Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Cəmiyyət
180
13:34, Bu gün

Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi

Rusiya-Ukrayna müharibəsində daha iki Azərbaycan əsilli hərbçinin həlak olduğu barədə məlumat yayılıb.
 
Moderator.az Modern.az-a istinadla xəbər verir ki, 1980-ci il təvəllüdlü Aftandil Arif oğlu Hacıyev və 1973-cü il təvəllüdlü Fərhad Mustafa oğlu Qasımov Rusiya ordusunun sıralarında Ukraynada gedən döyüş əməliyyatları zamanı həyatlarını itiriblər.
 
Rusiyanın Leninqrad vilayətinin Kamenka qəsəbəsindən hərbi xidmətə cəlb edilən 46 yaşlı Aftandil Arif oğlu Hacıyev Xarkov vilayəti istiqamətində, 15 mart 1973-cü ildə Azərbaycanda anadan olan və uzun illər Rostov vilayətinin Dubensovskaya kəndində yaşayan Fərhad Qasımov isə Donetsk vilayəti istiqamətində həyatını itirib.
 
Onların Rusiya Silahlı Qüvvələrinin motoatıcı briqadalarının tərkibində xidmət etdikləri bildirilir.
 
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəfdən müxtəlif ölkələrdən olan şəxslərin, o cümlədən Azərbaycan mənşəli şəxslərin həlak olması ilə bağlı məlumatlar müntəzəm yayılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər