Yaxud, yanan halqadakı əqrəb...
Məlum olduğu kimi, Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) kənd sakini sərhədlərin delimitasiyası prosesində həyətyanı sahəsinin Azərbaycanın ərazisinə düşəcək hissəsindəki tikiliyə od vurub. Erməni sakin bununla delimitasiya prosesinə etirazını bildirməklə yanaşı, məlum tikilini Azərbaycana qoyb getməkdənsə onun yerində bir ovuc kül buraxmağı daha məqsədəuyğun hesab edib.
Yol üstündə olan erməninin Qazaxda törətdiyi bu yanğın mənfur qonşumuzun Vətən müharibəsi zamanı Şuşa meşələrində, post-müharibə dönəmində isə Kəlbəcər və Laçında törətdiyi yanğınları yada salır. Eyniylə bu gün olduğu kimi, həmin dönəmdə də ermənilər evləri, yardımçı təəsrrüfatları, meşələri kütləvi şəkildə yandırır, bununla da bölgəni yaşayış üçün yararsız vəziyyətə salmağa çalışırdılar. Bu yanğınlar ermənilərin sadəcə Azərbaycana olan nifrətini göstərmirdi. Bu yanğınlar həm də kin, nifrət və ölümdən yoğrulan erməni xislətinin nə qədər qorxunc və amansız olduğunu göstərirdi.
Azərbaycan torpaqlarını zəbt edərək illər uzunu burada məskunlaşan və “köç vaxtı” yetişdiyində çarəsizlikdən başqalarının əmlakı ilə yanaşı, həm də özünə, öz əmlakına zərər verən ermənilərin bu addımı əqrəblər üzərində aparılan bir təcrübəni yada salır. Təcrübəyə əsasən yanan halqanın içərisində olan əqrəb onu əhatə edən alovu yarıb çıxa bilmədiyini görəndə qəzəb və nifrətindən özünü sancır, öz həyatına son qoyur. Ermənilərin vaxtı ilə Şuşada, Laçında, Kəlbəcərdə, günümüzə isə Qazaxda törətdiyi yanğınlar yanan halqadakı əqrəbin davranışını yada salır. Bu müqayisə erməni xislətinin əqrəb xislətindən heç nə ilə fərqlənmədiyini sübut edir.
Qazaxda ucalan alov- bu, işğalçının düşdüyü çarəsizliyi, mənəvi-psixoloji çöküşü simvolizə edir.
Qazaxda uzanan alov – bu, Azərbaycanın tarixi qalibiyyətinin düşmən tərəfindən etirafı rəmzidir.
Qazaxda uzanan alov – bu, edilən hər bir bədxahlığın sonunda öz sahibinə qayıdışının təsdiqidir.
Tarixi torpaqlarımızın qayıdışı prosesinin davam etdiyini nəzərə alsaq, əminliklə demək olar ki, bu, bizim şahid olacağımız sonuncu yanğın olmayacaq...
Seymur ƏLİYEV