticarət əlaqələrinin inkişafı üçün yeni ideyalar var"
16:59, Bu gün
"Fransa Ukraynaya hərbi təlimatçılar göndərəcək" - USQ Baş Komandanı
16:59, Bu gün
Azad Vətən Partiyası Cümhuriyyət abidəsini ziyarət etdi...-FOTOLAR
16:52, Bu gün
Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
16:51, Bu gün
Tələbəni yaddaşını itirənə qədər döydülər
16:48, Bu gün
Dadlı və faydalı qəhvəni necə hazırlayaq?
16:47, Bu gün
Münasibətlərin əvvəlində qadınların etdiyi 3 ƏSAS SƏHV
16:46, Bu gün
Xuraman Şuşalı sinif yoldaşlarını tapmaq üçün efirə çıxdı
16:02, Bu gün
Tarixi uğura imza atmış idmançılarımız vətənə döndülər
16:00, Bu gün
DTX-nin illər öncə həbs etdiyi baş redaktor yenidən saxlanılıb
15:46, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Xocalı şəhərində
15:41, Bu gün
“Azərbaycan hərbi texnika ixracını genişləndirəcək”
15:20, Bu gün
"İran ilk dəfə olaraq Rusiyaya ən yeni aviasiya bombaları tədarük edib" - "Bild"
14:54, Bu gün
Bu millət müstəqil və hürr olmalı...
14:51, Bu gün
Ağdamın Şotlanlı kəndinə ilkin mərhələdə 205 ailənin köçürülməsi planlaşdırılır
14:50, Bu gün
Ölüm səbəbi: Şiddətli insansızlıq - Maya Anjelu
14:49, Bu gün
Bakının bir qəsəbəsinə suyun verilişində məhdudiyyətlər olacaq
14:45, Bu gün
"Kəpəz" legioner futbolçuları ilə yollarını ayırıb
14:44, Bu gün
İspaniya Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb
14:42, Bu gün
Rusiyanın daha bir raketəleyhinə radarına hücum edilib
14:42, Bu gün
“Bu, Rusiya tərəfindən Azərbaycana edilən qəribə bir təklifdir: bəlkə səhv salıblar?..”
14:40, Bu gün
BSU-da 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
14:37, Bu gün
Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçimiz DƏFN OLUNDU
14:36, Bu gün
Ağdamın Tağıbəyli kəndinə ilkin mərhələdə 108 ailənin köçürülməsi planlaşdırılır
14:35, Bu gün
Avropanın daha bir məşhur paytaxtı turistlərə "MÜHARİBƏ" ELAN ETDİ
14:24, Bu gün
Prezident və birinci xanım Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
14:14, Bu gün
Pərvin qəribə geyimi ilə gündəm oldu - VİDEO
14:12, Bu gün
"Yuventus"un yeni baş məşqçisi bilindi
14:03, Bu gün
Polşada prezidentin korteji hücuma məruz qaldı: Növbəti sui-qəsd cəhdi?
13:47, Bu gün
İran Rusiyadan 500 milyon dollarlıq helikopter almağa dair müqavilə imzalayıb
13:45, Bu gün
"Fənərbaxça çempion olacaq" deyən astroloq saxlanıldı
13:43, Bu gün
Paris prokuroru: Olimpiya Oyunları zamanı cinayətlərin artacağı gözlənilir
13:36, Bu gün
“YouTube” İran XİN-in kanalını bağlayıb
13:32, Bu gün
İsrail Rafahda çadır şəhərciyinə zərbə endirib - BMT Təhlükəsizlik Şurası təcili iclasa toplaşır
13:32, Bu gün
Dünyanın ən seksual voleybolçusu azarkeşləri ilə belə zarafatlaşdı - FOTOLAR
13:31, Bu gün
"Ukraynada müharibənin miqyası vətəndaşların təsəvvür etdiyindən xeyli ciddidir" - "The Times"
13:30, Bu gün
Ronaldodan Səudiyyə Ərəbistanında yeni rekord
13:23, Bu gün
Siqaret çəkmək ağciyər xərçənginə səbəb olurmu? – ALİMLƏR AÇIQLADI
13:18, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Xocalı şəhərində
13:09, Bu gün
Bakıda 4400 manatlıq lotereya biletləri oğurlandı
13:05, Bu gün
Sabah Bakıda 29, bölgələrdə 33 dərəcə isti olacaq
12:55, Bu gün
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər zaman bərabər olacağıq
12:53, Bu gün
Pilotsuz təyyarələri belə vuracaqlar: "Enerji topu" yaradılır
12:51, Bu gün
Bakıda strateji əhəmiyyətli zavodun rəhbərliyi dəyişdi
12:50, Bu gün
Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - YENİLƏNİB
12:35, Bu gün
Pakistanın hakim partiyasına yenidən keçmiş baş nazir rəhbərlik edəcək
12:35, Bu gün
Arıqlamaqla bağlı gülməli miflər: Bir çox insan hələ də onlara inanır
12:25, Bu gün
İran Rusiyadan 12 Mi-17 helikopteri alacaq
12:23, Bu gün
Ukrayna XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
12:20, Bu gün
İsrail səfirliyi Azərbaycanı təbrik edib
12:19, Bu gün
Rusiya müstəqilliyimizin bərpasının ilk illərində Naxçıvanda da baş konsulluq açmağa çalışıb...
12:18, Bu gün
Mayın 28-nin ən xoşbəxt BÜRCÜ: Bu gün çoxdandır axtardığınızı tapa bilərsiniz
12:15, Bu gün
Belçika Ukraynaya çox sayda "F-16" qırıcısı verəcək
12:15, Bu gün
Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub
12:10, Bu gün
İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub
12:08, Bu gün
İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub
12:07, Bu gün
Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub
11:44, Bu gün
“AzEstetik Group” şirkəti mənə daxilində çip olan cihaz satıb, yalandan deyiblər ki, İtaliya, Almaniya istehsalıdır”-ŞİKAYƏT
11:34, Bu gün
Futbol meydançasına ildırım düşdü: 4 ölü, 5 yaralı
11:33, Bu gün
İş yerlərində qadınlara bu güzəştlər edilməlidir
11:29, Bu gün
"Dövlətimizə əbədi yaşar müstəqillik arzulayıram" - Fəzail Ağamalı
11:24, Bu gün
“Yeni ittifaq quracağıq, İkinci Dünya Müharibəsində olduğu kimi...” - Medvedev
GÜNLÜK
09:55, Bu gün
İranın prezidenti azərbaycanlı ola bilər - yarış başladı, maraqlı adlar... 
27 May 2024 | 22:30
Azərbaycanda saatlıq əməkhaqqına keçidlə bağlı AÇIQLAMA
09:47, Bu gün
Azərbaycanda əməkhaqqı dəyişikliyi: əvvəl 345 manat idi, indi isə… – VİDEO 
07:13, Bu gün
Daxili işlər naziri Baş nazir təyin edilib
27 May 2024 | 22:42
Bu gün faciəvi şəkildə ölən hərbçinin 22 yaşı var imiş
08:58, Bu gün
“Lavrova bir rusun da yaşamadığı Xankəndində konsulluq niyə lazımdır?- Ermənilərə..?”
27 May 2024 | 22:46
"Netanyahu bənzədiyi Hitler, Miloşeviç kimi əbədi lənətlənəcək" - Ərdoğan
27 May 2024 | 22:51
"Polşa Rusiyaya qarşı sərt tədbirlər görür" - Polşa XİN rəhbəri 
27 May 2024 | 23:40
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib
27 May 2024 | 23:47
İlham Əliyev: "Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub"
HƏFTƏLİK
22 May 2024 | 10:58
Rəisinin cəsədinin dəhşətli fotosu yayıldı
22 May 2024 | 11:18
Pensiya alanlara sevindirici xəbər - Bu qayda dəyişdi 
23 May 2024 | 23:26
Araq içənlərin DİQQƏTİNƏ
24 May 2024 | 06:36
Müəllimə şagirdi ilə cinsi əlaqədə olduğu üçün BU CƏZA VERİLDİ 
22 May 2024 | 11:31
Ermənilərə VAXT VERİLDİ: "Azərbaycanlılar iyunda gələcəklər" 
26 May 2024 | 15:22
"Hazırlaşın" əmri verildi - Hədəf birbaşa Rusiya ərazisi olacaq
23 May 2024 | 21:38
Şuşadan Qazaxa uzanan yanğın..
21 May 2024 | 22:12
Jerar Depardye jurnalisti yumruqlayıb
21 May 2024 | 22:23
İranlı rəsmi: “Prezidentin helikopterinin ardınca uçurduq, birdən...” - Şok detallar
21 May 2024 | 22:25
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna Rusiya hərbi gəmisini vurub
AYLIQ
09:55, Bu gün
İranın prezidenti azərbaycanlı ola bilər - yarış başladı, maraqlı adlar... 
27 May 2024 | 22:30
Azərbaycanda saatlıq əməkhaqqına keçidlə bağlı AÇIQLAMA
09:47, Bu gün
Azərbaycanda əməkhaqqı dəyişikliyi: əvvəl 345 manat idi, indi isə… – VİDEO 
07:13, Bu gün
Daxili işlər naziri Baş nazir təyin edilib
27 May 2024 | 22:42
Bu gün faciəvi şəkildə ölən hərbçinin 22 yaşı var imiş
08:58, Bu gün
“Lavrova bir rusun da yaşamadığı Xankəndində konsulluq niyə lazımdır?- Ermənilərə..?”
27 May 2024 | 22:46
"Netanyahu bənzədiyi Hitler, Miloşeviç kimi əbədi lənətlənəcək" - Ərdoğan
27 May 2024 | 22:51
"Polşa Rusiyaya qarşı sərt tədbirlər görür" - Polşa XİN rəhbəri 
27 May 2024 | 23:40
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib
27 May 2024 | 23:47
İlham Əliyev: "Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub"