Bizi sosial şəbəkələrdən izləyin:
"Turan Tovuz" klubu millimizin futbolçusu ilə anlaşa bilmir.
Moderator.az İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Ayxan Hüseynovdan gedir. Baş məşqçi Kurban Berdıyevin israrla istədiyi futbolçu Tovuz təmsilçisində qalmaq istəmir.
Hüseynovun Azərbaycanla yanaşı ölkə xaricindən ciddi təklifləri var. Avropa klublarından kifayət qədər yüksək maaşlı təklif alan yarımmüdafiəçi ölkəmizdə oynamağı düşünmür.
O, özünü səviyyəcə daha yüksək çempionatda sınamaq niyyətindədir. Bu səbəbdən də millimizin üzvü "Turan Tovuz"un yeni müqavilə təklifini geri çevirəcək.
Son anda bir dəyişiklik olmasa, Ayxan Hüseynov növbəti mövsüm "Turan Tovuz"da qalmayacaq. Onun klubu ilə müqaviləsi yayda başa çatır.
Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm komandası ilə 38 oyunda çıxış edib və 7 qol, 6 assistlə yadda qalıb.