Kürün sahilində 18 yaşlı gəncin meyiti tapıldı
Hadisə
147
11:15, Bu gün

Kürün sahilində 18 yaşlı gəncin meyiti tapıldı

Samux rayonunda 18 yaşlı gəncin meyiti aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb.
 
18 yaşlı E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
 
İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun bir müddət əvvəl ürək əməliyyatı keçirib.
 
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
 
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər