“Bazarda məhsulların ucuz satılması alıcı üçün xeyirli olmur” - İQTİSADÇI
735
24 Oct 2025 | 15:00

“Bazarda məhsulların ucuz satılması alıcı üçün xeyirli olmur” - İQTİSADÇI

“Bazarda bəzi məhsulların ucuz satılması hər zaman istehlakçı üçün xeyirli olmur. Minimum qiymət həddi müəyyən edilməsə, təhlükəli məhsulların dövriyyəsi arta bilər”. 

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib. 

İqtisadçının fikrincə, dövlət bu sahədə ikili yanaşma tətbiq etməlidir. Burada həm iqtisadi, həm də inzibati nəzarət mexanizmləri paralel işləməlidir:

 

“İqtisadi metod dedikdə minimum qiymət həddinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Belə olan halda, istehsalçı daha ucuz, lakin keyfiyyətsiz məhsulla rəqabət aparmaq imkanını itirir,” – deyə Əmirov qeyd edib.


Onun sözlərinə görə, nəzarət mexanizmləri və minimum qiymət siyasəti birlikdə işlədikdə həm bazar sabitliyi, həm də ictimai sağlamlıq qorunur.

Nəzrin Elxan, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər