01:28
21°C
Bakı
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış etmək uğrunda pley-off matçı keçirilib.
Moderator.az xəbər verir ki, həlledici görüşdə "Qəbələ" və "Mingəçevir" komandaları üz-üzə gəlib.
Sumqayıtdakı "SOCAR Polymer Arena"da reallaşan matç "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "qırmızı-qaralar" Premyer Liqada qalıb.
"Mingəçevir" isə növbəti ildə də I Liqada mübarizə aparacaq.
Xatırladaq ki, başa çatan mövsümdə "Qəbələ" Premyer Liqada 11-ci yeri, "Mingəçevir" isə I Liqada 2-ci pilləni tutmuşdu.