Azərbaycanlı futbolçu Albaniyada növbəti çempionluğu qeyd edir
İdman
214
09:43, Bu gün

Azərbaycanlı futbolçu Albaniyada növbəti çempionluğu qeyd edir

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" klubu növbəti dəfə Albaniya çempionu olub.
 
Komanda sonuncu turda "Dinamo"ya (Tirana) qarşı 2:0 hesabı ilə inamlı qələbə qazanıb.
 
Zamiq Əliyev matça start heyətdə çıxıb və fasilədə əvəzlənib. Onun komandası hər iki qolu ilk hissədə vuraraq oyunun taleyini erkən həll edib.
 
Qeyd edək ki, "Eqnatiya" ardıcıl 3-cü mövsümdür Albaniya çempionu olur. Zamiq Əliyev isə son iki çempionluğun bilavasitə iştirakçısıdır. /Oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər