Rövşən Nəcəf:
İqtisadiyyat
208
10:13, Bu gün

Rövşən Nəcəf: "Tədarüklərimiz təkcə Avropa və Türkiyəni deyil, Suriyanı da əhatə edir"

"Əsas prioritet region üzrə müştərilərimizi dayanıqlı və etibarlı enerji təchizatı ilə təmin etmək, eyni zamanda regional enerji təhlükəsizliyinə töhfə verməkdir".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə deyib.
 
Qurum rəhbəri xatırladıb ki, ötən illə müqayisədə bu il qaz tədarüklərimizin coğrafiyası daha da genişlənib:
 
"Artıq tədarüklərimiz təkcə Avropa və Türkiyəni deyil, Suriyanı da əhatə edir. Bu o deməkdir ki, Azərbaycan hazırda Suriya bazarını da qazla təmin edir. Mövcud şəraitdə tərəfdaşlarımız daha çox qaz almaqda maraqlıdırlar, lakin onlar üçün əsas şərt bu təchizatın davamlı və etibarlı olmasıdır. Hazırkı geosiyasi və iqtisadi şəraitdə Azərbaycan qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab olunur. İstehsal planlarımız proqramımıza uyğun şəkildə irəliləyir və bu, tərəfdaş ölkələrə daha çox həcmdə qaz ixrac etməyə imkan verir. Bu baxımdan tərəfdaşlarımızla müzakirə etdiyimiz əsas məsələlərdən biri də Avropaya daha çox qaz nəql etmək üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsidir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər