Barselona ulduz ovuna çıxır: Daha bir ulduz Kataloniya klubuna gəlir...
İdman
374
19:41, Bu gün

Barselona ulduz ovuna çıxır: Daha bir ulduz Kataloniya klubuna gəlir...

İspaniya La Liqasında mövsümü çempion kimi başa vuran "Barselona" transfer pəncərəsinə tez bir zamanda başlayıb. "Nyukasl Yunayted"dən Entoni Qordon, həmçinin "Atletiko Madrid"dən Julian Alvarezlə də razılığa gəlib. Transferlərin tamamlanması üçün klublar arasında razılaşma gözlənilir. "Barselona" Entoni Qordon transferi üçün "Nyukasl Yunayted"ə 80 milyon avro ödədiyi bildirilir.

Moderator.az xəbər verir ki, İspaniya mətbuatında yer alan xəbərlərə görə, Alvarez dünən gecə meneceri Fernando Hidalgo ilə "Barselona" rəhbərliyi arasında keçirilən görüşdən sonra şəxsi şərtlər barədə razılığa gəlib.

Bu mövsüm performansı ilə PSJ və Arsenal da daxil olmaqla böyük klubların diqqətini cəlb edən Alvarez İspaniyada qalmağa üstünlük verir. "Barselona"nın transferi başa çatdırması üçün Alvarezin hazırkı klubu "Atletiko Madrid" ilə də razılığa gəlməsi lazımdır. Madrid klubunun transferi 150 milyon avroya təsdiqləyə biləcəyi bildirilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər