Avropa çempionatı: Azərbaycanın minifutbol millisi 1/4 finala yüksəldi
İdman
199
08:03, Bu gün

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi 1/4 finala yüksəldi

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
 
Moderator.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
 
"Tipos Arena"dakı qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.
 
Günün digər görüşlərində Rumıniya Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya Monteneqronu (2:0) məğlub edib.
 
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər