Dəmiryol Muzeyinə giriş sərbəst olacaq
Cəmiyyət
54
14:08, Bu gün

Dəmiryol Muzeyinə giriş sərbəst olacaq

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı" günü keçiriləcək.
 
Bu barədə Moderator.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
 
Bildirilib ki, səhmdar cəmiyyəti ziyarətçiləri Azərbaycanın dəmir yollarının tarixi ilə tanış olmağa, keçmişlə bu gün arasında qurulan yolu birlikdə kəşf etməyə dəvət edir. Giriş sərbəstdir.
 
Qeyd edək ki, bu il "Muzeylər bölünmüş dünyanı birləşdirir" mövzusu ilə qeyd olunan Beynəlxalq Muzeylər Günü mədəniyyətin insanları bir araya gətirən gücünü ön plana çıxarır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər