Kazemiro
İdman
217
00:00, Bu gün

Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır

Braziliyalı yarımmüdafiəçi Kazemiro İngiltərənin "Mançester Yunayted" klubundan ayrıldıqdan sonra karyerasını ABŞ-də davam etdirmək istəyir.

Moderator.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkədəki paylaşımında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, təcrübəli futbolçu İngiltərə Premyer Liqasında mayın 24-də keçiriləcək son turdan sonra "İnter Mayami" klubu ilə müqavilə imzalamağı planlaşdırır.

34 yaşlı Kazemiro 2022-ci ilin yayında "qırmızı şeytanlar"a transfer olunub. O, komandanın heyətində Liqa Kuboku və İngiltərə Kubokunun qalibi olub.

Qeyd edək ki, "İnter Mayami" hazırda MLS-in son çempionudur. Komandanın kapitanı isə səkkizqat "Qızıl top" mükafatçısı Lionel Messidir.

Link kopyalandı!
Son xəbərlər