Bu millət müstəqil və hürr olmalı...
Cəmiyyət
Oxunub: 4153
28 May 2024 | 14:54
Bu millət müstəqil və hürr olmalı...
1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cumhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cumhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur" .
 
Heydər Əliyev
 
Çoxəsrlik dovlətçilik ənənələrinə malik olan ölkəmizdə 28 may 1918-ci ildə bütün türk dünyasının ilk müstəqil Respublikası doğuldu. Bütövlükdə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Millətimizin demokratik respublika quruculuğundakı ilk tarixi təşəbbüsü və uğuru bütün sonraki dövrlərdə Azərbaycanın dünya siyasi sistemində suverenlik hüququnu şərtləndirən taleyüklü tarixi bir amil idi.
 
Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cumhuriyyəti XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formalarını öz dövlət təsisatlarında milli zəmində tətbiq etməyin ilk təcrübəsi idi. Bu təcrübə zamanın sınağından uğurla keçərək Yeni Dövrdə Azərbaycanın dövlətçilik ənənəsinin əsasını yaratdı. Birinci Dünya Müharibəsinin sonlarına doğru qalib və məğlub imperialist dövlətlərin Qafqaz regionunda maraqlarının kəskin şəkildə toqquşduğu dramatik tarixi bir zamanda Azərbaycan öz müstəqilliyini elan etdi və çətinliklə də olsa buna nail oldu. Bu bizim xalqımız üçün taleyüklü bir nailiyyət idi. Əgər o zaman cümhuriyyət yaranmasaydı, sonradan ölkəmizin Sovet İttifaqı tərkibinə müttəfiq respublika kimi daxil olması və bu İttifaq dağılarkən, bir suveren dövlət kimi öz müstəqilliyini bərpa etməsi də mümkün olmayacaqdı. Buna görə də 28 may Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması gunu ölkəmizdə Respublika Günü kimi qeyd olunur və hər birimiz haqlı olaraq bu şanlı tarixlə fəxr edirik.
 
Azərbaycan Xalq Cumhuriyyəti yeni dünya tarixinin yetərincə mürəkkəb çağında - imperiya, müstəmləkə və istibdad rejimlərinin çökməsinə və milli müstəqillik hərəkatlarının zəfər çalmasına zərurət və şərait yarandığı bir dönəmdə ərsəyə gəlmişdi. 1918-ci ilin əvvəllərində - Birinci Dünya müharibəsinin başa çatmasına bir neçə ay qalmış Zaqafqaziya Seyminin azərbaycanlı, gürcü və erməni deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Federativ Demokratik Respublikasının yarandığını elan etmişdilər. Seymdə azərbaycanlı deputatların 44 nəfərlik fraksiyasına Azərbaycanın görkəmli siyasi xadimi Məmməd Əmin Rəsulzadə rəhbərlik edirdi.
 
Lakin bu federativ qurumun perspektivsizliyini görən Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə öz fəaliyyətini Azərbaycanin müstəqil dövlət quruculuguna istiqamətləndirdi. M.Ə.Rəsulzadənin başçılığı ilə F.Köçərli, F.Xoyski, N.Yusifbəli, S.M.Qənizadə, Ş.Rüstəmbəyov, X.Xasməmmədov, M.Hacınski və 44 deputatdan ibarət Milli Sura mayın 28-də Tiflisdə, Qafqaz canişininin sarayında kecirdiyi tarixi iclasında Azərbaycanın istiqlaliyyətini elan etdi. Beləliklə, tarixdə ilk turk cümhuriyyəti doğuldu və XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan məfkurəsinin ideoloqlarından biri olan Məhəmməd Əmin Rəsulzadə həm də Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri oldu.
 
Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurası olduqca çətin bir vaxtda hakimiyyətə gəlirdi. Kommunarların əlində olan Bakı Soveti hakimiyyətdən çəkilmək istəmir, daşnak ordusu ilə birlikdə kütləvi soyqırımı xarakterli qırğınlar törədirdi. Millətin ölüm-dirim savaşı qarşısında qaldığını görən Milli Şura Gəncə şəhərində təcili toplantısını keçirdi. Fətəli xan Xoyskinin başçılığı ilə müvəqqəti hökumət yaradıldı. Qəbul olunmuş bəyannaməyə əsasən, Milli Şura ali qanunverici, müvəqqəti hökumət isə ali idarəedici orqan kimi tanındı. Dövləti möhkəmlətmək, onu xarici təcavüzdən və daxili parçalanmadan qorumaq məqsədilə Türkiyə hökumətindən yardım istəmək qərara alındı. Azərbaycan və Türkiyənin hələ o zamandan vahid geosiyasi maraqlardan çıxış etməsi onu göstərir ki, qardaş xalqlar bu tandemin onların hər ikisi üçün həyati əhəmiyyətə malik olduğuna əmin idilər. Həmin ilin 23 sentyabrında Azərbaycanın milli ordusu türkiyəli komandan Nuru paşanın əsgərləri ilə birlikdə qondarma "Mərkəzi Xəzər diktaturası" və eser-daşnak qüvvələrini darmadağın edərək Bakıya girdi və həmin gün də Bakı Azərbaycan Xalq Cumhuriyyətinin paytaxtına çevrildi. Amma sürətlə dəyişən sonrakı hərbi-siyasi proseslər nəticəsində Türkiyə qoşunu ölkəni tərk etməli oldu. Antanta dövlətlərinin məqsədi Türkiyəni Azərbaycandan uzaqlaşdırıb, Bakını birdəfəlik Britaniya imperiyasının nəzarəti altına salmaq idi. İngilislərin Bakıya daxil olmasını anti-Azərbaycan və anti-Türkiyə meylli bütün qüvvələr, xüsusilə ermənilər sevinclə qarşıladılar. Ermənilərin və rusların təhriki ilə qızışdırılan milli-siyasi qarşıdurmaların ən qaynar çağında - dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti öz işinə başladı. Yenə də həmin qüvvələrin milli parlamentin ilk toplantısını pozmaq cəhdləri baş tutmadı. Azərbaycan Xalq Cumhuriyyətinin möhkəmlənməsi yolunda tarixi işlər görmüş dövlətimizin ilk Parlamenti koalisiya hökumətini təsis etdi. Fətəli xan Xoyski yenidən Nazirlər Şurasının sədri seçildi. Britaniya hərbi qüvvələrinin komandanı general Tomson da rəsmi olaraq bu hökuməti tanıdı, rus milli şurasına da onu tanımağı tövsiyə etdi. Azərbaycanı yenidən Rusiya imperiyasının əsarəti altına verməyə çalışan qondarma "Qafqaz-Xəzər hökuməti" Azərbaycan Xalq Cumhuriyyətinin siyasi mövcudluğu ilə barışmadığına görə, qanundankənar elan edildi və onun rəhbərləri 48 saata Azərbaycandan çıxarıldı. Milli hökumət tədricən ölkəyə nəzarəti tam olaraq öz əlinə alırdı. Avqusta qədər Britaniya hərbi qüvvələri də Bakıdan çıxarıldı. Bütün bunlar Azərbaycan Xalq Cumhuriyyətinin gözlənilməz dəyişikliklərlə müşayiət olunan qısa zaman kəsiyində yürütdüyü düzgün siyasətin və çevik diplomatiyanın bəhrəsi idi. Azərbaycan hökuməti Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələrin 1919-cu ildə Fransada keçirilən Versal Beynəlxalq Sülh Konfransına öz nümayəndəsini göndərdi. Təbii ki, konfrans Antanta üzvü olan Rusiyadan qopmuş yeni milli dövlətlərin təzədən ona birləşdirilməsinə çalışırdı. Bütün bunlara baxmayaraq, müstəqilliyini qorumaq uğrunda qətiyyətlə mübarizə aparan Azərbaycan Xalq Cumhuriyyəti özünün bir sıra Avropa dövlətləri tərəfindən tanınmasına, ölkə daxilində quruculuq işlərinin davam etdirilməsinə nail olurdu.
Azərbaycan nümayəndə heyətinin 1920-ci ildə Parisə yeni səfəri də öz bəhrəsini verdi. Konfransın Ali Şurası Azərbaycanın suverenliyini tanıdı. Lakin Qafqazda müstəqil dövlətlərin yaranması faktı ilə heç cür barışmaq istəməyən sovet Rusiyası buradakı vəziyyəti öz xeyrinə dəyişə bildi. 18 martda erməni daşnak ordusunun Qarabağa qoşun yeritməsi və 28 apreldə Qızıl Ordunun Azərbaycana daxil olması demək olar ki, eyni tarixi zamanda baş verdi. Azərbaycan Xalq Cumhuriyyəti erməni qüvvələrini darmadağın etsə də, artıq ölkədə də özünə siyasi-ideoloji dayaqlar yaratmış güclü sovet dövlətinin qarşısında tab gətirməyərək, idarəçiliyi bolşeviklərə təhvil verməil oldu. Cuhuriyyətçilər hakimiyyətə inqilab etmədən, qan tökmədən gəldikləri kimi, qansız-qadasız da hakimiyyətdən getdilər. Bu dövrdə Nəriman Nərimanovun şəxsində Azərbaycanın varlığını Rusiya ilə bir yerdə görən alternativ siyasi cərəyan da vardı. Təsadüfi deyil ki, Cümhuriyyət qurulanda Nəriman Nərimanov Həştərxana getmişdi. Gələcəkdə Azərbaycanın rəhbəri, bir qədər sonra isə Sovet dövlətinin rəhbərlərindən biri olacaq N.Nərimanov hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda cümhuriyyətçiləri hakimiyyəti bolşeviklərə təhvil verməyə çağırırdı. Beləliklə, iyirminci əsrin təlatümlü ilk iki onilliyində Azərbaycanın milli müqəddəratına yanaşmada iki xətt var idi: Məhəmməd Əmin Rəsulzadənın başçılıq etdiyi cərəyanda dövlətin tam müstəqilliyi, Nəriman Nərimanovun başçılıq etdiyi cərəyanda onun Sovet dövlətindən ayrılmazlığı xətti götürülmüşdü.
1920-ci ilin aprelində Məhəmməd Əmin Rəsulzadə milli parlamentdə Azərbaycan bolşeviklərinə müraciətlə tarixi sözlər demişdi: "Əgər siz məni təmin etsəniz ki, ümumi-idarə əlinizə keçdiyi təqdirdə Azərbaycan türk hökuməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki, Azərbaycan hökuməti adı ilə Rusiya sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik. Fəqət siz həqiqi bir istiqlaliyyətçi deyil, digər bir üsyan hazırlayan sui-qəsdçisiniz". 1900-1920-ci illərdə imperiya müstəmnləkəçiliyinə qarşı Qafqaz ölkələrində müstəqillik ideologiyası kifayət qədər qüvvətli olsa da, onu axıradək davam etdirmək real tarixi şəraitə görə mümkün olmadı. Çünki bu inqilabi müxalifətin öz arasında çox çətin həll edilə bilən barışmazlıq var idi. Bu barışmazlıqdan imperiyanın parçalanmasına qətiyyən yol verməyən qırmızı bolşeviklər də dərhal istifadə etdilər. Lakin Azərbaycan kommunistlərinin Ümumbakı konfransında irəli sürdükləri və sonra da Leninin təntənə ilə alqışladığı ən mühüm ideya - "Müstəqil sovet Azərbaycanı" isə ancaq şüar olaraq qaldı. Əslində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olundu.
Lakin tarixin və milli iradənin də öz məntiqi var. Azərbaycan Sovet Sosialist Respublikası SSRİ-nin tərkibində olduğu müddətdə öz milli varlığını və mədəniyyətini imkan daxilində qorumağa və yaşatmağa çalışırdı. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı vaxtdan etibarən Azərbaycanın gələcək müstəqilliyinə əsaslı zəmin yaradılmağa başlandı. 
 
Bu gün özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmis suveren və demokratik respublikamız ilk respublikamizi quran böyük siyasi xadimlərə, Cümhuriyyətin siyasi-ideoloji irsinə dərin ehtiram bəsləyir. Cümhuriyyət yaradıcılarının irsi öyrənilir, fəaliyyətlərinə gerçək tarixi qiymət verilir. Heç şübhəsiz istiqlal carçılarının ən böyük xidməti - müstəqil dünya dövlətləri sırasında Azərbaycanın da öz haqqı və yeri olduğuna həm xalqımızı, həm də beynəlxalq aləmi inandırmaqdan və ən başlıcası isə milli dövlətimizin mövcudluğu faktının beynəlxalq miqyasda təsdiqindən ibarətdir. "Azərbaycan" sözü də ilk dəfə olaraq təkcə coğrafi ərazi kimi deyil, həm də dövlət adı statusunda məhz Cümhuriyyət dövründə rəsmiləşdi. Respublika quruluşlu bu demokratik dövlət öz zamanını xeyli qabaqlamışdı. O vaxtlar nəinki Şərq, hətta inkişaf etmiş Avropa ölkələrinin çoxunda demokratik parlament və digər dövlət təsisatları tam təşəkkül tapmamışdı. Azərbaycan parlamenti hele o zaman çoxpartiyalı sistem üzrə formalaşmağa başlamışdı. Azərbaycan Xalq Cümhuriyyətini ərsəyə gətirən fədakar insanlar mükəmməl təhsil almış, öz dövrünün sivil dəyərlərinə yiyələnmiş, ictimai fikrin yüksəlişinə ciddi şəkildə təsir göstərməyi bacaran, həm də dövlət quruculuğunun ilk çətin mərhələsində atdıqları addımların məsuliyyətini dərk edən, bununla belə taleyüklü məsələlərdə qətiyyətli qərarlar qəbul etməkdən çəkinməyən sağlam və mübariz fikir sahibləri idi. Onların bir çoxu nəinki Azərbaycanda, ümumən türk dünyasında və İslam Şərqində milli düşüncə və dövlətçilik hərəkatının inkişafına təkan vermiş ideoloqlar idilər. Milli dövlətimizin üçrəngli bayrağını ilk dəfə qaldıran bu istiqlal mücahidləri üç aparıcı istiqamətdə - siyasət, mədəniyyət və cəmiyyət quruculuğu sahəsində sonrakı bütün inkişafımıza əhəmiyyətli təsir göstərən və nəhayət, Sovet İttifaqının dağıldığı ərəfədə milli müstəqillik hərəkatına ruh və ideya daşıyan fəaliyyətlərin təməlini qoymuşdular. Onların fədakar təşəbbüsləri nəticəsində suveren dövlətçilik atributlarımızın yaradılması, Azərbaycan türkcəsinin dövlət dili statusunda qəbul edilməsi, milli-mənəvi dəyərlərimizin, ədəbiyyat və mədəniyyətimizin, maarif və məktəb işinin, milli ideologiyamızın inkişafı istiqamətində böyük uğurlar qazanılmışdı. Cümhuriyyət hərəkatı sözün əsl mənasında milli fikir intibahına yol açdı. Çarizmin devrilməsindən sonra Azərbaycanda yaranmağa başlayan müxtəlif siyasi partiya və təşkilatların azad fəaliyyətinə meydan verildi. Milli demokratiyanın müstəqil mətbuatı təşəkkül tapdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə iki dəfə hökumət başçısı seçilmiş Nəsib bəy Yusifbəylinin rəhbərliyi və təşəbbüsü ilə 1919-cu il 15 oktyabrda mətbuat haqqında qanun qəbul edilmişdi. Həmin illərdə Azərbaycanda səksəndən çox qəzet və jurnal dərc edilirdi. Azərbaycan kapitalı milli iqtisadiyyatın inkişafında necə böyük rol oynayırdısa, eyni dərəcədə maddi və mənəvi sərvətlərimizin yaradılmasında diqqətəlayiq işlərə, böyük xeyriyyəçilik məqsədlərinə sərf olunurdu. Bakıda estetik mədəniyyətin ən yüksək tələblərinə cavab verən memarlıq layihələri həyata keçirilir, nadir memarliq nümunəsi olan tikinti işləri aparılırdı. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqa sərvət sahibləri öz varından millətin tərəqqisi naminə maarifçilik, quruculuq məqsədlərinə əhəmiyyətli yardımlarayırırdılar. Azərbaycan ziyalılarının yaradıcılıq potensialı artıq özünün nəyə qadir olduğunu göstərirdi. Millətin bütün enerjisi yeni Azərbaycan dövlətinin, onun siyasi təsisatlarının, təhsil sisteminin, hərbi qüvvələrinin, inzibati ərazi vahidlərinin yaradılmasına yönəldilmişdi. Cümhuriyyət dövründə Dövlət Bankı, 40 minlik nizami ordu, Azərbaycan Teleqraf Agentliyi yaradıldı, pul-poçt markaları buraxıldı, Yelizavetpol yenə də Gəncə, Qaryagin isə Cəbrayıl adlandırıldı. Orden, medal, gerb, himn, üçrəngli, səkkizguşəli bayraq qəbul olundu. Məlumdur ki, Azərbaycanın Rusiya imperiyasına birləşdirildiyi təqribən bir əsrlik dövrdə çarizm burada davamlı ruslaşdırma siyasəti aparmış, ölkəni akkulturasiyaya məruz qoymuşdu. Yerli mədəniyyət gəlmə mədəniyyətin təsiri altına salınmışdı. Bu prosesi dayandırmaq və milli mədəniyyət-dil quruculuğu sahəsində köklü islahatlar aparmaq, dövlət idarəçiliyini azərbaycanlaşdırmaq kimi mühüm tarixi vəzifə də istiqlalçıların çiyninə düşürdü. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin apardığı məqsədəyönlü siyasət nəticəsində dövlət idarələri tədricən milli dil praktikasına yiyələnməyə başlamışdı. Məhz həmin dövrdə milli kadrların məsul vəzifələrə gətirilməsi ənənəsi yarandı. Milli kadrların formalaşmasına, ümumən xalqın savadlanmasına böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan hökumətinin başlıca vəzifələrindən biri də xalq maarifinin inkişafı, xüsusilə ali təhsil müəssisələrinin yaradılması idi. 1919-cu ildə Bakıda Dövlət Universiteti, müəllim kadrları hazırlayan Darülmüəllim açıldı. Firudin bəy Köçərlinin rəhbərliyi ilə Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsi Gürcüstanın Qori şəhərindən Qazaxa köçürüldü. Yüz nəfər tələbə ali təhsil almaq məqsədilə xarici ölkələrə göndərildi. Məktəblərin milliləşdirilməsinə, latın əlifbasına keçmək üçün hazırlıq işlərinə başlanıldı. 1919-cu ildə artıq Azərbaycanda 700-ə qədər məktəb vardı. Uğurlu təhsil siyasəti nəticəsində hələ köhnə düşüncənin hökm sürdüyü bir şəraitdə, qızların məktəbə cəlb olunmasına nail olundu. 50 minə yaxın şagird kontingentinin 2 mini qızlardan ibarət idi. Azərbaycan yenə də elm, maarif və mədəniyyətin, siyasi, ictimai və ədəbi fikrin aparıcı istiqamətlərində Yaxın Şərq məkanında irəlidə gedirdi. Təsadüfi deyil ki, Məhəmməd Əmin Rəsulzadə bu öncüllükdən iftixar duyğusu ilə söz açırdı: "Şərq ölkələri arasında ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, məzhəb uzlaşmazlığını ilk ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdır" (Məhəmməd Əmin Rəsulzadə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. Bakı, 1991, s. 40). Cümhuriyyət düşüncəsi milli olduğu qədər də, özünütəsdiq iradəsinə sahib olduğu qədər də ümumbəşəri səciyyə daşıyırdı. Azərbaycan ideologiyası hələ əsrin əvvəllərindən bu istiqamətə tuşlanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə 7 dekabr 1918-ci ildə dövlətimizin ilk parlamentinin toplantısında bildirmişdi: "Bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə ürəyi istədiyi kimi əqd-ittifaq etməlidir. Bütün dünya millətlərinin bir "cəmiyyəti-əqvam" vücudə gətirməsi bizim ən əziz fikirlərimizdəndir. Bu "federasyon" cəbrlərlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır". Bu sözlərlə M.Ə.Rəsulzadə əslində, Azərbaycan - dünya münasibətlərinin mahiyyətini və istiqamətini açıqlamış, beynəlxalq siyasətdə bu gün də aktual olan suveren dövlətlərin hüquq bərabərliyi ideyasını ortaya qoymuşdu. Cümhuriyyət qurucularının bir çoxu, həqiqətən, universal şəxsiyyətlər idi. Onlar ölkənin ictimai, siyasi, mədəni həyatında fəal iştirak edir, dövri mətbuatda fəal çıxış edir, cəmiyyətdə fikir mübadiləsinə geniş meydan açırdılar. Məhəmməd Əmin Rəsulzadə siyasətdən klassik ədəbiyyat problemlərinədək geniş bir mövzuda əsərlər yazırdı. Əlimərdan bəy Topçubaşov görkəmli jurnalist, publisist və siyasi xadim kimi tanınırdı. Üzeyir bəy Hacıbəyov milli mədəniyyət və musiqi tariximizdə bir çox yeni sahələrin əsasını qoymuş dahi sənətçi olmaqla yanaşı, sərrast məntiqə sahib mübariz bir publisist idi. Həmin dövrdə bir müddət dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru kimi şərəfli bir vəzifəni aparırdı. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi böyük türk dünyasının məfkurəsini yaradan mütəfəkkirlər milli ideologiya, humanitar elmlər və ədəbiyyat sahəsində də yorulmadan çalışır, ictimai şüurun inkişafına təkan verirdilər. Təsadüfi deyil ki, o dövrdə dünya mədəniyyətinin bir sıra dahi sənətkarlarının - Firdovsi, Sədi, Rumi, Xəyyam, Şekspir, Molyer, Bayron, Hüqo, Puşkin, Krılov, Tolstoy və başqalarının əsərləri (əksəriyyəti orijinaldan olmaqla) Azərbaycan dilinə tərcümə edilir, oxunur və yayılırdı. Milli mədəniyyət quruculuğu sahəsində görülən işlər incəsənət dünyasını da hərəkətə gətirmişdi. Yaradıcılığın qaynar mühitində Dövlət teatrı, "İstiqlal" muzeyi, sənətkarlıq emalatxanaları fəaliyyətə başladı. 1919-cu ilin dekabrında açılmış "İstiqlal" muzeyində milli dekorativ sənət nümunələri, xalça və tikmələr, silahlar, əlyazmalar, kitablar, "Qurani-Kərim"in nadir nüsxələri toplanmışdı. "Molla Nəsrəddin", "Zənbur" jurnalları ictimai satiranın klassik nümunələrini yaradırdılar. Satirik qrafikanın banisi Əzim Əzimzadənin bir karikaturasında ciblərində Denikini, Kolçak, və Andraniki gəzdirən ingilis qəsbkarı təsvir olunmuşdu. Bu, Azərbaycan sənətkarının öz dövründə cərəyan edən hadisələrə çox kəskin reaksiyasını sərgiləyirdi. Milli rəssamlıq, teatr və musiqi sənətinin inkişafı onları yaradan ilk azərbaycanlı peşəkarların coşqun fəaliyyəti ilə bağlı idi. "Leyli və Məcnun" kimi zərif klassik operanın yaradıcısı Üzeyir bəy Hacıbəyov həm də Dövlət himninin, inqilabi marşların müəllifi idi. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyov və həmin Himnin sözlərinin müəllifi Əhməd Cavad, artistlərdən Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski teatr və musiqimizin inkişafı sahəsində qızğın fəaliyyət göstərirdilər. Əzim Əzimzadə "Otello", "Aşıq Qərib", "Dəmirçi Gavə" tamaşalarının bədii tərtibatını hazırlamışdı. Bəhruz Kəngərli Naxçıvan teatrında "Hacı Qara" tamaşasına tərtibat vermişdi. Beləliklə, milli mədəniyyətin bütün sahələrini inkişaf etdirməyin yaradıcı pafosu, təbii ki, istiqlal ideallarını geniş xalq kütlələrinə çatdırmaqda məqsədəyönlü fəaliyyətlərin birləşmiş enerjisindən doğurdu.
 
Cəmi 23 ay içərisində bu qədər geniş və hərtərəfli fəaliyyətin təmin olunması xalqın ziyalı və ləyaqətli övladlarının Azadlıq və İstiqlal ideallarına sədaqətinin, öz həyat yollarını bütöv bir millətin mübarizə yoluna çevirə bilməyin və bu müqəddəs yolda hər cür fədakarlığa hazır olmağın ən parlaq təcəssümü idi. Azərbaycan Xalq Cümhuriyyəti təkcə suveren respublika qurmaq, milli siyasət və mədəniyyət təsisatlarını ərsəyə gətirmək təcrübəsini yaratmadı, həm də ən çətin tarixi zamanda yenilməz mənəviyyatın gücünü göstərmək, dövlətçilik əxlaqının müqəddəs dəyərlərini qorumaq ənənəsini yaratdı. Ümummilli liderimiz Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə Cümhuriyyət tariximizə istiqlaliyyətimizin sübhü kimi yüksək dəyər vermişdir. Cümhuriyyətlə təməli qoyulan suveren və demokratik respublika quruculuğu ənənəsi Heydər Əliyevin həm sovet dövründəki rəhbərliyi illərində, həm müstəqil dövlətimizin başçısı olduğu ən yaxın tariximizdə, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri yeritdiyi böyük inkişaf siyasətinin uğur qazanan hər mərhələsində davam etdirilmişdir. 2007-ci ilin mayında Bakı şəhərinin İstiqlaliyyət küçəsində "İstiqlal Bəyannaməsi"nin həkk olunduğu Cümhuriyyət abidəsinin açılışı oldu. 2008-ci il may ayının 28-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuşdur. "Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir" - söyləyən, "İstiqlal mücahidlərinin qurduğu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərdiyini" vurğulayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il Respublika Günü münasibətilə Cümhuriyyət abidəsini ziyarət edir. Bir dəfə yüksələn və heç zaman enməyəcək bayrağımız indi paytaxtımızın "Bayraq meydanı"nda dünyanın ən möhtəşəm bayrağı kimi dalğalanır, Azərbaycanın hər bölgəsindəki, sərhəd və səngərlərindəki vətən bayraqlarının sanki bir ordu səfində irəliyə doğru yol göstərir. Qürurla yüksələn İstiqlal bayrağımız dalğalandıqca ulu öndərin "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!" həqiqətini Vətən torpağına və bütün dünyaya bəyan edir. Bu bayraq bizi daha işıqlı, aydın gələcəyə səsləyir. 
 
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, 
Fəlsəfə doktoru
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO