Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda bu gün Çexiya və Polşa ilə qarşılaşacaq
İdman
148
12:38, Bu gün

Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda bu gün Çexiya və Polşa ilə qarşılaşacaq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün daha iki matç keçirəcək.
 
Moderatora.z xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv əvvəlcə Çexiya ilə üz-üzə gələcək.
 
Bu görüşə saat 19:05-də start veriləcək. Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.
 
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi ötən gün keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər